Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3915/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Şirkətinin Cavabdehnə qarşı “xidmət və alqı-satqı müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə cavabdeh arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi və 29 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 15130,88 manat məbləğində əsas borcun, 2723,56 manat ƏDV borcunun, 1581 manat cərimənin və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişininin təsdiqlənməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: - "xxxx" Şirkəti Bakı Kommersiya məhkəməsində Cavabdeh MMC-yə qarşı borcun qaytarılmasına dair iddia qaldırmışdır. Qeyd olunan iddia ərizəsinə əsasən iddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-dən 15130,88 (on beş min bir yüz otuz manat 88 qəpik) manat əsas borc, 2723,56 (iki min yeddi yüz iyirmi üç manat 56 qəpik) manat ƏDV borcu, ümumilikdə ƏDV daxil 17854,44 (on yeddi min səkkiz yüz əlli dörd manat 44 qəpik) manat borc, 1581 (bir min beş yüz səksən bir) manat cərimənin, iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat, ümumilikdə 19645,44 (on doqquz min altı yüz qırx beş manat 44 qəpik) manat tutulmasını məhkəmədən xahiş etmişdir. - Cavabdeh MMC "xxxx" Şirkətinə olan borcunun olduğunu etiraf edir və 19645,44 (on doqquz min altı yüz qırx beş manat 44 qəpik) manat borc məbləğini xx.xx.2023-cü il tarixədək ödəməyi götürür, "xxxx" Şirkəti isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki aşağıdakı kimi müəyyən edilmişdir: № Tarix Ödəniş məbləği (AZN) 1 xx.xx.2023 9822,72 2 xx.xx.2023 9822,72 Cəmi 19645,44 Məhkəmə müəyyən edir ki, barışıq sazişini imzalayan iddiaçının nümayəndəsi Nümayəndə1 verilən xx.xx.2023-cü il tarixli 023/23 nömrəli etibarnamədə barışıq sazişi bağlamaq səlahiyyəti verilmişdir. Həmin saziş cavabdeh və iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının çəkdiyi mediasiya xərcinin də bölüşdürülməsi (cavabdehdən tutulması) barədə razılıq ifadə edildiyindən, həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - "xxxx" Şirkəti Bakı Kommersiya məhkəməsində Cavabdeh MMC-yə qarşı borcun qaytarılmasına dair iddia qaldırmışdır. Qeyd olunan iddia ərizəsinə əsasən iddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-dən 15130,88 (on beş min bir yüz otuz manat 88 qəpik) manat əsas borc, 2723,56 (iki min yeddi yüz iyirmi üç manat 56 qəpik) manat ƏDV borcu, ümumilikdə ƏDV daxil 17854,44 (on yeddi min səkkiz yüz əlli dörd manat 44 qəpik) manat borc, 1581 (bir min beş yüz səksən bir) manat cərimənin, iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat, ümumilikdə 19645,44 (on doqquz min altı yüz qırx beş manat 44 qəpik) manat tutulmasını məhkəmədən xahiş etmişdir. - Cavabdeh MMC "xxxx" Şirkətinə olan borcunun olduğunu etiraf edir və 19645,44 (on doqquz min altı yüz qırx beş manat 44 qəpik) manat borc məbləğini xx.xx.2023-cü il tarixədək ödəməyi götürür, "xxxx" Şirkəti isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki aşağıdakı kimi müəyyən edilmişdir: № Tarix Ödəniş məbləği (AZN) 1 xx.xx.2023 9822,72 2 xx.xx.2023 9822,72 Cəmi 19645,44 İddiaçı "xxxx" Şirkətinin Cavabdehnə qarşı “xidmət və alqı-satqı müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3915/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3915/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver