Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3910/2021 28.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh X4 qarşı “diler satış müqaviləsi üzrə borcun tutulması və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 6,964.94 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan 2,298 manat cərimənin, cəmi 9,262.94 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X5 (diler) arasında 07.06.2017-ci il tarixdə 36/2017 saylı diler satış müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda X4 mal (məhsul) satmışdır. X5 aldığı malların (məhsulların) dəyəri olan 6,964.94 manat (ƏDVdaxil) borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 5.2.3-cü bəndində göstərilmışdir ki, diler sifariş etdiyi məhsulların dəyərini razılaşdırılmış şərtlər əsasında ödəməlidir. Həmin müqavilənin 5.2.6-cı maddəsində göstərilmişdir ki, diler ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət edilmişdir. Lakin, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 6,964.94 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan cərimə məbləğlərin cəmi 2,298 manat təşkil edir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcun cəmi 9,262.94 manat təşkil edir. Cərimə məbləği olaraq hesablanan borc 23.05.2020-ci il tarixindən 23.04.2021-ci il tarixinədək hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, o , iddiaçı şirkətin distribyutoru olmuşdur. Hardasa 90,000 manatlıq malı götürüb başqa şəxslərə satmışdır. Lakin sonradan 27,000 manat məbləğində mal verdiyi bir şəxslə əlaqə yarada bilməmişdir. Hal-hazırda onun əvəzində borcu özü ödəyir. Yavaş-yavaş borcun hamısını ödəyəcəkdir. Tələb edilən əsas borc məbləği ilə bağlı heç bir mübahisəsi yoxdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə diler qismində Tahirli Fərid Oqtay oğlu arasında bağlanmış 07.06.2017-ci il tarixli 36/2017 nömrəli diler satış müqaviləsinin predmetini inşaat sistemləri qrupunda dilerliyin verilməsi təşkil etmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən hazırki müqavilə ilə Dilerə, SİKA-nı rəsmi təmsil etmə hüququ verilməmişdir. Diler, SİKA-nın adından və onun hesabında heç bir fəaliyyət göstərə bilməyəcək və riskləri öz üzərinə götürməklə, müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satacaqdır. Müqavilənin 5.1.1-ci maddəsinə əsasən Sika məhsullarının Dilerə satış zamanı SİKA-nın müəyyən etdiyi qiymət siyahısı əsas götürülür. Sika tərəfindən təqdim olunan qiymət siyahısı bu müqavilənin ayrılmaz bir hissəsidir. Müqavilənin 5.2.6cı maddəsinə əsasən diler malın satış qiymətinin ödənilməsini gecikirdiyinə görə, gecikdirmənin hər günü üçün Sikaya vaxtında ödəmədiyi məbləğin 0,1%-i məbləğində cərimə ödəyir. - İddiaçı MMC ilə X5 arasında imzalanmış 01.05.2019-31.12.2019-cu il dövrü üzrə üzləşmə aktından görünür ki, 31.12.2019-cu il tarixdə İddiaçı MMC-nin xeyrinə ödənilməli olan borc məbləği 29,934.58 manat təşkil edir. - EBAF seriyalı 355111 nömrəli 29.01.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən İddiaçı MMC tərəfindən X1 malların məbləği 188.98 manat, 800865 nömrəli 05.02.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 914.74 manat, 940970 nömrəli 06.02.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 328.04 manat, EBAG seriyalı 368089 nömrəli 18.02.2020-ci il tarixli elektron-qaimə fakturaya əsasən 560.50 manat, 987051 nömrəli 28.02.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 672.60 manat, EBAH seriyalı 029609 nömrəli 29.02.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 106.20 manat, 642735 saylı 16.03.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 6195 manat, 859145 nömrəli 18.03.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 30975 manat, EBAİ seriyalı 383843 nömrəli 03.04.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 1099.76 manat, 779067 nömrəli 14.04.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 659.86 manat və EBAJ seriyalı 110439 nömrəli 23.04.2020-ci il tarixli elektron qaimə fakturaya əsasən 3747.68 manat təşkil etmişdir. - GİF seriyalı 851488 nömrəli, 08.01.2020-ci il tarixli kassa mədaxil orderinə əsasən X5 tərəfindən İddiaçı MMC-yə 16000 manat, 851495 nömrəli 11.02.2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 2900 manat, 851498 nömrəli 05.03.2020-ci il tarixli kassa mədaxil orderinə əsasən 7000 manat, 10.04.2020-ci il tarixli, 851502 nömrəli kassa mədaxil orderinə əsasən 2200 manat, 851504 nömrəli 23.04.2021-ci il tarixli kassa mədaxil orderinə əsasən 5000 manat, 12.05.2020-ci il tarixli 851516 nömrəli kassa mədaxil orderinə əsasən 20000 manat, 31.05.2020-ci il tarixli 951522 nömrəli kassa mədaxil orderinə əsasən 10000 manat, 17.06.2020-ci il tarixli 851530 nömrəli kassa mədaxil orderinə əsasən 2400 manat, 18.09.2020-ci il tarixli 851563 nömrəli kassa mədaxil orderinə əsasən 1700 manat, 03.12.2020-ci il tarixli 851582 nömrəli kassa mədaxil orderinə əsasən 118 manat və 19.02.2021-ci il tarixli 851599 nömrəli kassa mədaxil orderinə əsasən 1100 manat məbləğində ödəniş həyata keçirilmişdir. - 16.02.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən X4 SK/09 M/2021 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq 8,064.94 manat təşkil edən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 01.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı MMC-yə cari borcu 6964.94 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan cərimə məbləğinin cəmi 2,298 manat, cəmi borc məbləği 9,262.94 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07.06.2017-ci il tarixli, 36/2017 nömrəli diler satış müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya sözügedən müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 359.2-ci maddəsinə əsasən özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 07.06.2017-ci il tarixli, 36/2017 nömrəli diler satış müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən realizə olunacaq məhsul sifarişlərini, dilerin kredit vəziyyəti və imkanları çərçivəsində qarşılamağı, cavabdeh isə İddiaçı MMC-yə məxsus malları öz adından və hesabına satmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə malların satışı həyata keçirilmişdir. Eyni zamanda tərəflərin imzası və iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş üzləşmə aktından məlum olur ki, cavabdehin 31.12.2019-cu il tarixə 29,934.58 manat məbləğində borcu mövcud olmuşdur. Sonradan cavabdeh tərəfindən ödənişlərin çox hissəsi həyata keçirilmiş, lakin 6,964.94 manat məbləğində pul ödənilməmiş qalmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin özü də borcunun olduğunu qəbul etmiş, əsas borc məbləği ilə bağlı mübahisənin mövcud olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı iddia tələbində ödənişin gecikdirilməsinə görə 2,298 manat məbləğində cərimənin ödənilməsini də tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 300 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 6964.94 manat (ədv daxil) əsas borc və 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 6,964.94 manat əsas borc məbləği, 300 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 7294.94 (yeddi min iki yüz doxsan dörd manat doxsan dörd qəpik) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3910/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3910/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver