Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-392/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə (İB) qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən artıq hesablanmış 343339,10 manat borcun silinməsi və İddiaçınə ******* manat məbləğində dəymiş zərərin Cavabdeh İB tərəfindən ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən **********00088 saylı abonent kodu olan istixana fəaliyyət göstərir. Həmin istixanalara Cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Belə ki, 01.01.2017-ci il tarixdə iddiaçı ona məxsus istixanaların sayğaclarının tənzimləyicilərinin texniki istismar qaydalarına zidd olaraq yeri dəyişdirilərək sayğacdan sonraya keçirilmişdir. Halbuki, həmin tarixə kimi tənzimləyici sayğacdan öndə yerləşmişdir. Belə olan halda tənzimləyicinin yeri dəyişdiyindən təbii qaz tənzimlənmədən bir başa sayğaca daxil olduğundan və təzyiq çox olduğu üçün sərfiyyat da artmışdır. İstixana üzrə ona hesablanmış ümumi 343339,10 manat borcu əsassız hesab edir və xüsusi bilik tələb edən şəxslərin (ekspertlərin) iştirakı ilə yenidən hesablanmasını xahiş edir. 2017-ci il ərzində iddiaçıya 587579,60 manat təbii qazdan istifadəyə görə sərfiyyat hesablanmışdır. Bütün hesablanmış borcları qanunsuz hesab edir və hesabından silməyi xahiş edir. Əsassız hesablanmış borcların silinməsi və mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdehnə pretenziya məktubu ilə müraciət edilsə də cavabdeh tərəfindən həmin borclar silinməmişdir. Bundan əlavə cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi, qaz təchizatını qanunsuz olaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 15.12.2020-ci ildə dayandırması ilə iddiaçı ilə bağladığı qaz təchizatı barədə müqaviləyə birtərəfli qaydada xitam verməsi cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, tərəflər arasında bağlanmış ***-**-** saylı 26.02.2016cı il tarixli qazın alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə əsasən cavabdeh iddiaçı cəmiyyəti keyfiyyətli qazla təmin edir, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh müqavilənin1, 2.2.7, 2.1.14-cü bəndlərinin tələblərini pozmuşdur. İddiaçıya yazıı bildiriş vermədən qazın verilməsini dayandırmışdır. Cavabdeh İB-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ******* manatdan artıq məbləğdə zərər vurulmuşdur. Belə ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən zərərin məbləği ******* manat, “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyinə əsasən zərərin məbləği ******* manat təşkil edir. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 343339,10 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB 21.11.2017-ci il tarixli, AKX-1/134 saylı müqavilə əsasında İddiaçı MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 16.06.2020-ci il tarixə 343339,10 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən 12.06.2020-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış 21.11.2017-ci il tarixli, AKX-1/134 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının nümayəndəsi Vəkil2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, hal – hazıra kimi İddiaçı MMC istifadə etdiyi qazın dəyərini ödəmişdir, Cavabdeh İB tərəfindən hesablanmış borc isə əsassızdır. Cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı tərəfindən məhkəməyə istər tənzimləyicinin yerinin dəyişdirilməsi, istərsə də qaz təchizatının dayandırılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Buna görə də istər borcun silinməsi, istərsə də zərərin əvəzinin ödənilməsi üçün heç bir əsas yoxdur. Mülki iş materiallarında olan: - 25 noyabr 2017-ci il tarixli, Akx-1/134 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən istixana kompleksində qaz təchizatının dayandırılması səbəbindən, yetişdirilən “AHU F1” növündə pomidor məhsuluna dəymiş zərər nəticəsində “xxxx” MMC-nin çəkmiş ziyanın bazar dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən MMC-nin çəkmiş ziyanın bazar dəyəri 14 yanvar 2021-ci il tarixə ******* manat təşkil etmişdir. - “xxxx” MMC-ninqiymətləndirmə nəticələri barədə məlumatında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanındayerləşən istixana kompleksində yerləşdirilən “AHU F1” növündə pomidor məhsuluna dəymiş zərər nəticəsində İddiaçı MMC-nin ziyanın bazar dəyəri ******* manat müəyyən edilmişdir. - abonentin saldosundan görünür ki, İddiaçı MMC-nin borcu 343339,10 manat təşkil edir. İlkin iddianın borcun silinməsi hissəsi onunla əsaslandırılmışdır ki, tənzimləyicinin yeri dəyişdirildiyinə görə artıq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin iddiaçı tərəfindən məhkəməyə tənzimləyicinin harada yerləşməsini özündə əks etdirən texniki şərt, yerinin dəyişdirilməsi barədə akt və digər sənədlər təqdim edilməmişdir. Belə olan təqdirdə, yəni, tənzimləyicinin yerinin dəyişdirilməsi dövrünü müəyyən etmək mümkün olmadığından bu xüsusat üzrə araşdırılmanın aparılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəssinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, zərərin ödənilməsi məsələləri tənzimləyən və ümumi noma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin həmin tələblər üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcələnin 433-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin iddiaçı tərəfindən məhkəməyə cavabdehin təqsirli hərəkəti, yəni, qaz təchizatının dayandırılması ilə bağlı da heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən zərərin mövcudluğunu təsdiq edən sübut kimi məhkəməyə təqdim olunmuş “xxxx” MMC və “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəylərində yalnız istixana komleksində nə qədər pomidor məhsulu yetişdirildiyi, qiymətinin nə qədər təşkil etməsi ilə bağlı məlumatlar qeyd olunmuş və rəy yalnız sifarişçinin verdiyi məlumatlar əsasında tərtib olunmuşdur. Yəni, zərərin mövcudluğunu təsdiq edən sübut kimi məhkəməyə təqdim olunmuş həmin rəylərdə də real zərərin olması təsdiqini tapmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin halları ilə təsdiq olunur ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 343339,10 manat borcu yaranmışdır və buna görə də qarşılıqlı iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia rədd oldunduğuna görə həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiası rədd edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilsin. 343339,10 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdehnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-392/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-392/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver