Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3935/2025 01.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı X5(bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İctimai Birliyi tərəfindən ona məxsus (**********00090 saylı abonent) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasından hesablanmış 3187 manat məbləğində borcun silinməsi və həmin abonentə məxsus qaz kartına mədaxil edilən vəsaitindən cərimələrə çıxılmış məbləğlərin geri,ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyryaşayış sahəsi mənə məxsusdur. xx.xx.2018-ci il tarixdə Cavabdeh İctimai Birliyinin əməkdaşları heç bir xəbərdarlıq etmədən mənim ünvana gələrəkevin çöl divarındaquraşdırılmış sayğaca baxış keçirmişlər. Bu barədə ******* saylı akt tərtib edərək, aktda “sayğacdan kənar qeyriqanuni qoşulma” qeyd etmişlər.0130227 saylı akt əsasında mənim barəmdə məbləğində cərimə tətbiq edilmişdir. Mən ödənişlər etdiyimdən həmin cərimə hazırda 3187 manat edir. İlk olaraq qeyd edirəm ki, Cavabdeh İB-nin əməkdaşlarının sayğaca baxış keçirmələrindən və orada kimlərin iştirak etmələrindən mənim heç birməlumatım olmayıb. Göstərilən akt tərtib edilən zaman mənim iştirakım belə təmin edilməmiş və cərimələrlə bağlı mənə heç bir bildiriş verilməmişdir.X8 mənim nümayəndəm qismində qeyd edilmiş, lakin tərəfimdən həmin şəxsə etibarnamə verilməmişdir. Bu səbəbədən də onunözü belə akta imza etməmişdir. Bundan xeyli müddət keçdikdən sonra mən smart karta pul köçürərək qazdan istifadə etmək istədikdə həmin karta köçürdüyüm puldan müəyyənməbləğlərin cərimə borcuna silindiyini müəyyən etdim. Bu zaman Cavabdeh İB-nə şifahi müraciət etdim. Onlar isə mənə şifahi olaraq müəyyən aktəsasında barəmdə cərimənin olduğunu, həmin cərimənin silinməsinin onlar tərəfindən mümkün olmadığını və bu cərimələrin ancaq məhkəmətərəfindən ləğv edilə biləcəyini bildirdilər. Bundan əlavə qeyd edirəm ki, cavabdeh tərəfindən göstərilən ünvana qazın verilişi də dayandırılmışdır. Hesab edirəm ki, barəmdə tərtib edilmiş xx.xx.2018-cü il tarixli ******* nömrəli akt tamamilə əsassızdır. Həmçinin qeyd edirəm ki, həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtı-vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacıngöstəricilərinin qeydiyyatını aparırlar. Əgər mənzilimdə sayğacda əlavə qoşulma olsa idi idarənin əməkdaşları ilk öncə bunu onlar aşkar edə bilərdilər. Eyni zamanda bildirirəm ki, sayğacdan kənar qeyri-qanuni qoşulma edilməmişdir. Nəzərə alsaq ki, sayğac evdən çöldə hamının keçə biləcəyiyerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 mən sayğaca nəzarət edə bilmərəm.Əgər cavabdeh mənim təqsirimə görə sayğacdan kənar qeyri-qanuni qoşulma olduğunu iddia edib buna görə məndən pul tələb edirsə, ilk növbədə bupozuntunun həqiqətən baş verdiyini sübut etməlidir.
3. Daha sonra iddiaçı iddia tələlbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İctimai Birliyi tərəfindən ona məxsus (**********00090 saylı abonent) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasından hesablanmış 3187 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin ediməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, qeyd olunan ünvandakı qaz sayğacına baxış keçirilən zaman müəssisədə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə aşkar olmuşdur.
10. Qeyd edilən akta əsasən Cavabdeh abonent X4 (abonent kodu: **********00090) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 28 dekabr 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 1.2m3 /saat, orta günlük iş reejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 16488 m3 qazın dəyərində olması müəyyən edilmişdir.
11. **********00090 saylı abonent X2 (kommersiya) abonent saldosundan görünür ki, abonent 4 gözlü qaz plitələri PQ-4 (1/1), Kombi (1/1) adlı qaz cihazlarından istifadə edir. 2018-ci ilin dekabr ayında abonentə akta əsasən 3297.6 manat məbləğində borc hesablanmışdır.
12. 26.05.2025-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, X2 aktlar üzrə 5947.2 manat təşkil edir.
13. Cavabdeh İB tərəfindən tərtib olunmuş sənayə üzrə inventar aktında iddiaçının sayğcın parametrləri,müəssisədə istəfadə olunan qaz qurğuları göstərilmişdir.
14. Cavabdeh İB Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı bir yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
15. 07.04.2025-ci ildə iddiaçı X5 tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış 3187 manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.
V. Tətbiq edilən hüquq:
16. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
17. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
19. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki,iddia ərizəsi qismən təmin edilməlidir.
21. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, X4 məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, müxtəlif vaxtlarda cavabdeh tərəfindən aktlar tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2018-ci ildə tərtib olunmuş aktlara əsasən iddiaçıya 3187 manat məbləğində borc hesablanmışdır.
22. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
23. Göründüyü kimi iddiaçı X1 tələb etdiyi 3187 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
24. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
25. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
26. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 52 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı X3 məxsus (**********00090 saylı abonent) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasından hesablanmış 3187 manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova