Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-397/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh3 nümayəndəsi X2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, “LV Caspian Limited” şirkətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “LV Caspian Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh3 MMC-dən və "Det-Al Alüminium” MMC-dən 43454,21 ABŞ dolları məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 iyul 2015-ci il tarixdə “LV Caspian Limited” "xxxx" MMC-nin sifarişi ilə ona məxsus olan yükləri 2017-2018-ci illərdə lazımi məntəqələrə daşımışdır. Belə ki, göstərilən dövr ərzində " LV Caspian Limited” şirkəti tərəfindən "Det-Al Alüminium” MMC-nin xeyrinə xeyli daşıma xidmətləri göstərilmişdir. Şirkət tərəfindən müxtəlif ölkələrdən gətirilən yüklər "Det-Al Alüminium” MMC”-yə məxsus olan Gəncə şəhərində yerləşən “X5”nə təhvil verilmiş və bir sıra yüklər isə “X5”ndən xarici ölkələrə daşınmışdır. 30 aprel 2019-cu il tarixdə izmalanmış üzləşmə aktına əsasən göstərilmiş daşıma xidmətlərinə görə "Det-Al Alüminium” MMC-nin iddiaçıya 43454,21 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin hal – hazıradək "Det-Al Alüminium” MMC tərəfindən borc məbləği iddiaçıya ödənilməmişdir. Sonradan "Det-Al Alüminium” MMC tərəfindən bildirmişdir ki, ona məxsus olan “X5” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Sənaye Korporasiyasına verilmiş, zavod Cavabdeh3 ASC-nin idarəçiliyinə keçirilmiş və tələb olunan borc məbləği sonuncu tərəfindən ödənilməlidir. Sonradan tərəfimizdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 MMC-yə müraciət edilməsinə baxmayaraq sonuncular borcun ödənilməsindən imtina etmişlər. "Det-Al Alüminium” MMC vəsatət verərək bildirmişdir ki, “LV Caspian Limited şirkəti ilə "xxxx" MMC arasında 1 iyul 2015-ci il tarixdə LVC-GBR-S-1511 saylı müqavilə imzalanmış və həmin müqavilənin 5.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, tərəflər arasında meydana gəlmiş mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə təqdim olunur. Buna görə də iddiadan imtina barədə qərar çıxarılmalıdır. Vəsatətə əlavə olunmuş “LV Caspian Limited şirkəti ilə "xxxx" MMC arasında 1 iyul 2015-ci il tarixdə LVC-GBR-S-1511 saylı müqavilənin “Mübahisələrin həlli” adlanan 5-ci bölməsində qeyd olunmuşdur ki, podratçı və sifarişçi arasındakı hər hansı mübahisə danışıqlar yolu ilə həll edilir, mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə təqdim olunur. İddiaçının nümayəndəsi Vəkil vəsatətin təmin olunmasına etiraz etdiyini bildirərək izahatında göstərdi ki, üzləşmə aktında göstərilən və tələb olunan məbləğ tərəflər arasında bağlanmış müqavilədən irəli gələn borc deyildir. Tərəflər arasında digər müqavilədən kənar münasibətlər olmuşdur. Həmçinin, cavabdeh qismində yalnız "xxxx" MMC deyil, həmçinin, Cavabdeh3 MMC və "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. Cavabdehlər Cavabdeh3 nümayəndəsi X4 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 vəsatətin təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Tələb "Det-Al Alüminium” MMC ilə yanaşı digər cavabdehlərə qarşı irəli sürülsə də, iddia ərizəsinin məzmunundan görünür ki, tələbin əsasını “LV Caspian Limited şirkəti ilə "xxxx" MMC arasında 1 iyul 2015-ci il tarixdə bağlanmış LVC-GBR-S-1511 saylı müqavilə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. - 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. - 450.1 və 450.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyat sazişlə müəyyən edildiyindən, bu sazişə əsasən Azərbaycan Respublikasının məhkəmələri işə baxmaq üçün səlahiyyətli olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələbi baxımından hazırkı işə məhkəmədə baxılması mümkün deyildir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “LV Caspian Limited” şirkətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-397/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-397/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver