Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-392/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 42912,25 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2146,06 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, dövlət büdcəsində ödənilmiş 25,78 manat dövlət rüsumunun əvəzinin, cəmi 45284,09 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 42912,25 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2146,06 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, dövlət büdcəsində ödənilmiş 25,78 manat dövlət rüsumunun əvəzinin, cəmi 45284,09 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən İddiaçı, X1 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq) və digər tərəfdən - Cavabdeh, İdarə Heyətinin sədri X2 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər” adlanacaq), İddiaçının Cavabdehə qarşı “pul tələbinə dair” iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra “Saziş” adlandırılacaq) bağlanması barədə razılığa gəldilər:
1. Sazişin predmeti 1.1.Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış QSZ B 043/0121 saylı, 27 yanvar 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 42912,25 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 2146,06 manat dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, dövlət büdcəsində ödənilmiş 25,78 manat dövlət rüsumunun əvəzinin, cəmi 45284,09 (qırx beş min iki yüz səksən dörd manat, doqquz qəpik) manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsinin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2.İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır (iş № 2-2(113)-392/2023).
2. Tərəflərin hüquq və vəzifələri 2.1.Tərəflər razılaşır və təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya QSZ B 043/0121 saylı, 27 yanvar 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 42912,25 (qırx iki min doqquz yüz on iki manat, iyirmi beş qəpik) manat (ƏDV daxil) təşkil edir. 2.2.Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərci, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsində ödənilmiş 25,78 manat dövlət rüsumunun əvəzini, cəmi 43138,03 (qırx üç min bir yüz otuz səkkiz manat, üç qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 2.2.1. 31 yanvar 2023-cü il tarixədək - 8738,03 (səkkiz min yeddi yüz otuz səkkiz manat, üç qəpik) manat (ƏDVdaxil); 2.2.2. 28 fevral 2023-cü il tarixədək - 8600 (səkkiz min altı yüz) manat (ƏDV daxil); 2.2.3. 31 mart 2023-cü il tarixədək - 8600 (səkkiz min altı yüz) manat (ƏDV daxil); 2.2.4. 30 aprel 2023-cü il tarixədək - 8600 (səkkiz min altı yüz) manat (ƏDV daxil); 2.2.5. 31 may 2023-cü il tarixədək - 8600 (səkkiz min altı yüz) manat (ƏDV daxil). 2.3.Cavabdeh bu Sazişin 2.2-ci bəndi ilə müəyyən olunmuş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda İddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən müqavilə üzrə hesablanmış 2146,06 manat dəbbə pulunun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir.
3. Digər müddəalar 3.1.Tərəflər bu Sazişin şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2.Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3.Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4.Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev