Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3973/2022 11.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 220000 manat məbləğində əsas borcun, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məbləğinə uyğun hesablanmış faiz dərəcəsi 13174 manat, vəkilin xidmətlərinə görə 16285 manat və ödənilmiş dövlət rüsumu 540 manat ümumilikdə 250000 manat tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi və İddiaçı arasında 05 oktyabr 2020-ci il tarixdə 200000 ədəd “Hərbi qulluqçuların qan qrupu və qanın rezus faktorunu bildirən döş tikməsi kamuflyaj rəngli” alınmasına dair 115 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin 8.1-ci maddəsinin tələblərinə əsasən Mallar DDP Bakı şəhəri (İnkoterms 2010) şərtlərinə cavabdehin təyin etdiyi məntəqəyə (Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına) təchiz edilməli idi. Müqavilənin 11.1-ci maddəsinin tələblərinə əsasən ödəmələr cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaimə, aktlar və s.) əsasında, ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılmalı idi (eyni tələb Müqavilənin 11.3-cü maddəsində də nəzərdə tutulmuşdur). Müqavilənin 11.8-ci maddəsinin tələblərinə əsasən ödəmələr müqavilənin şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün 0,001 faiz hesablanır. Müqavilə üzrə iddiaçı tərəfindən öhdəlikləri tam şəkildə vaxtlıvaxtında yerinə yetirilmiş və mallar cavabdehə təhvil-təslim aktı əsasında təhvil verilmiş, müvafiq qaimələr cavabdehə təqdim edilmişdir. Bundan əlavə, tərəflər arasında cavabdehin iddiaçıya olan borcunu təsdiq edən üzləşmə aktı imzalanmışdır. Qeyd edilən üzləşmə aktında cavabdeh iddiaçıya 220000 manat borcunun olduğunu təsdiq etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatlarında tərəflərin arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 2.1. Hazırki banşıq sazişinin preambula hissəsində göstərilən məhkəm mübahisəsinə xitam vermək məqsədi ilə tərəfləri razılığa gəldilər. Bu barışıq sazişinə əsasən ikinci tərəf iddiaçı - “Backspace Trade" MMC və cavabdeh - Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə aralarında mövcud olmuş 05 oktyabr 2020-ci il tarixli, 115 nömrəli satınalma müqaviləsi üzrə 220000 manat məbləğində əsas borcun birinci tərəfin bank hesabına ödənilməsini öhdəsini götürməklə və məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtarmasını öhdəsinə götürür. 2.2. Tərəflər bu banşıq sazişin preambulasında qeyd olunan iddia tələbinə dair məhkəmə icraatına xitam verilməsi üçün hazırki barışıq sazişini məhkəməyə təqdim edir 3.1. Bu sazişin 2.1-ci bəndində nəzərdə tutulan məbləği müqavilədə göstərilər birinci tərəfə məxsus hesablaşma hesabına (bank rekvizitlərini) ödəməyi öhdəsinə götürür. 3.2. İkinci tərəf bu barışıq saziş imzalandığı gündən 3 ay ərzində 220000 manat məbləğində əsas borcun hissə-hissə “Birinci Tərəfin bank hesabına köçürməyi öhdəsinə götürür. 3.3. “Birinci tərəf bu barışıq sazişin 3.2-ci bəndində nəzərdə tutulan 220000 manat məbləğində əsas borcdan əlavə, gələcəkdə heç bir halda İddiaçı MMC cavabdeh Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə aralarında mövcud olmuş 05 oktyabr 2020-ci il tarixli, 115 nömrəli satınalma müqaviləsi üzrə ikinci tərəfdən əlavə hər-hansı pul vəsaiti (cərimə məbləği, vəkil xərcləri, məhkəmə xərcləri və s.) tələb etməyəcəyini öhdəsinə götürür. 3.4. Bu Barışıq sazişi ilə “Birinci Tərəf İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı borc pul tələbinə dair e-2-2(113)-3973/2022 saylı iş üzrə iddia irəli sürdüyü İddiaçı MMC cavabdeh Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə aralarında mövcud olmuş 05 oktyabr 2020-ci il tarixli, 115 nömrəli satınalma müqaviləsi üzrə 220000 manat məbləğində əsas borcun, Azərbaycan Respublikasının Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məbləğinə uyğun hesablanmış faiz dərəcəsi 13174 manat, vəkilin xidmətlərinə görə 16285 manat və ödənilmiş dövlət rüsumu 540 manat ümumilikdə 250000 manat iddia tələbi üzrə 220000 manat məbləğində əsas borcdan başqa, digər pul tələbi olan borc məbləğinə uyğun hesablanmış faiz dərəcəsi 13174 manat, vəkilin xidmətlərinə görə 16285 manat və ödənilmiş dövlət rüsumu 540 manat olmaqla ümumilikdə 30000 manat pul vəsaitindən imtina edir. 3.5. Birinci tərəf bu barışıq sazişinin preambulasında qeyd olunan məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmasını öhdəsinə götürür və gələcəkdə belə bır iddia ilə çıxış etməyəcəyinə təminat verir. 3.6. Tərəflər bu sazişin təsdiq edilməsi üçün müvafiq sənədləşdirmənin aparılmasını və hazırki iş üzrə iddia tələbinə dair məhkəmə icraatına xitam verilməsi üçün vəsatətlər ilə məhkəməyə müraciət edilməsini öhdəsinə götürürlər.
4. Barışıq sazişi imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və bu Barışıq sazişin 3.2-ci bəndində nəzərdə şərtlərlə pul vəsaiti ikinci tərəfə ödənildiyi tarixə qədər qüvvədədir. 5.1. Tərəflər arasında bu Barışıq sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə tail olacaqlar. 5.2. İkinci tərəf bu barışıq sazişinin şərtlərini yerinə yetirməyəcəyi təqdirdə birinci tərəf Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 5.3. Tərəflər arasında bu barışıq sazişi ilə tənzimlənən münasibətlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun həll ediləcəkdir.
6. Hazırki barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan Azərbaycan dilində olan 3 nüsxədə tərtib olunur. Barışıq sazişinin bir nüsxəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyində, bir nüsxəsi İddiaçı saxlanılır, 3-cü nüsxəsi isə məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, həmçinin 540 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
QƏRARAALDİ:
İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-3973/2022 nömrəli iş üzrə icraata xitam verilsin və 540 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev