Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3928/2024 19.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 08 may 2023-cü il tarixli, CDF-ES/01 nömrəli alğısatqı müqaviləsi üzrə 64.946,14 manat əsas borcun, pulun ödənişinin gecikdirilməsinə görə 8.132,57 manat faiz borcunun, 2000 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və dövlət rüsumunun əvəzi olaraq 310,47 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “CDF" QSC bir qayda olaraq mülki dövriyyədə qazma və tamamlanma məhlullarının satışı, dizaynı, mühəndislik xidməti üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə 08 may 2023-cü il tarixli, CDF-ES/01 nömrəli alğı-satqı müqaviləsi imzalamışdır Həmin müqavilənin tərkib hissəsi olan Əlavə 1-də (qiymətlərin razılaşdırılması protokolu) Cavabdehə təqdim ediləcək ScalDiss ******* adlı kimyəvi reagentin (duz əleyhinə inhibitor) çəkisi və qiyməti razılaşdırılmışdır. Belə ki, 21 İBS (21000 kubluq konteyner) çəkidə dəyəri cəmi (ƏDV daxil) 118 027,14 ABŞ dolları olan ScalDiss adlı kimyəvi reagnet satıcı tərəfindən alıcıya təqdim edilməli idi. İddiaçı öz öhdəliyini yerinə yetirərək birdəfəyə malın hamısını Cavabdeh MMC-yə təhvil versə də və Əlavə 1-də əks olunan məbləğin manat ekvivalenti olan 200 646,14 manat məbləğində 30.05 2023-cü il tarixli, 654905 nömrəli elektron qaimə-faktura təqdim etmişdir. Cavabdeh müqaviləyə əsasən malın dəyərini tam şəkildə xx.xx.2023-cü il tarixə qədər ödənilməli idi. Lakin Cavabdeh hazırki tarixə qədər cəmi 135700 manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə ki, ƏDV daxil olmaqla xx.xx.2023-cü il tarixdə 35400 manat, xx.xx.2023cü il tarixdə 23600 manat, xx.xx.2023-cü il tarixdə 59000 manat, xx.xx.2024-cü il tarixdə 17700 manat pul vəsaiti ödəmişdir. 64 946,14 manat məbləğində pul vəsaiti isə ödənilməmiş qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə müqavilə üzrə əsas borcun tam ödənildiyini və iddianın qalan hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iddia tələbini qismən qəbul etdiyini və əsas borc məbləğinin tam ödənildiyini bildirdi və iddianın ödənişin gecikdirilməsinə görə 8.132,57 manat faiz borcunun hissəsində təmin edilməməsini, vəkilə çəkilmiş xərci ödəməyə razı olduğunu bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 may 2023-cü il tarixli, CDF-ES/01 nömrəli alqı-satqı müqaviləsi və qiymət razılaşdırılması protokolu imzalanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqaviləyə Əlavədə qeyd edilmiş mal, həmçinin onunla əlaqəli detalları (qiymət, ölçü vahidi və s.) normalara uyğun olaraq alıcıya təqdim edir, alıcı isə bu malı qəbul edir.
10. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alınmış malın dəyəri icraçının təqdim etdiyi hesab-faktura və elektron qaimə faktura əsasında elektron qaimə fakturanın sistem və ya sifarişçi tərəfindən təsdiq edilməsindən sonrakı 30 təqvim günü ərzində icraçının bank hesabına nağdsız qaydada köçürmə yolu ilə ödənilməlidir.
11. Qiymət razılaşdırılması protokolu ilə 21 İBS (21000 kubluq konteyner) çəkidə dəyəri cəmi (ƏDV daxil) 118 027,14 ABŞ dolları olan ScalDiss adlı kimyəvi reagnetin satıcı tərəfindən alıcıya təqdim edilməsi razılaşdırılmışdır.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDG seriyalı, 654905 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 200.646,14 manat olan elektron qaimə göndərilmişdir.
15. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5.400 manat, xx.xx.2023-cü il tarixdə 3.600 manat, xx.xx.2023-cü il tarixdə 9.000 manat, xx.xx.2024-cü il tarixdə 2.700 manat, xx.xx.2023-cü il tarixdə 30.000 manat, xx.xx.2023-cü il tarixdə 20.000 manat, xx.xx.2023-cü il tarixdə 50.000 manat, xx.xx.2024-cü il tarixdə 15.000 manat, xx.xx.2024-cü il tarixdə 55.039,1 manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənmişdir.
16. Məhkəmə iclasında iddiaçı tərəf cavabdehin əsas borcu tam ödədiyini bildirmişdir.
17. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 64.946,14 manat məbləğində əsas borc məbləği cavabdeh tərəfindən ödənildiyindən iddia həmin hissədə təmin edilə bilməz.
18. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 8.132,57 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 16 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
20. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 142.34 (64.946,14x5/100=3.247,307 (1 il üçün), 3.247,307/365=8.89673(1 gün üçün), 8.89673x16=142,34 (16 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 310,47 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 310 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Lakin məhkəmə hesab edir ki, əsas borc məbləği məhkəməyə müraciət edildikdən sonra ödənildiyindən əsas borc məbləği və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 285,26 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə, həmçinin hesab edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş sənədlərinə əsasən hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə gecikdirilmiş əsas borca illik 5 faiz hesablanmaqla 142 (bir yüz qırx iki) manat, 34 (otuz dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 2.000 (iki min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285 (iki yüz səksən beş) manat, 26 (iyirmi altı) məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov