Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-396/2021 10.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 18154 manat əsas, 2214 manat faiz borcunun və 30 manat dövlət rüsumunun, cəmi 20938 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müxtəlif adda və çeşiddə ədviyyat və çərəzləri X2 Cavabdeh MMC-yə satmağı, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2-ci və 3-cü bəndlərinə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və qiyməti fakturaya əsasən müəyyən olunmaqla ödəniş malın müvafiq sənədlər əsasında təqdim olunduğu gün ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müstəsna hallarda tərəflərin qarşılıqlı razılaşmasına əsasən ödəniş malın alıcı tərəfindən faktiki realizə olunduğu tarixdə, lakin malın ona təqdim olunduğu tarixdən bir ay müddətindən gec olmamaqla aparıla biləcəyi nəzərdə tutulmuşdur. Beləliklə tərəflər arasında olan razılaşmaya əsasən əlavə dəyər vergisi daxil olmaqla EBAH seriyalı, 258616 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 5570 manat, EBAH seriyalı, 386080 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 3119 manat, EBAH seriyalı, 524361 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1300 manat, EBAH seriyalı, 524922 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4000 manat, EBAH seriyalı, 592877 nömrəli, xx.xx.2020 tarixli electron qaiməyə əsasən 4165 manat, cəmi 18154 manat dəyərində müxtəlif adda mal Cavabdeh MMC-yə verilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən ödəniş edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 17554 manat əsas, 2214 manat faiz borcunun və 30 manat dövlət rüsumunun, cəmi 19798 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il alqı-satqı müqaviləsi üzrə borcun mövcudluğu, elektron qaimə və elektron vergi hesab fakturaları ilə təsdiqini tapır Cavabdeh “X4” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək 18154 manat məbləğində borcun 600 manat məbləğində hissəsini ödədiyini, hazırda 17554 manat borcunun olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan: - X3 ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən 2-ci fəsildə göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - EBAH seriyalı, 258616 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 5570 manat, EBAH seriyalı, 386080 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 3119 manat, EBAH seriyalı, 524361 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1300 manat, EBAH seriyalı, 524922 nömrəli, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4000 manat, EBAH seriyalı, 592877 nömrəli, xx.xx.2020 tarixli electron qaiməyə əsasən 4165 manat, cəmi 18154 manat dəyərində müxtəlif adda mal Cavabdeh MMC-yə verilmişdir Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqaviləyə əsasən alqı – satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə – fakturaya əsasən müəyyən olunur”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 18154 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura, elektron vergi hesab-fakturası əsasında X2 tərəfindən “X4” MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, “Bu müqaviləyə əsasən malın qiyməti fakturaya əsasən müəyyən olunur”. 3.2-ci bənddə isə nəzərdə tutulmuşdur ki, “Malın dəyəri nəğdsiz qaydada satıcının hesablaşma hesabına ödənilir və ödəniş malın müvafiq sənədlər əsasında təqdim olunduğu gün ərzində həyata keçirilməlidir”. Tərəflər arasında malların dəyərinin ödənilməsi şərtləri müqavilə ilə müəyyənləşdirilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 17554 manat borc məbləğinin ödənilməsi hissəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən hər gecikdirilən gün üçün ödənilməyən borc məbləğinin 0,1% faizi məbləğində cəriməni iddiaçının tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin məhkəmə 17554 manat əsas borca 2214 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 17554 manat əsas borca 2214 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 2214 manat dəbbə pulunun məbləği azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 17554 manat məbləğində əsas borc, 200 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 17754 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-396/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-396/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver