Məhkəmə qərarları › İş №e-2-2(113)-391/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-391/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-391/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı "İddiaçı" şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqısatqı müqaviləsinə əsasən, Çin istehsalı, KN95 markalı tibbi maskalara görə 48000 AZN (qırx səkkiz min manat) borc, aylıq 5 faizlik uçot dərəcəsinə görə əldən çıxmış fayda olaraq 1200 AZN (bir min iki yüz manat) və hüquqi yardım üçün vəkilə ödənilmiş 2000 AZN (iki min manat) xidmət haqqı, eləcə də məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 51230 AZN (əlli bir min iki yüz otuz manat) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu barışıq sazişində göstərmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bundan sonra ''İddiaçı'' adlanacaq, Azərbaycan Respublikası, AZ1069, Bakı şəhəri, rayon, X3 prostekti 37A/42 ünvanında qeydiyyatda olan "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, VÖEN: **********, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində bir tərəfdən və bundan sonra "Cavabdeh" adlanacaq, Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC, VÖEN: ********** nizamnamə əsasında fəaliyyət göstərən direktor X2 şəxsində digər tərəfdən (bundan sonra birlikdə "Tərəflər" adlanacaq) aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni bağladılar.

1. Sazişin predmeti 1.1. Bu Saziş İddiaçı və Cavabdeh arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2. X4 (bundan sonra "Saziş" adlanacaq) əsasən Cavabdeh İddiaçının iddia tələbi üzrə pulun, qarşılıqlı razılaşdırılmış hissəsini ödəməyi, İddiaçı isə tərəflər arasında ixtilaf yaradan müavilə üzrə tələbindən və məhkəmə qaldırılmış iddadan imtina etməyi öhdəsinə götürür.

2. SAZİŞİN ƏSAS ŞƏRTLƏRİ 2.1. İddiaçı Cavabdehə qarşı tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli çərçivə müqaviləsi üzrə yaranmış 48,000 (qırx səkkiz min) manat məbləğində pulun, 5 aylıq uçot dərəcəsinə görə 1 200 (min iki yüz) manat məbləğində əldən çıxmış faydanın və hüquqi yardıma görə vəkilə ödənilmiş 2,000 (iki min) manat xidmət haqqının və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2. İddia tələbi üzrə kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin (bundan sonra "Məhkəmə" adlanacaq) icraatındadır. 2.3. İddiaçının verdiyi iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi Məhkəmə tərəfindən qismən təmin edilmiş və iş üzrə xx xxxxxx 20120-ci il tarixli, e-2- 2(113)3282\2020 saylı qərardad çıxarılmış, Cavabdehin TuranBank ASC-nin "Binəqədi" filialında olan AZ26NABZ**********4 nömrəli bank hesabında 48,000 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. 2.4. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3282/2020 saylı qərardaddan verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3282/2020 saylı qərardadı ilə təmin edilməmiş və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. 2.5. Hazırda tərəflər bu sazişi imzalamaqla, kommersiya mübahiəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən, a) Cavabdeh müqavilə üzrə 20,000 (iyirmi min) manat borcu və vəkil üçün ödənilmiş 2,000 (iki min) manat pul vəsaitini İddiaçıya ödəyir. b) İddiaçı iddia tələbinin qalan hissəsindən, habelə tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli müqavilə üzrə bütün tələb və iddialarından imtina edir. c) İddiaçı bununla yanaşı dərhal Cavabdehin bank hesabının (hesabdakı 48,000 manat məbləğində pul vəsaitinin) üzərinə qoyulmuş olan həbsin götürülməsi üçün məhkəməyə ərizə təqdim edir. d) Tərəflər gələcəkdə bir-birlərinə qarşı xx xxxxx 2020-ci il tarixli müqavilə üzrə hər hansı tələb və iddia irəli sürməyəcəklərini öz öhdələrinə götürürlər. 2.6. Tərəflər bəyan edir ki, bu müqavilə imzalandıqdan sonra, hər hansı tərəf e-imza və şəxsi kabinet vasitəsi ilə müqaviləni e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.7. Bu müqavilənin 2.6-cı bəninin icrası ilə eyni vaxtda İddiaçı iddiadan imtina barədə ərizəni, Cavabdeh isə xx xxxxxx 2020-ci il tarixli qərardaddan vermiş olduğu şikayətdən imtina barədə ərizəni müvafiq qaydada imza və möhürlə təsdiq edib, eyni qaydada emehkeme.gov.az portalına daxil edəcək. 2.8. Hesab (pul vəsaiti) üzərinə qoyulmuş həbs götürüldüyü gündən ən geci 1 iş günü ərzində İddiaçı Cavabdehə e-qaimə təqdim edəcəkdir. Cavabdeh e-qaimə sistemə daxil edildiyi gündən ən geci 2 (iki) iş günü ərzində 20,000 (iyirmi min ) manat müqavilə məbləği və vəkilin xidmət haqma görə 2,000 (iki min) manat məbləğ İddiaçının bank hesabına köçürüləcəkdir. 2.9. Bu Sazişin 2.8-ci bəndi icra edildikdən sonra bu Saziş üzrə öhdəliklərin icrası tamamlanmış hesab ediləcəkdir.

3. SAZİŞİN MÜDDƏTİ 3.1. Bu Saziş imzalandığı gündən qüwəyə minir və öhdəliklər icra edildikdən sonra qüvvədən düşəcəkdir. 3.2. Bu Sazişin 2.5-ci bəndinin d) yarım bəndi müddətsizdir və daimi qüvvəsini saxlayır.

4. TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ 4.1. Tərəflər sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 4.2. Tərəflər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə, vurduqları zərəri digər tərəfə ödəməyə borcludurlar.

5. SAZİŞƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ 5.1 Bu sazişə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2 Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir. 5.3 Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.

6. YEKUN MÜDDƏALAR 6.1. Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.2. Hazırki Saziş hər biri 2 (iki) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə təsdiq edildiyi gündən qüvvəyə minir. Saziş hər iki tərəfdən imzalanmış və möhürlə təsadiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsinin elektron qaydada məhkəmə göndərdiyi ərizədə deyilir ki, hazırkı kommersiya mübahisəsi üzrə tərəflər (İCsquared Şirkəti və “xxxx” MMC) arasında barışıq sazişi təsdiq edilmiş, iddiaçı iddiasından imtina etmiş və müvafiq sənədlər elektron məhkəmə sisteminə daxil edilmişdir. İddiaçı tərəf olaraq, iş üzrə icraata xitamın əsasları və doğurduğu nəticələr bizə məlumdur. Məhkəmə iclasını iştirakımız olmadan keçirib, müvafiq qərar qəbul etməyinizi Sizdən xahiş edirik. Məhkəmə həmin ərizəni nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasını keçirib, müvafiq qərar qəbul etməyi mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı "İddiaçı" şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Bundan sonra ''İddiaçı'' adlanacaq, Azərbaycan Respublikası, AZ1069, Bakı şəhəri, rayon, X3 prostekti 37A/42 ünvanında qeydiyyatda olan "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, VÖEN: **********, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində bir tərəfdən və bundan sonra "Cavabdeh" adlanacaq, Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC, VÖEN: ********** nizamnamə əsasında fəaliyyət göstərən direktor X2 şəxsində digər tərəfdən (bundan sonra birlikdə "Tərəflər" adlanacaq) aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni bağladılar.

1. Sazişin predmeti 1.1 Bu Saziş İddiaçı və Cavabdeh arasında olan məhkəmə işinin qarşılıqlı razılıq əsasında həlli məqsədi ilə bağlanılır. 1.2 X4 (bundan sonra "Saziş" adlanacaq) əsasən Cavabdeh İddiaçının iddia tələbi üzrə pulun, qarşılıqlı razılaşdırılmış hissəsini ödəməyi, İddiaçı isə tərəflər arasında ixtilaf yaradan müqavilə üzrə tələbindən və məhkəmədə qaldırılmış iddadan imtina etməyi öhdəsinə götürür. 2 SAZİŞİN ƏSAS ŞƏRTLƏRİ 2.1 İddiaçı Cavabdehə qarşı tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli çərçivə müqaviləsi üzrə yaranmış 48,000 (qırx səkkiz min) manat məbləğində pulun, 5 aylıq uçot dərəcəsinə görə 1200 (min iki yüz) manat məbləğində əldən çıxmış faydanın və hüquqi yardıma görə vəkilə ödənilmiş 2,000 (iki min) manat xidmət haqqının və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. 2.2 İddia tələbi üzrə kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin (bundan sonra "Məhkəmə" adlanacaq) icraatındadır. 2.3 İddiaçının verdiyi iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi Məhkəmə tərəfindən qismən təmin edilmiş və iş üzrə xx xxxxxx 20120-ci il tarixli, e-2- 2(113)3282\2020 saylı qərardad çıxarılmış, Cavabdehin TuranBank ASC-nin "Binəqədi" filialında olan AZ26NABZ**********4 nömrəli bank hesabında 48,000 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. 2.4 Cavabdehin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3282/2020 saylı qərardaddan verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3282/2020 saylı qərardadı ilə təmin edilməmiş və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. 2.5 Hazırda tərəflər bu sazişi imzalamaqla, kommersiya mübahiəsinin razılaşma (danışıqlar) yolu ilə həllinə nail olmuşdurlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərin qarşılıqlı razılığına əsasən, a) Cavabdeh müqavilə üzrə 20,000 (iyirmi min) manat borcu və vəkil üçün ödənilmiş 2,000 (iki min) manat pul vəsaitini İddiaçıya ödəyir. b) İddiaçı iddia tələbinin qalan hissəsindən, habelə tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli müqavilə üzrə bütün tələb və iddialarından imtina edir. c) İddiaçı bununla yanaşı dərhal Cavabdehin bank hesabının (hesabdakı 48,000 manat məbləğində pul vəsaitinin) üzərinə qoyulmuş olan həbsin götürülməsi üçün məhkəməyə ərizə təqdim edir. d) Tərəflər gələcəkdə bir-birlərinə qarşı xx xxxxx 2020-ci il tarixli müqavilə üzrə hər hansı tələb və iddia irəli sürməyəcəklərini öz öhdələrinə götürürlər. 2.6 Tərəflər bəyan edir ki, bu müqavilə imzalandıqdan sonra, hər hansı tərəf e-imza və şəxsi kabinet vasitəsi ilə müqaviləni e-mehkeme.gov.az portalına daxil edərək Məhkəməni məlumatlandıracaq. 2.7 Bu müqavilənin 2.6-cı bəndinin icrası ilə eyni vaxtda İddiaçı iddiadan imtina barədə ərizəni, Cavabdeh isə xx xxxxxx 2020-ci il tarixli qərardaddan vermiş olduğu şikayətdən imtina barədə ərizəni müvafiq qaydada imza və möhürlə təsdiq edib, eyni qaydada emehkeme.gov.az portalına daxil edəcək. 2.8 Hesab (pul vəsaiti) üzərinə qoyulmuş həbs götürüldüyü gündən ən geci 1 iş günü ərzində İddiaçı Cavabdehə e-qaimə təqdim edəcəkdir. Cavabdeh e-qaimə sistemə daxil edildiyi gündən ən geci 2 (iki) iş günü ərzində 20,000 (iyirmi min ) manat məbləğində müqavilə məbləği və vəkilin xidmət haqma görə 2,000 (iki min) manat məbləğində məbləğ İddiaçının bank hesabına köçürüləcəkdir. 2.9 Bu Sazişin 2.8-ci bəndi icra edildikdən sonra bu Saziş üzrə öhdəliklərin icrası tamamlanmış hesab ediləcəkdir. 3 SAZİŞİN MÜDDƏTİ 3.1 Bu Saziş imzalandığı gündən qüvvəyə minir və öhdəliklər icra edildikdən sonra qüvvədən düşəcəkdir. 3.2 Bu Sazişin 2.5-ci bəndinin d) yarım bəndi müddətsizdir və daimi qüvvəsini saxlayır. 4 TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ 4.1 Tərəflər sazişdə nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 4.2 Tərəflər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədikdə, vurduqları zərəri digər tərəfə ödəməyə borcludurlar. 5 SAZİŞƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ 5.1 Bu sazişə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. 5.2 Bu Sazişə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir. 5.3 Bu Sazişə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.

6. YEKUN MÜDDƏALAR 6.3. Hazırki Saziş ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır. 6.4. Hazırki Saziş hər biri 2 (iki) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir. Saziş imza və möhürlə təsdiq edildiyi gündən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar