Məhkəmə qərarları › İş №e-2-2(113)-396/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-396/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-396/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasəndakı filialı Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 44.219,70 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Nümayəndə şirkətinin Azərbaycan Respublikasəndakı filialı Cavabdeh MMC ilə xx xxxxxxx 2017-ci il tarixdə BSP-003/17 nömrəli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Füzuli Meydanı ərazisində (park) istifadə üçün müxtəlif ölçüdə qum, qırma və qırma daşı ilə təmin etməli idi. Cavabdeh müqavilədə göstərilən şərtlərə və qiymətə uyğun malın daşınmasına başlamış, iddiaçı isə planlaşdırılmış qaydada etibar edərək pulun əvvəlcədən ödənilməsini təmin etmişlər. Lakin cavabdeh malın verilməsini dayandırmış və pulu geri qaytaracağına söz versə də, buna əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 44.219,70 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh həmin borcu qaytarmır və müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən iddiaçı digər satıcıdan mal almaq məcburiyyətində qalmış və ağır maddi vəziyyətə düşüblər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixdə BSP-003/17 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Bakı şəhəri, Yasamal rayonu, Füzuli Meydanı ətraf ərazilərində (park) ünvanına istifadə üçün müxtəlif ölçüdə qum, qırma qum, qırma daşı satır və həmin ünvana gətirilməsini təmin etməyi, alıcı isə həmin malları qəbul etməyi və razılaşdırlmış müddətlərdə malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.1.1-ci bəndinə görə satıcı malları alıcının təyin etdiyi qrafikə uyğun 24 saat ərzində alıcıya təhvil verir. Və mal sahədə alıcı tərəfindən təyin edilmiş əraziyə boşaldır. 2.1.2.-ci bəndinə görə mallarla birlikdə təhvil-təslim sənədləri verilməlidir. 2.2.1-ci bəndinə görə alıcı malları qanunvericilkdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. 2.2.2-ci bəndinə görə alınmış malların dəyəri ödənilməlidir. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. Həmin müqaviləyə xx.xx.2017-ci il tarixli, 1 saylı və xx.xx.2018-ci il tarixli, 2 saylı əlavə razılaşmalardan görünür ki, tərəflər əsas müqaviləyə əsasən alınacaq materialların sahəyə nəqlini surətləndirmək üçün subpodratçı firmaya müvafiq olaraq 30.000 və 35.400 manat (ƏDV daxil) avans ödənilməsi barədə razılığa gəlmişlər. Əlavə müqavilələr hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 898962 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 619271 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 545184 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 340121 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 775775 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 458822 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 352993 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 147390 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 155718 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 649920 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 811517 nömrəli; xx.xx.2018ci il tarixli, EAAİ seriyalı, 348511 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 447948 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 254732 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 935326 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 666717 nömrəli; xx.xx.2018-ci il tarixli, EAA seriyalı, 307120 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 208196 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 216111 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 029570 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 885301 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 647254 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 486395 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 259224 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı,193725 nömrəli; xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 089236 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAF seriyalı, 003924 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 955609 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 850420 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 739710 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 694466 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 694227 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 546316 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 389689 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 388972 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 191068 nömrəli; xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, ******* nömrəli elektron qaimələrə əsasən təsdiq edilir ki, yuxarıda göstərilən alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMCtərəfindən iddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialına cəmi 928.750,37 manat dəyərində mallar təqdim edilmişdir. Göstərilən elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və onların əsasında elektron vergi hesab-fakturaları tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialına təqdim edilmişdir. xx.xx.2017-ci il tarixli, 553 nömrəli; xx.xx.2017-ci il tarixli, 554 nömrəli; xx.xx.2017-ci il tarixli, 639 nömrəli; xx.xx.2017-ci il tarixli, 640 nömrəli; xx.xx.2017-ci il tarixli, 669 nömrəli; xx.xx.2017-ci il tarixli, 748 nömrəli; xx.xx.2017-ci il tarixli, 771 nömrəli; xx.xx.2017-ci il tarixli, 778 nömrəli; xx.xx.2017-ci il tarixli, 779 nömrəli; xx.xx.2017-ci il tarixli, 847 nömrəli; xx.xx.2017-ci il tarixli, 848 nömrəli; xx.xx.2018-ci il tarixli, 867 nömrəli; xx.xx.2018-ci il tarixli, 868 nömrəli; xx.xx.2018-ci il tarixli, 883 nömrəli; xx.xx.2018-ci il tarixli, 884 nömrəli; xx.xx.2018-ci il tarixli, 927 nömrəli; xx.xx.2018-ci il tarixli, 926 nömrəli; xx.xx.2018-ci il tarixli, 999 nömrəli; xx.xx.2018-ci il tarixli, 1000 nömrəli; xx.xx.2018-ci il tarixli, 3 nömrəli; xx.xx.2018-ci il tarixli,110 nömrəli; xx.xx.2018-ci il tarixli, 156 nömrəli; xx.xx.2018-ci il tarixli,157 nömrəli; xx.xx.2018-ci il tarixli, 196 nömrəli; xx.xx.2018-ci il tarixli, 197 nömrəli; xx.xx.2018-ci il tarixli 384 nömrəli; xx.xx.2018-ci il tarixli, 393 nömrəli; xx.xx.2018-ci il tarixli, 463 nömrəli; xx.xx.2018-ci il tarixli 464 nömrəli, xx.xx.2018-ci il tarixli, 522 nömrəli; xx.xx.2018-ci il tarixli, 523 nömrəli; xx.xx.2018-ci il tarixli, 596 nömrəli; xx.xx.2018-ci il tarixli, 597 nömrəli; xx.xx.2018-ci il tarixli, 622 nömrəli; xx.xx.2018-ci il tarixli, 623 nömrəli; xx.xx.2018-ci tarixli, 650 nömrəli; xx.xx.2018-ci il tarixli, 651 nömrəli; xx.xx.2018-ci il tarixli, 726 nömrəli; xx.xx.2018-ci il tarixli, 842 nömrəli; xx.xx.2018-ci il tarixli, 843 nömrəli; xx.xx.2018-ci il tarixli, 840 nömrəli; xx.xx.2018-ci il tarixli, 841 nömrəli; xx.xx.2018-ci il tarixli, 963 nömrəli, xx.xx.2018-ci il tarixli, 1044 nömrəli ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, Nümayəndə şirkətinin Azərbaycan Respublikasəndakı filialı tərəfindən Cavabdeh MMC-yə cəmi 972.970 manat məbləğində ödəniş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 23553 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan elektron vergi hesab-fakturaları və elektron qaimələrə əsasən Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialına Cavabdeh MMC tərəfindən təqdim edilmiş malların ümumi dəyərinin 928.750,37 manat təşkil edir. Həmçinin iş materiallarında olan ödəniş tapşırıqlarına əsasən Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə 972.970 manat məbləğində ödəniş aparılmışdır. Nəticədə, iş materiallarında olan ödəniş tapşırıqlarına, elektron vergi hesabfakturalara və elektron qaimələrə əsasən xx.xx.2017-ci il tarixli BSP-003/17 nömrəli alqısatqı müqaviləsi üzrə Cavabdeh MMC-nin iddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialına olduğu borc məbləği 44.219,63 manat təşkil edir. İddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh MMCyə xx.xx.2018-ci il tarixli, İT 139 saylı pretenziya məktubu ünvanlayaraq 44.219,70 manat məbləğində borcunun qaytarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı)ilə Cavabdeh MMC(satıcı) arasında xx xxxxxxx 2018-ci il tarixli, BSP-003/17 nömrəli saylı alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən cavabdeh tərəfindən təqdim edilməli olan mallara görə qabaqcadan ödəniş etmiş, cavabdeh isə qabaqcadan ödənilmiş pulun müqabilində müvafiq maları iddiaçıya təqdim etməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilmiş məbləğin 44.219,63 manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi çıxış edir. Həmin maddəyə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan 44.219,63 manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh“ MMC-dən 44.219,63 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə (0,07 manat məbləğində pul tələbi) iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddia qiymətinin 99%-inə yaxın məbləğə münasibətdə iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda cavabdehdən 200 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 44.219,63 (qırx dörd min iki yüz on doqquz manat altmış üç qəpik) manatvə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X6 Sanayi və Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar