Məhkəmə qərarları › İş №e-2-2(113)-3979/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3979/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3979/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ninox Allliance JSC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ninox Allliance JSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR),Cavabdehndən: · 22 noyabr 2022-ci il tarixli 26048-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumilikdə 50,109.96 (əlli min yüz doqquz, 96) ABŞ dollar; 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumilikdə 2,596,573.39 (iki nilyon beş yüz doxsan altı min beş yüz yetmiş üç, 39) ABŞ dollar, eləcə də 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqı-satqı müqaviləsinin 2 saylı Əlavəsinə dair razılaşmaya əsasən ümumilikdə 124,446.00 (bir yüz iyirmi dörd min dörd yüz qırx altı) ABŞ dollar, cəmi 2,721,131.03(iki milyon yeddi yüziyirmi bir min yüz otuz bir, 03) ABŞ dollar; 10 avqust 2022-ci il tarixli 26015-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 170,555.00 (bir yüz yetmiş min beş yüzəlli beş) ABŞ dollar; Cəmi müqavilələr üzrə 2,941,796.0 (ikimilyon doqquz yüz qırx bir min yeddi yüz doxsan altı) ABŞ dolları, habelə ödənilmiş dövlət rüsumuna görə 3300 (üç min üç yüz) manat,eləcə də hüquqi yardım göstərilməsinə dair 14 aprel 2025-ci il tarixli 132 saylımüqaviləyə əsasən ödənilmiş 3000,0 (üç bir) manat məbləğində vəsaitin tutularaq iddiaçı“İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 17:00-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi EMİS vasitəsi ilə məhəməyə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi, xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizələr daxil olub. Ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, icraata xitam verilməsinin nəticələrinin aydın olduğu qeyd edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ninox Allliance JSC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən, bundan sonra İddiaçı adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və X3 şəxsində təmsil olunan “İddiaçı” Şirkəti, digər tərəfdən bundan sonra Cavabdeh adlandın!açaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və X6 şəxsində təmsil olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh, birlikdə Tərəflər adlandırılacaq Nəzərə alaraq ki, Tərəflər arasında 22 noyabr 2022-ci il tarixli 26048-22 nömrəli alqısatqı müqavilə bağlanmışdır; Nəzərə alaraq ki, 22 noyabr 2022-ci il tarixli 26048-22 nömrəli alqı-satqı üzrə Cavabdehin 26 may 2025-ci il tarixə 50,109.96 (əlli min yüz doqquz, 96) ABŞ dollar məbləğində icra olunmamış öhdəliyi vardır; Nəzərə alaraq ki, Tərəflər arasında 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqısatqı müqavilə və ona 11 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə bağlanmışdır; Nəzərə alaraq ki, Tərəflər arasında 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqısatqı müqavilə və ona 11 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə üzrə Cavabdehin 2,721,131.03 (iki milyon yeddi yüz iyirmi bir min bir yüz otuz bir,03) ABŞ dollar məbləğində icra olunmamış öhdəliyi vardır; Nəzərə alaraq ki, Tərəflər arasında 10 avqust 2022-ci it tarixli 26015-22 nömrəli alqısatqı müqaviləsi bağlanın işdir; Nəzərə alaraq ki, Tərəflər arasında 10 avqust 2022-ci il tarixli 26015-22 nömrəli alqhsatqı müqaviləsi üzrə Cavabdehin 170,555.00 (bir yüz yetmiş min beş yüz əlli beş) ABŞ dollar məbləğində icra olunmamış öhdəliyi vardır; Nəzərə alaraq ki, yuxarıda göstərilən müqavilələr üzrə Borc məbləği, tərəflər arasında təsdiq olunmuş 18 dekabr 2024-cü il tarixli Üzləşmə Aktı ilə təsdiq olunmuşdur. Nəzərə alaraq ki, yuxarıda göstərilən müqavilələr üzrə pul tələbinə dair cavabdehə qarşı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsində kommersiya mübahisəsi gedir. Nəzərə alaraq ki, qarşılıqlı güzəştlər əsasında tərəflər müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək niyyətindədir; məlikəmə mübahisənin həll edilməsi və Tərəflər arasında aşağıdakı məzmunda Barışıq Sazişinin bağlanması barədə razılığa gəldilər:

1. Sazişin Predmenti 1.1. Müqavilənin predmetini Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(l 13)-3979/2025 nömrəli kommersiya mübahisəsinin (e-2~2( 113)-411/2025, sədirlik edən hakim Ülkər Həsənova) həll edilməsi təşkil edir.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddaçının öhdəliyi: 2.1.1. İddiaçı Cavabdeh ilə bağlamış otduğu 22 noyabr 2022-çi il tarixli 26048-22 nömrəli, 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqı-satqı müqavilə və ona 11 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə, 10 avqust 2022-ci il tarixli 26015-22 nömrəli alqı-satqı müqavilələr üzrə yaranmış və 26 may 2025-ci il tarixə Cavabdeh tərəfindən icra olunmamış ümumilikdə 2,941,796.00 (iki milyon doqquz yüz qırx bir min yeddi yüz doxsan altı) ABŞ dollar məbləğində olan öhdəlikdən 1 % (bir faiz) güzəşt etməyi öhdəsinə götürür. 2.1.2. Güzəşt tətbiq edildikdən sonra cavabdehin 22 noyabr 2022-ci il tarixli 26048-22 nömrəli, 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqı-satqı müqavilə və ona 11 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə, 10 avqust 2022-ci ıl tarixli 26015-22 nömrəli alqı-satqı müqavilələr üzrə icra olunmamış öhdəliyi 2,912,378.00 (iki milyon doqquz yüz on iki min üç yüz yetmiş səkkiz) ABŞ dolları borcu qalmaqdadır. 2.2. Cavabdehin öhdəliyi: 2.2.1. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən başlayaraq 6 (altı) ay müddətində Cavabdeh tərəfindən 22 noyabr 2022-ci il tarixli 26048-22 nömrəli, 04 noyabr 2022-ci il tarixli 26163-22 nömrəli alqı-satqı müqavilə və ona 11 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə, 10 avqust 2022-ci ii tarixli 26015-22 nömrəli alqı-satqı müqavilələr üzrə güzəşt tətbiq edildikdən sonra qalıq qalan 2,912,378.0 (iki milyon doqquz yüz on iki min üç yüz yetmiş səkkiz) ABŞ dollar məbləğində icra olunmamış öhdəliyi bərabər hissələrə bölməklə icra etməyi öhdəsinə götürür. 2.2.1.1. İcra qrafiki: 2.2.1.1.1. iyun ayı üzrə 485396.33 (dörd yüz səksən beş min üç yüz doxsan altı, 33) ABŞ dolları; 2.2.1.1.2. iyul ayı üzrə 485396.33 (dörd yüz səksən beş min üç yüz doxsan altı, 33) ABŞ dolları; 2.2.1.1.3. avqust ayı üzrə 485396.33 (dörd yüz səksən beş min üç yüz doxsan altı, 33) ABŞ dolları; 2.2.1.1.4. sentyabr ayı üzrə 485396.33 (dörd yüz səksən beş min üç .yüz doxsan altı, 33) ABŞ dolları; 2.2.1.1.5. oktyabr ayı üzrə 485396.33 (dörd yüz səksən beş min iiç yüz doxsan altı, 33) ABŞ dolları; 2.2.1.1.6. noyabr ayı üzrə 485396.33 (dörd yüz səksən beş min üç yüz doxsan altı, 33) ABŞ dolları;

3. Digər Müddəalar 3.1. X7 və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsi nəticələri Tərəflərə aydındır. 3.3. Bu Saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.4. Bu Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmışdır, Tərəflərin hər birində bir və məhkəmədə bir nüsxədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar