Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-392/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən ƏDV daxil olmaqla 450526,86 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dairkommersiya işinəaçıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 543,026.86 məbləğində borcun, 14,706.47 məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 557,763.33 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 450526,86 manat məbləğində borcun, 14706,47 manat məbləğində faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 465263,33 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 450526,86 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli sazişə əsasən cavabdeh iddiaçıya olan 543,026.86 manat məbləğində borcun hər ay 54,300.00 manat məbləğində, sonuncu ay isə 54,326.86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. Lakin, sazişin imzalanmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Bununla bağlı cavabdehə xx xxxxxx 2018-ci il tarixdə pretenziya göndərilsə də, cavabdehin borcu bu günədək ödənilməmişdir. Sazişin 6-cı bəndinə əsasən, borclu ödənişi 2 aydan çox gecikdirildikdə bu, Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Cavabdeh borcu gecikdirmiş, ondan xx xxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 2,488.75 manat, xx xxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 2,262.50 manat, xx xxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 2,036.25 manat, xx xxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,810.00 manat, xx xxxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə - 1,583.75 manat, xx xxxxxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,357.50 manat, xx xxxxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,131.25 manat, xx xxxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 905.00 manat, xx xxxxxx 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 678.75 manat, xx xxxxxx 2019-cu il tarixədək ödənilməli olan hissəyə görə 452.72 manat olmaqla ümumilikdə 14,706.47 manat məbləğində faiz borcu tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2015-ci il tarixli 150512/11-1-262 nömrəli alqı-satqı müqaviləsi əsasında ƏDV daxil olmaqla ümumi dəyəri 620,960.43 manat məbləğində malların satışı həyata keçirilmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən cəmi 580,498.23 manat məbləğində ödəniş edilsə də, cavabdehin iddiaçıya cəmi 40,462.20 manat məbləğində borc ödənilməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsi əsasında ƏDV daxil olmaqla, ümumi dəyər 563569,13 manat məbləğində malların satışı həyata keçirilmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən cəmi 66,158.46 manat məbləğində ödəniş edilsə də, cavabdehin iddiaçıya cəmi 497410,67 manat məbləğində borc ödənilməmişdir. Ümumilikdə "Tərəflər" arasında bağlanmış xx xxx 2015-ci il tarixli 150512/11-1-262 nömrəli və xx xxxxxx 2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqavilələri əsasında ümumi dəyəri 1,184,529.56 manat məbləğində müxtəlif çeşiddə malların satışı həyata keçirilmiş, cavabdeh tərəfindən müqavilələr üzrə 646,656.69 manat məbləğində ödəniş edilsə də, lakin, cavabdehin iddiaçıya ümumi 537,872.87 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 50000 manat və xx xxxxxxx 2019-cu il tarixdə isə 42500 manat olmaqla, cəmi 92500 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 92500 manat pul vəsaitindən 40,462.20 manat cavabdehin xx xxx 2015-ci il tarixli 150512/11-1- 262 nömrəli alqı-satqı müqaviləsi üzrə borcuna silinərək, həmin müqavilə üzrə borcu bağlanılmış və 52,037,80 manatını isə xx xxxxxx 2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsi üzrə borcundan silinmişdir. Hazırda cavabdehin iddiaçıya olan xx xxxxxx 2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsi üzrə borcu cəmi 450.526.86 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı qoşmalarda göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malları bu müqavilənin qoşmalarında göstərilən qiymət qarşılığında və hər növ yükləmələr və məhdudiyyətlərdən azad şəkildə iddiaçıdan satın almağı öhdələrinə götürmüşlər. xx xxxx 2018-ci il tarixli sazişin surətindən görünür ki, cavabdeh iddiaçıya olan 543,026.86 manat məbləğində borcun hər ay 54,300.00 manat məbləğində, sonuncu ay isə 54,326.86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı qoşmalarda göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malları bu müqavilənin qoşmalarında göstərilən qiymət qarşılığında və hər növ yükləmələr və məhdudiyyətlərdən azad şəkildə iddiaçıdan satın almağı öhdələrinə götürmüşlər. Tərəflər arasında xx xxxx 2018-ci il tarixli saziş bağlanmış və sazişə əsasən cavabdeh iddiaçıya olan 543,026.86 manat məbləğində borcun hər ay 54,300.00 manat məbləğində, sonuncu ay isə 54,326.86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. İddiaçı tərəfindən müqavilə əsasında ƏDV daxil olmaqla, ümumi dəyər 563569,13 manat məbləğində malların satışı həyata keçirilmiş, cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin hazırda cavabdehin iddiaçıya 450.526.86 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 450.526.86 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ƏDV daxil olmaqla 450526,86 manat pul və 30 manat dövlət rüsumu tutularaq “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-392/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-392/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver