Məhkəmə qərarları › İş №e-2-2(113)-398/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-398/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-398/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilənin ləğvi, borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021 tarixli LM № 4xx/xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2021 tarixli LM№ 4xx-xx-2021-01 saylı razılaşma müqaviləsi ləğv edilməsi, lizinq müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixə olan 4287.91 manat gecikmə cərimələri borcu, 2222.91 manat faiz borcu, 27179.86 manat əsas borc, cəmi 33690.68 manat borc cavabdehlər “Layt Kom" MMC-dən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, lizinq obyektləri olan – 01 ədəd “Hyundai ROBEX210W-9S” markalı təkərli ekskavatoru (seriya: HHKHZ616AE0001835; Mühərrik: 22453230, qeydiyyat nömrəsi: 110FA139), 01 ədəd “Hyundai HX300SL” markalı tırtıllı ekskavatoru (Seriya: HHKHE859PE0001032; Mühərrik: 82244737, qeydiyyat nömrəsi: 110FA140) və 01 ədəd “HOWO ZZ3327N3847E” markalı özüboşaldan yük avtomobili (Şassi: LZZ5DMND4LD598667, Mühərrik: **********77, qeydiyyat nişanı: 90JY803) Cavabdeh1 MMC tərəfindən işlək vəziyyətdə "xxxx" QSC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. "xxxx" BOKT QSC-nin iddia ərizəsinin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “müqavilənin ləğvi, borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar