Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-397/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı “xxxx”xxxx“xxxx” MMC-yə qarşı dəbbə pulunun və dəymiş zərərin tutulması tələbinə dair ilkin iddiası, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçıxxxx“xxxx” MMC-yə qarşı iddia ərizəsixxxxməhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645,0 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx”xxxxtutularaq İddiaçı MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (alıcı)xxxxcavabdeh “xxxx" MMC (satıcı) arasında № PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərtixxxxalıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, alınan və satılan malların miqdarı və qiyməti müqaviləyə əlavə olunmuş 1 saylı qoşmada öz əksini tapır. 1 saylı qoşma bağlanan müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin ümumi dəyəri, ƏDV daxil 3.495.455 manat təşkil edir. Bu müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə mallar, təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, alınan malların dəyəri, ƏDV daxil 3.945.455 manat təşkil edir. Alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti çatdırıldıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 10.1-ci maddəsinə əsasən, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0 %-imiqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən, malın təchizi iki aydan çox gecikdirildikdə, satıcı ona ödənilməmiş pul vəsaitini tam geri qaytarır və alıcı müqaviləni ləğv etmək, yaxud onun şərtlərinə yenidən baxmaq hüququnu özlərində saxlayırlar. Sözügedən müqavilə əsasında mallar müqavilənin qüvvəyə mindiyi 27.02.2020-ci il tarixdən 120 gün müddətində, yəni 27.06.2020-ci il tarixədək çatdırılmalı olsa da, bugünədək çatdırılmamışdır. Göründüyü kimi, cavabdeh “xxxx"xxxxmüqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Belə olan halda, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən, icranı gecikdirən cavabdeh “xxxx"xxxxmallarının dəyəri olan 3.495.455 manat məbləğin 5%-i, yəni 174.772,75 manat məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı MMCxxxxSOCAR “Azneft” İB arasında 03.03.2020-ci il tarixdə 141/SAM/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh “xxxx"xxxxtəhvil veriləcək “Kalsium Bromid” məhlulunun SOCAR “Azneft” İB-yə təhvil verilməsi, “Azneft” İB tərəfindən isə 4.714.100 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. İddiaçı MMCxxxx“Azneft” İB arasında bağlanan 03.03.2020-ci il tarixli müqavilənin qarantiyası kimi 27.01.2020-ci il tarixli M/17-595 saylı bank qarantiyası da “Azneft” İB-yə təqdim edilmişdir. Həmin bank qarantiyası “xxxx”xxxx“xxxx" MMC malları iddiaçıya təhvil vermədiyinə görə iddiaçı “Azneft”xxxx“xxxx” MMC malları vaxtında təhvil versəydi, iddiaçı həmin malları “Azneft”İB-nə verib külli miqdarda gəlir əldə edəcəkdi. İndi isə cavabdehin təqsiri üzündən iddiaçı həmin gəlirini itirmişdir, həmçinin “Azneft” İB-yə ziyan ödəməli olmuş, iddiaçıxxxxbağlanmış müqavilələrə blok qoyulmuşdur. “Azneft” İB İddiaçı MMC-dən vurulmuş zərəri tələb edir. Sözügedən müqavilə əsasında “Azneft” İB tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, İddiaçıxxxxəldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdir. Lakin hal-hazırda cavabdehin təqsiri ucbatından həmin gəlirdən məhrum edilmişdir. Hesab edir ki, cavabdeh “xxxx"xxxxtəqsiri ucbatından İddiaçı MMC şirkətinin məhrum olduğu 1.218.645 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı həmçinin SOCAR “Azneft” İB və SOCAR-ın tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilələrdən cavabdehin təqsiri üzündən məhrum olmuşdur. Belə ki, İddiaçı MMC SOCAR-ın idarələrixxxxorta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə SOCAR “Azərikimya”xxxx91.542,39 manat, SOCAR “Heydər Əliyev adına X1”xxxx736.573,31 manat, “xxxx” MMCxxxx435.559,70 manat məbləğlərində müqavilələr bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlirəldə edəcəkdi. Lakin cavabdehin təqsiri ucbatından İddiaçı MMC, SOCAR-ın “Azneft” İB-nin müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə SOCAR-ın bütün strukturlarında qara siyahıya salınmış, gələn 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Hesab edir ki, 225.000 manat məbləğində əldən çıxmış fayda da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, “Azneft” İB tərəfindən İddiaçı MMC qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Bununla da İddiaçıxxxxişgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun SOCAR-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Elə bu əsasla da İddiaçıxxxxişgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 (beş yüz min) manat məbləğində ödəniş də cavabdeh “xxxx”xxxxİddiaçıxxxx“xxxx” MMC-dən borcun məcburi qaydada alınması üçün hüquqi xidmət müqaviləsi əsasında hüquq şirkətinə 1.000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Həmin ödəniş də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizəxxxxməhkəməyə müraciət edərək, cavabdeh “xxxx”xxxxmülkiyyətində olan ** JF *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQÜ” markalı; ** AB *** dövlət nömrə nişanlı, “HONDA CİTY MİNİK” markalı;** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQÜ” markalı; ** PB *** dövlət nömrə nişanlı, “FİAT MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı, ** AZ *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E240 MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “OCETRANS XÜS.TƏYİN. YARİMQOŞQÜ” markalı; ** PZ *** dövlət nömrə nişanlı, “VOLVO MİNİK”markalı; ** ZX *** dövlət nömrə nişanlı, “BAKAZ YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “SAMRO QOŞQU”markalı; ** JX *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “ODAZ YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “MAGYAR SR34EF2NA” markalı; ** JD *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “SAMRO QOŞQU” markalı; 10 J0 075 dövlət nömrə nişanlı, “MERCEDES BENZ AXOR YÜK”markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı; ** JZ *** dövlət nömrə nişanlı, “RENAULT YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQU” markalı; ** JG *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “OCETRANS” markalı; ** JP *** dövlət nömrə nişanlı, “KİA YÜK” markah; ** JF *** dövlət nömrə nişanlı “DAF YÜK” markalı; ** JD *** dövlət nömrə nişanlı DAF YÜK” markalı; ** AJ *** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX MİNİK” markalı; ** JX *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; 99JN075 dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** PV *** dövlət nömrə nişanlı, “VOLVO MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “DAZ YARİMQOŞQU” markalı; ** JK *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** JC *** dövlət nömrə nişanlı, “RENAULT PREMİUM YÜK”xxxx“xxxx” MMC və üçüncü şəxslər tərəfindən istismara və istifadəsinə qadağa qoyulması və Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli, e-2-2(113)-3289/2020 saylı qərardadıxxxxİddiaçıxxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 27.01.2021-ci il tarixli, 2- 2(103)-239/2021 saylı qərardadıxxxxİddiaçıxxxxşikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 03.12.2020-ci il tarixli, e-2-2(113)-3289/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 04.03.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsixxxxmüraciət edərək, İddiaçıxxxx“xxxx” MMC-yə qarşı PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 174.772,75 manat cərimənin, 1.218.645,0 manat və 225.000 manat əldən çıxmış faydanın, 500.000 manat işgüzar nüfuza vurulmuş ziyanın, 1000 manat hüquqi xidmət haqqının və 30 manat dövlət rusumunun tutulması barədə ilkin iddia tələbini rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, İddiaçı MMC-dən 04.02.2020-ci il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 17304.21 manat pulun və 30 manat dövlət rüsumunun “xxxx”xxxxxeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPMin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddiaxxxxbirlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddianın mahiyyəti ondan ibarətdir ki, “xxxx” MMC (satıcı)xxxxİddiaçı MMC (alıcı) arasında 04.02.2020-ci il tarixdə 02 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə qeyd edilən miqdarda malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilən xammallar üzrə hesab-fakturalar alıcıya təqdim edilmiş, elektron qaimələr göndərilmişdir. Ümumi məbləği 21.762,19 manat təşkil edən xammallara görə alıcı tərəfindən 4457,98 manat məbləğində pul ödənilmiş (16.03.2020-ci il tarixli faktura üzrə), digər hesab-fakturalar üzrə qalıq qalan 17.304,21 manat pul isə hal-hazıradək ödənilməmişdir. Qeyd edilən 17.304,21 manat pulun ödənilməsixxxxbağlı alıcıya pretenziya qaydasında bildiriş göndərsələr də, həmin məbləğ ödənilməmişdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən alıcı malın dəyərini Müqavilənin 3-cü maddəsixxxxmüəyyən olunan şərtlərlə və qaydada satıcıya ödənilməsini; 2.4.3-cü bəndinə əsasən müqaviləxxxxüzərinə götürdüyü, vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməsini öhdəsinə götürür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin, ilkin iddiaya etiraz edərək ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinə münasibət bildirərkən Vəkil1 qarşılıqlı iddia üzrə iddiaçıya 17.304 manat məbləğində borclarının olduğunu təsdiq etmiş, lakin həmin məbləği yalnız ilkin iddiada tələb etdikləri məbləğlər onlara ödənildikdən sonra ödəyəcəklərini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“xxxx” MMC (satıcı)xxxxİddiaçı MMC (alıcı) arasında 27 fevral 2020-ci il tarixdə PİC02/27/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərtixxxxalıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri, ƏDV daxil 3.495.455 manat təşkil edir. 3.1-ci bəndinə görə bu müqavilə üzrə mallar, təchizat müddətlərinə tnuvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür. 3.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq satıcı: - Müqavilənin şərtlərində göstərilmiş malları alıcıya təchiz etməlidir. 3.3-cü bəndinə görə müqavilənin şərtlərinə uyğun olaraq alıcı: - Müqavilədə göstərilmiş qiyməti satıcıya ödəməli; - Müqavilədə göstəriimiş ünvana çatdırıldıqda malları qəbul etməli və bu andan mallarla bağlı bütün risklər alıcıya ötürülmüş olur. 4.1-ci bəndinə əsasən alınan mallarm dəyəri, ƏDV daxil 3.495.435 manat təşkil edir, alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabma köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərtixxxxçatdırddıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. 10.1-ci bəndinə görə malların müqavilədə müəyyən edildiyi müddətdən çöx gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün yaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdannda, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürüxxxxtəsdiq edilmişdir. -27 fevral 2020-ci il tarixli, PİC02/27/2020 saylı müqaviləyə 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürüxxxxtəsdiq edilmişdir. -İddiaçı MMC (satıcı)xxxxAzərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (alıcı) arasında 03.03.2020-ci il tarixdə SOCARSS-004.2011 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu "inkoterms-2010”-a əsasən DDP Bakı şərtixxxxalıcının ünvanına çatdıracaq, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəyəcək. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir. 3.1-ci bəndinə görə bu müqavilə üzrə mallar, təchizat müddətlərinə tnuvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. 4.1-ci bəndinə əsasən alınan malların dəyəri, 4.714.100 manat (ƏDV ilə) teşkil edir. Alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün rəsmiləşdirilmiş qaimənin yazıldığı tarixdən 60 gün ərzində ödəməyi öhdəsinə götürür. 10.1-ci bəndinə görə malların Müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 8%-dən çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürüxxxxtəsdiq edilmişdir. -03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqaviləyə 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürüxxxxtəsdiq edilmişdir. -İddiaçıxxxx“xxxx” MMC-yə 12.06.2020-ci il tarixli məktubxxxxmüraciət edilərək, malın çatdırılma tarixi haqqında məlumat verilməsi xahiş edilmişdir. -xxxx”xxxxİddiaçı MMC-yə 16.06.2020-ci il tarixli məktubla 12.06.2020-ci il tarixli məktuba cavab olaraq dünyada baş verən pandemiyaxxxxəlaqədar olaraq məhsulun çatdırılmasında bir sıra problemlər yarandığı, məhsulun bir hissəsinin (200 m3) 23.06.2020-ci il tarixdə Azərbaycan Gömrük sərhəd buraxılışından sonra təhvil veriləcəyi bildirilmişdir. -xxxx”xxxxİddiaçı MMC-yə 23.06.2020-ci il tarixli məktubla müraciət edilərək müqavilə üzrə 200 m3 kalsium bromid məhsulunu növbəti həftə təchiz etməyə hazır olduqları bildirilmişdir. Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən BH Company LTD tərəfindən Sevda Yusubovaya (həmin vaxt cavabdeh “xxxx” MMC –nin direktoru) ünvanlanmış 63 saylı 03.07.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və məqliyyat problemlərinə götə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Broid məhsulunu yükləyə bilməyəcəklər. -“xxxx”xxxxİddiaçı MMC-yə 09.07.2020-ci il tarixli məktubla müraciət edilərək, bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - cənubi Afrika Respublikasında 20 may 2020-ci il tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiyaxxxxəlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasmda ya iki tərəfli ya da bir tərəfli xitam verilməsinə qərar verilmişdir. Qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir. -İddiaçıxxxx“xxxx” MMC-yə 27.07.2020-ci il tarixli, 21/20 saylı məktubla müraciət edilərək, bildirilmişdir ki, “xxxx”xxxx09.07.2020-ci il tarixində göndərdiyi məktubda gecikmənin fors-major halıxxxxəlaqədar olması iddiası və müqaviləyə birtərəfli xitam verilməsi əsassız və qəbuledilməzdir. Əvvəlki məktubda qeyd edilmiş bütün hallar şirkətin müştəri qarşısında öhdəliyini yerinə yetirə bilməməyinə, reputasiya və ciddi maddi risklərə səbəb olur. Odur ki, ən qısa zamanda öhdəlik yerinə yetirilmədiyi təqdirdə müvafiq addımlar atılacaqdır. -İddiaçıxxxx“xxxx” MMC-yə pretenziya məktubuxxxxmüraciət edilərək, 3 gün müddətində İddiaçıxxxx“xxxx" MMC arasında bağlanmış PİC/02/27/2020 nömrəli 27 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsini icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin; 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın; 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1000 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, yuxarıda göstərilən məbləğ ödənilməyəcəyi halda, müqavilənin ləğvi və pul tələbixxxxməhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsinin iclasının 24 sentyabr 2020-ci il tarixli, 47 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, kalsium bromid məhlulunun "Azneft’’ İB tərəfindən satın alınması məqsədixxxxkeçirilmiş 11022AM-20 saylı açıq müsabiqənin nəticələrinə uyğun olaraq “xxxx” MMCxxxxİB arasında bağlanmış 03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, “xxxx”xxxxbu qərar qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində SOCAR-da təşkil olunacaq bütün satınalma əməliyyatlarında iştirakı qadağan edilmişdir. - SOCAR “Azneft” İB tərəfindən İddiaçı MMC-yə 02.11.2020-ci il tarixli məktub ünvanlanaraq İddiaçıxxxx03.03.2020-ci il tarixli, 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi nəzərə alınaraq, həmin müqavilənin 13.2-ci bəndinə müvafiq olaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. -İddiaçıxxxxtəsisçilərin 17 dekabr 2020-ci il tarixli qərarına əsasən İddiaçıxxxxadının dəyişdirilərək “xxxx” MMC kimi müəyyən edilməsi, cəmiyyətin adının dəyişməsi və təsisçi payının dəyişikliyixxxxəlaqədar cəmiyyətin nizamnaməsində dəyişiklik edilməsi və 4-cü redaksiyada nizamnamənin təsdiq edilməsi qərara alınmışdır. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, “xxxx”xxxxəvvəlki adı İddiaçıxxxx“xxxx” MMC (satıcı)xxxxİddiaçı MMC (alıcı) arasında 04 fevral 2020-ci il tarixdə 02 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı 1.2-ci bəndində göstərilən əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götütür. 1.2-ci bəndinə görə bu müqavilə üzrə satılan malların miqdarı və adı əlavələrdə qeyd ediləcəkdir. 3.1-ci bəndinə əsasən satılacaq malların qiyməti əlavələrdə qeyd ediləcəkdir. 3.2-ci bəndinə görə malın dəyəri 30 gün ərzində ödəniləcəkdir. 4.1-ci bəndinə əsasən bu müqavilə 04 fevral 2020-ci ildən 31 dekabr 2020-ci il tarixədək qüvvədədir. 5.1-ci bəndinə görə bu müqaviləxxxxöz vəzifəsini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyixxxxmüəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürüxxxxtəsdiq edilmişdir. -“xxxx”xxxxİddiaçı MMC-yə 4764,25 manat dəyərində malın göndərilməsinə dair 05.02.2020-ci il tarixli, **********8 saylı hesab-faktura təqdim edilmiş və həmin hesabfaktura əsasında 05.02.2020-ci il tarixli, EBAF seriyalı, 947001 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçıxxxx“xxxx”xxxxİddiaçı MMC-yə 4212,60 manat dəyərində malın göndərilməsinə dair 27.02.2020-ci il tarixli, **********5 saylı hesab-faktura təqdim edilmiş və həmin hesbab-faktura əsasında 27.02.2020-ci il tarixli, EBAG seriyalı, 930505 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçıxxxx- “xxxx”xxxxİddiaçı MMC-yə 7293,50 manat dəyərində malın göndərilməsinə dair 17.04.2020-ci il tarixli, **********4 saylı hesab-faktura təqdim edilmiş və həmin hesabfaktura əsasında 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 795221 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçıxxxx-“xxxx”xxxxİddiaçı MMC-yə 1033,86 manat dəyərində malın göndərilməsinə dair 06.05.2020-ci il tarixli, **********3 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 08.05.2020-ci il tarixli, EBAJ seriyalı, 680204 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.. - Gömrük bəyannaməsindən müəyyən edilir ki, 02.07.2020-ci il “xxxx” MMC-yə ünvanlanmış 17.000,00 kq kalsium bromid məhlulu AR-ın gömrük sərhədindən keçirilmişdir. -“xxxx”xxxxİddiaçı MMC-yə 07.12.2020-ci il tarixli məktubla mraciət edilərək, 04.02.2020-ci il tarixli, 02 saylı alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, ilkin iddia tələbixxxxbağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı “xxxx” MMC (əvvəlki adı İddiaçı MMC)xxxxilkin iddia üzrə cavabdeh “xxxx” MMC arasında 27 fevral 2020-ci il tarixli PİC/02/27/2020-ci nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC 3.495.455 manat dəyərində kalsium bromid məhlulunu müqavilə qüvvəyə minmə anından 120 gün müddətində (yəni 27 iyun 2020-ci il tarixədək) “xxxx” MMC-yə çatdırmağı öhdəsinə götürmüşdür. Hazırda ilkin iddia üzrə iddiaçı “xxxx”xxxx“xxxx”xxxxmüqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini əsas göstərərək sonuncudan müqavilədə nəzərdə tutulmuş cərimənin, eləcə də əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun ödənilməsi tələbinə dair hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir. Həmin maddəyə görə dəbbə pulu (cərimə, penya) müqaviləxxxxmüəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə borcluya tətbiq edilən məsuliyyət tədbiridir. Kreditorun müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsini tələb etmək hüququ müqavilə öhdəliyinin borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda yaranır. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı halda ilkin iddia üzrə cavabdeh “xxxx”xxxx27.02.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin predmeti olan 3.495.455 manat dəyərində olan malı müqavilədə göstərilən müddətdə - 27.06.2020ci il tarixədək iddiaçı “xxxx” MMC-yə təchiz etməməsi, bununla da öhdəliklərin lazımi qaydada icra etməməsi işin mübahisəsiz halını təşkil edir. İlkin iddia üzrə cavabdeh “xxxx” MMC ilkin iddia tələbinə etirazına əsas kimi iki hala, birincisi, müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Сovid-19 pandemiyasıxxxxəlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə Mülki Məcəllənin tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına; ikincisi, müqavilə üzrə təchiz etməli olduğu malın bir hissəsini 30.06.2020-ci il tarixdə AR-ə gətirsə də, iddiaçının həmin malı qəbul etməkdən imtina etməsinə istinad etmişdir. Birinci halla bağlı qeyd edilməlidir ki, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsinin onun iradəsindən asılı olmayan hallardan baş verməsi barədə dəlillərini sübuta yetirmək üçün Cənubi Afrika Respublikasında yerləşən “HB Company LTD” şirkətinin ona ünvanladığı pandemiyaxxxxəlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini təchiz edə bilməməsi barədə 03.07.2020-ci il tarixli məktubuna istinad etmişdir. Halbuki məktubun məzmunundan da göründüyü kimi həmin məktub yalnız 03.07.2020-ci il tarixdən etibarən “HB Company LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirmir, belə olan halda həmin məktuba əsasən “xxxx”xxxxmübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz CAR-dan məhsulunun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. Digər tərəfdən borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Göründüyü kimi pozuntunun borclunun cavabdeh olmadığı haldan irəli gəlməsinin müəyyən edilməsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün kifayət etmir, göstərilən halla yanaşı məhkəmə tərəfindən müqavilə bağlanarkən borclunun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı, eləcə də borclunun vicdanlı davranması, yəni xəbərdar olduğu maneə barədə kreditora dərhal məlumat verməsi kimi hallar da müəyyən edilməlidir. Bundan əlavə tərəflər arasında bağlanmış 27.02.2020-ci il tarixli müqavilənin 11.2-ci bəndində də müəyyən edilmişdir ki, fors-major vəziyyətinə məruz qalmış tərəf həmin şəraitin başlaması və qurtarması haqda, onların baş verməsi günündən ən geci 10 gün ərzində digər tərəfi yazılı şəkildə dərhal xəbərdar etməlidir. Fors-majorun baş verməsini müvafiq qurum tərəfindən verilmiş elan və ya bildiriş təsdiqləməlidir. Hazırkı halda isə ilkin iddia üzrə cavabdeh malın təchiz edilməsində pandemiyaxxxxəlaqədar çətinliklərin yaranması barədə yalnız 16.06.2020-ci il tarixdə, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin başa çatmasına 10 gün qalmış ilkin iddia üzrə iddiaçıya məlumat vermişdir. İlkin iddia üzrə cavabdehin iddia etdiyi kimi məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, ilkin iddia üzrə cavabdeh malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi. Bununla yanaşı, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC ilkin iddia üzrə iddiaçıya ünvanlanmış 09.07.2020-ci il tarixli məktubunda CAR-dan məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün digər istehsalçı ölkələrə də müraciət etdiyini, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təchizatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə ilkin iddia üzrə cavabdeh xxxx”xxxxvicdanlılıq prinsipinin tələb etdiyi tərzdə davranmayaraq öhdəliyinin icrasında yaranmış maneələr barədə vaxtında məlumat vermədiyini, eləcə də öhdəliyin pozulmasının qarşısının alınması üçün zəruri tədbirlər görmədiyini (məs, digər təchizatçılardan malın alınmasına cəhd etməklə) nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda öhdəliyinin icrasının gecikdirilməsinin ilkin iddia üzrə cavabdehin iradəsindən asılı olmayan hallardan baş verməsi ehtimal edilsə belə göstərilən hal ilkin iddia üzrə cavabdehi öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etmir. Mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz etməli olduğu malın bir hissəsini 30.06.2020-ci il tarixdə Bakıya çatdırsa da, ilkin iddia üzrə iddiaçı “xxxx”xxxxhəmin malı qəbul etməməsi barədə ilkin iddia üzrə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, ilkin iddia üzrə cavabdeh malın bir hissəsini Bakıya gətirdiyi barədə ilkin iddia üzrə iddiaçıya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını ilkin iddia üzrə iddiaçıya təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, göstərilən dəlillərini təsdiq etmək üçün ilkin iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi ilkin iddia üzrə iddiaçının əməkdaşı Şahidxxxxaparılmış whatsapp yazışmalarının həqiqiliyi ilkin iddia üzrə iddiaçı tərəfindən qəbul edilməmişdir. MPM-in 89.2-ci maddəsinə görə isə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Beləliklə, hazırkı halda məhkəməyə təqdim edilmiş yazışmaların həqiqiliyi müəyyən edilmədiyindən həmin yazışmalar sübut qismində qəbul edilmir. İkincisi, gətirilmiş malın iddiaçı tərəfindən qəbul edilməməsi barədə ilkin iddia üzrə cavabdehin istinad etdiyi dəlillər onun tərəfindən ilkin iddia üzrə iddiaçıya göndərilmiş 09.07.2020-ci il tarixli məktubla da təkzib edilir. Belə ki, həmin məktubda ilkin iddia üzrə cavabdeh “xxxx” MMC mübahisəli müqavilə üzrə alqı-satqı predmeti olan məhsulu müqavilədə göstərilən müddət ərzində təchiz edə bilmədiyini təsdiq etmiş və fors-major halıxxxxəlaqədar müqaviləyə xitam verildiyini bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ilkin iddia üzrə cavabdehin alqı-satqı müqaviləsi üzrə gətirilməli olan məhsulun bir hissəsinin Bakıya gətirilməsi, lakin ilkin iddia üzrə iddiaçı tərəfindən qəbul edilməməsi barədə dəlillərinin əsaslı olması ehtimal edilsə belə göstərilən hal ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərinin pozuntusuna yol verməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, birincisi, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqavilədə nəzərdə tutulmuş mal 27.06.2020-ci il tarixədək tam şəkildə alıcıya təqdim edilməli olduğu halda ilkin iddia üzrə cavabdeh malın bir hissəsini öhdəliyin son icra tarixindən bir neçə gün sonra - 30.06.2020-ci il tarixdə AR-ə gətirmişdir. İkincisi, iş materiallarında olan gömrük bəyannaməsindən də göründüyü kimi 30.06.2020-ci il tarixdə “xxxx”xxxxadına AR-ə gətirilmiş kalsium bromid məhsulunun gömrük dəyəri 57.222 manat olmaqla həmin məhsul mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz edilməli olan məhsulun cüzi hissəsini təşkil edir. Beləliklə, ilkin iddia üzrə cavabdeh “xxxx”xxxx27.02.2020-ci il tarixli mübahisəli müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən hallarıxxxxöz təsdiqini tapdığından, eləcə də ilkin iddia üzrə cavabdehin öhdəliyin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş halların mövcud olması müəyyən edilmədiyindən ilkin iddia üzrə iddiaçı “xxxx” MMC 27.02.2020-ci il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. İlkin iddia üzrə cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə dəbbə pulunun məbləğini müəyyən edilərkən kreditorun və borclunun əsaslı mənafeyixxxxyanaşı COVİD-19 pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq edilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri işin diqqətəlayiq halı nəzərə alır və hesab edir ki, ilkin iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30.000 manat məbləğində müəyyən edilməlidir. İlkin iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21 və 443-cü maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydaya görə 1.218.645 manat və 225.000 məbləğində pulun tutulması tələbinə dair hissədə ilkin iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı “xxxx” MMC xxxxAzərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi arasında bağlanmış 03.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC 500 m3 kalsium bromid məhsulunu İB-yə satmağı öhdəsinə götürmüşdür. Lakin “xxxx” MMC 27.02.2020-ci il tarixli mübahisəli müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək kalsium bromid məhsulunu “xxxx” MMC-yə vaxtında təchiz etmədiyindən “xxxx” MMC öz növbəsində 03.03.2020-ci il tarixli müqavilə üzrə “Azneft” İB qarşısında götürdüyü öhdəliyi icra edə bilməmiş və həmin müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olmuşdur. Digər tərəfdən 03.03.2020-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməməsixxxxəlaqədar SOCAR-ın Satınalmalar Komitəsinin 24 sentyabr 2020-ci il tarixli qərarıxxxx“xxxx”xxxxSOCAR-ın satınalma əməliyyatlarında iştirakına qadağa qoyulmuşdur. SOCAR-ın satış əməliyyatlarından iştirakına qoyulmuş qadağa nəticəsində “xxxx” MMC 225.000 manat məbləğində mənfəətdən məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, maddi zərərin formalarından biri olan əldən çıxmış faydanın tutulması barədə işlərə baxılarkən digər əhəmiyyət kəsb edən hallarla yanaşı cavabdehin əməllərixxxxiddiaçıya əldən çıxmış fayda formasında vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən kimyəvi reagentlərə açıq satınalma müsabiqəsi 25.12.2019-cu il tarixdə elan edilmiş, həmin müsabiqə üzrə təklif zərfləri isə 28.01.2020-ci il tarixdə açılaraq “xxxx” MMC müsabiqədə qalib gəlmişdir. Müsabiqənin nəticələrinə əsasən “Azneft” İstehsalat Birliyixxxx“xxxx” MMC arasında 03.03.2020-ci il tarixdə kalsium bromid məhlulunun satınalınmasına dair müqavilə bağlanmışdır. Beləliklə, iş materiallarından təsdiq edilir ki, “xxxx” MMCxxxx“xxxx” MMC arasında 27.02.2020-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsi kalsium bromid məhsulunun satınalınmasına dair “Azneft” İstehsalat Birliyi tərəfindən açıq müsabiqə keçirildikdən və “xxxx” MMC həmin müsabiqədə qalib elan edildikdən sonra bağlanmışdır. Belə olan halda isə açıq-aşkardır ki, “xxxx” MMC sözügedən müsabiqə üzrə təklif irəli sürərkən, eləcə də həmin müsabiqədə iştirak edərkən “xxxx”xxxxmübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü kalsium-bromid məhlulunun təqdim edilməsinə dair öhdəliyinə əsaslanmamışdır. Bununla yanaşı işin yuxarıda göstərilən hallarından göründüyü kimi “xxxx”xxxx27.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş öhdəlikləri vaxtında icra edə bilməyəcəyi “xxxx” MMC-yə 16.06.2020-ci il tarixdə, öhdəlikləri ümumiyyətlə icra edə bilməyəcəyi isə 09.07.2020-ci il tarixdə məlum olmuşdur. İş materiallarından həmçinin görünür ki, müqavilə öhdəliklərini yerinə yetirməməsixxxxəlaqədar “xxxx”xxxxSOCAR-ın satınalma əməliyyatlarında iştirakının qadağan edilməsi barədə SOCAR-ın Satınalmalar Komitəsinin qərarı 24 sentyabr 2020-ci il tarixdə qəbul etmiş, eyni zamanda “Azneft” İB tərəfindən “xxxx” MMCxxxxaralarında bağlanmış 03.03.2020-ci il tarixli müqaviləyə 02.11.2020-ci il tarixdə birtərəfli qaydada xitam verilmişdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi “xxxx”xxxx“xxxx”xxxxkalsiumbromid məhsulunu təqdim edə bilməyəcəyi barədə xəbərdar olduğu vaxtdan SOCAR-ın “xxxx” MMC-yə qarşı 03.03.2020-ci il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsixxxxəlaqədar tədbirlər görməyə başladığı vaxtadək iki aydan artıq müddət keçmişdir. Lakin həmin müddət ərzində “xxxx”xxxx“Azneft” İBxxxxaralarında bağlanmış müqavilənin icrasını təmin etmək istiqamətində hər hansı tədbir görülməsi (malın digər təchizatçılardan alınmasına cəhd edilməsi və s.) iş materiallarına əsasən müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdeh “xxxx”xxxx27.02.2020-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsixxxx“xxxx”xxxxSOCAR-ın “Azneft” İBxxxxaralarında bağlanmış müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olması arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından həmin mənfəətin əldə edilməməsinə görə məsuliyyətin “xxxx”xxxxüzərinə qoyulması üçün əsasların mövcudluğu müəyyən edilmir. İlkin iddianın 225.000 manat məbləğində əldən çıxmış faydadan tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, “xxxx” MMC həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün 2019-cu ildə SOCAR-ın müxtəlif idarələrixxxxbağlandığı müqavilələri məhkəməyə təqdim etsə də, həmin müqavilələr üzrə əldə etdiyi mənfəətin məbləğini sübuta yetirə bilməmişdir. İkincisi, “xxxx”xxxx2019-cu ildə SOCAR-ın idarələrixxxxbağladığı müqavilələrdən 225.000 manat mənfəət əldə etməsi təsdiq edilmiş olsa belə həmin hal satış qadağası olmadığı təqdirdə 2020-ci ildə də eyni məbləğdə mənfəət əldə edə biləcəyi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bundan əlavə 2020-ci ildə COVİD-19 pandemiyasıxxxxəlaqədar iqtisadiyyatın bir çox sahələrində müşahidə olunan durğunluq nəzərə alınarsa, belə bir mənfəətin əldə ediləcəyi heç inandırıcı da görünmür. Belə olan halda məhkəmə hesab edir ki, əldən çıxmış faydaya görə pulun tutulması hissəsində ilkin iddia əsassız olduğundan rədd edilməlidir. İşgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat pulun tutulmasına dair ilkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən 3-cü maddəsinə əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı işin hallarından isə görünür ki, ilkin iddia üzrə iddiaçı nə ilkin iddia üzrə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilməmişdir. Belə olan halda isə işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair hissədə də ilkin iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia irəli sürmüşdür. Qarşılıqlı iddia tələbixxxxbağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC (satıcı)xxxxqarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC (alıcı) arasında 04 fevral 2020-ci il tarixdə 02 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. “xxxx” MMC həmin müqavilə üzrə “xxxx” MMC -yə 17.304,21 manat məbləğində mal təqdim etsə də, qarşılıqlı iddia üzrə cavabdeh həmin malların dəyərini ödəməmiş, bununla müqavilə üzrə öhdəliyini pozmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh “xxxx”xxxxnümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbixxxxbağlı məhkəmədə verdiyi izahatında “xxxx”xxxx04 fevral 2020-ci il tarixli 02 saylı müqavilə üzrə “xxxx” MMC-yə 17.304,21 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuxxxxmüəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 17.304,21 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-dən 17.304,21 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Vəkil xidmətlərinə görə 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddia üzrə iddiaçının irəli sürdüyü tələbə gəldikdə əvvəla qeyd edilməlidir ki, əvvəla ilkin iddia üzrə iddiaçı vəkil xidmətlərinə görə 1000 manat məbləğində haqq ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılmasıxxxxəlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-ci maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılmasıxxxxəlaqədar məsrəflərə aşağıdakılar daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.10ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı qətnaməxxxxilkin iddia qismən təmin edildiyini, qarşılıqlı iddianın isə tam təmin edildiyini, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının da məhkəmədə vəkillə təmsil edildiyini nəzərə alaraq ilkin iddia üzrə iddiaçının irəli sürdüyü vəkil xərclərinin ilkin iddia üzrə cavabdehdən tutulması barədə tələbinin rədd edilməsini və hər bir tərəfin vəkilin xidmətlərinə görə çəkdikləri xərclərin həmin tərəfə aid edilməsini ədalətli hesab edir. Digər məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti isə qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 27.02.2020-ci il tarixli PİC/02/27/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 30.000 (otuz min) manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-dən 01.02.2020-ci il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat (on yeddi min üç yüz dörd manat iyirmi bir qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsixxxxBakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-397/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-397/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver