Məhkəmə qərarları › İş №e-2-2(113)-3985/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3985/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3985/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 21 iyun 2023-cü il tarixli, EL-086/23 saylı X4 müqaviləsinə əsasən ödənilmiş 23436 manat pul vəsaitinin və ödənilmiş 161 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aramızda 21 iyun 2023-cü il tarixdə, EL-086/23 saylı X4 müqaviləsi bağlanılmışdır. Sözügedən lizinq müqaviləsinin 1.1ci bəndinə əsasən, cavabdeh “Lizinq verən” ** LA *** dövlət nömrə nişanlı, mühərrik EH601483, ban nömrəsi KNAPH81ABFA001479 olan, “Kia Sorento” minik markalı nəqliyyat vasitəsini mülkiyyət hüququ ilə əldə edilməsini və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alanın mövcud lizinq layihəsinə şəxsi qoyuluşu 0 sıfır manat avans nağd pul şəklində Lizinq obyektinin 0%-ni təşkil edir. Lizinq verənin lizinq obyektinə qoyuluşu 100% olmaqla 32300 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya lizinq müqaviləsi bağlanılan zaman iddiaçıya fərdi sahibkarlıq fəaliyyəti üzrə ********** nömrəli VÖEN açdırılmış, müqavilə və digər imzalanmış sənədlərdə iddiaçıya məxsus VÖEN qeyd edilmiş və bundan sonra müqavilənin rəsmiləşdirilməsi həyata keçirilmişdir. “ELİT LEASİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alanlar arasında bütün məhkəmə çəkişmələri Kommersiya məhkəmələrində baxılmışdır və hazırda da baxılır. İddiaçı 15 ilə yaxın METALAZ MMC-də quraşdırıcı vəzifəsində çalışmışdır. 2023-cü ilin ortalarında şirkətin müdiri olan Türkiyə Respublikasının vətəndaşı X9 öncədən tanıdığı avtomobilləri lizinqə verə biləcək Cavabdehindən lizinq götürə biləcəyini bildirmişdir. 2023-cü ilin iyun ayında iddiaçı Türkiyə Respublikasının vətəndaşı X11 ilə birlikdə Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən ofisə gedərək müqaviləni imzalamışdır. İki ay ardıcıl lizinq ödənişini ödəyə bilmədiyi üçün Cavabdeh tərəfindən avtomobil xx.xx.2025-ci il tarixində iddiaçıdan məcburi şəkildə alınmışdır. Lizinq obyekti olan avtomobil ondan alınmasına baxmayaraq 2023-cü ilin iyul ayından 2025-ci ilin fevral ayınadək aylıq 1302 manat, ümumi olaraq 18 ay müddətində ödəniş etdiyi 23436 manat pul vəsaitindən ona heç bir hissəsinin qaytarılmayacağı bildirilmişdir. Halbuki, lizinq müqaviləsinin 2.3 – cü bəndinə əsasən, lizinq alan bu müqavilənin şərtlərini pozarsa və/və ya icra etməzsə və ya lazımınca icra etməzsə onun bu müqavilənin 2.2-ci bəndində göstərilən layihəyə şəxsi qoyuluşu (avans) Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq geri qaytarılmayacağı qeyd edilmişdir. Cavabdehlə bağlanılmış müqavilə əsasında iddiaçı tərəfindən edilmiş ödənişin bütünlüklə qaytarılmaması əsassız və absurddur. Cavabdehin lizinq müqaviləsinin mübahisə predmeti olan bu şərti üzrə iki ay ödənişin edilməməsi səbəbindən (sonradan iki ayın ödənişinin birdəfəyə ödənilməsi təklif edilməsinə baxmayaraq) həm əmlakı, həm də avtomobilin dəyərinin böyük bir hissəsinin ödənildiyi halda avtomobilin ondan alınması müqavilə tərəfi olaraq iddiaçını ağır vəziyyətə salmaqla hüquqlarını pozmaqdadır. Müqavilə üzrə edilmiş bütün ödənişlərin (avans ödənişi xaric) lizinq alan tərəfindən müqavilənin şərtlərini pozulması və/və ya icra edilməməsi və ya lazımınca icra edilməməsi halında gələcəkdə ona qayatarılmayacağı barədə müqavilənin heç bir şərtində göstərş mövcud deyildir. İddiaçı iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 491.2, və 491.3-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 21 iyun 2023-cü il tarixdə X4 müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinə əsasən, cavabdeh iddiaçıya “Kia Sorento” minik markalı nəqliyyat vasitəsini mülkiyyət hüququ ilə əldə edilməsini və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdürş Lizinq verənin lizinq obyektinə qoyuluşu 100% olmaqla 32300 manat təşkil edir. Lizinq obyekti olan avtomobil iddiaçıdan alınmasına baxmayaraq 2023-cü ilin iyul ayından 2025-ci ilin fevral ayınadək aylıq 1302 manat, ümumi olaraq 18 ay müddətində ödəniş etdiyi 23436 manat pul vəsaitindən iddiaçıya heç bir hissəsinin qaytarılmayacağı bildirilmişdir. Halbuki, lizinq müqaviləsinin 2.3 – cü bəndinə əsasən, lizinq alan bu müqavilənin şərtlərini pozarsa və/və ya icra etməzsə və ya lazımınca icra etməzsə onun bu müqavilənin 2.2-ci bəndində göstərilən layihəyə şəxsi qoyuluşu (avans) Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq geri qaytarılmayacağı qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilə əsasında iddiaçı tərəfindən edilmiş ödənişin bütünlüklə qaytarılmaması əsassız və absurddur. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsində lizinq mükafatı deyilən anlayış vardır. Görünür ki, lizinq mükafatı kimi qeyd edilən çıxılmalarda aylıq 1383,21 manatdan hər ay üzrə 699 manatdan başlayaraq mükafat faizinə çıxılmışdır. Hazırkı tələb ödənilən məbləğin geri tələb etməkdir. Həmçinin tərəf ödənilmiş məbləğdən mükafat faizini çıxmaqla geridə qalan məbləğin də onlara qaytarılmasına razıdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsində İddiaçı vəkili və nümayəndəsi qeyd edir ki, sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən, lizinq alanın mövcud lizinq layihəsinə şəxsi qoyuluşu - sıfır manat avans nəğd pul şəklində Lizinq obyektinin 0% -ni təşkil edir. Lizinq verənin lizinq obyektinə qoyuluşu 100% olmaqla 32300 manat təşkil edir. Bundan başqa iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəllənin 491.3-cü maddəsinə əsaslanma olubdur. Bundan başqa iddiaçının vəkili və nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının "Mülki qanunvericiliyinin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair qəbul etmiş olduğu 04 iyun 2021-ci il tarixli qərardadına əsaslanmışdır ki, hüquq ədəbiyyatına görə avans gələcəkdə mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğdir. İddiaçı tərəfindən ödənilmiş vəsaitin qeri qaytarlmasına dair iddia ərizəsi əsassız və qeyriobyektiv olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 04 iyun 2021-ci il tarixli 1/2021 nömrəli qərardadında deyilir ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektini təşkil edən bir və ya bir neçə əmlak üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. O da bunu göstərir ki, lizinq alanın ümumiyyətlə lizinq obyekti üzrə ödənilmiş pul vəsaiti tələb edə bilməz. Bundan başqa Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış X4 nüqaviləsində qeyd olunur ki, avans 0 manat qoyulmuşdur. Yəni, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edildiyi məbləğ müqavilənin ayrılmaz və tərkibi hissəsi olan əlavədə qeyd olunmuş qrafikinə əsasən ödənişlər idi. Belə ki, tərəflər arasında bağlanmış X8 müqaviləsinin 2.4cü bəndində qeyd olunmuşdur ki, İddiaçı ilə müqavilə 36 ay müddətinə, aylıq 26% olmaqla bağlanmışdır. Beləliklə müqavilədə, müqavilə üzrə ödənilmiş aylıq ödənişlərin geri qaytarılması barədə heç bir bənd qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində etiraf etdiyi kimi, iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd olunanla Ali Məhkəmənin Plenumun qərardadı ilə müqayisədə (belə ki, iddiaçı tərəfindən iddia ərizəsində 04 iyun 2021-ci il tarixli qərardadı nümunə gətirir) Ali Məhkəmənin qərardadı tövsiyə xarakteri olaraq daşıyır. Mülki Məcəllə isə bu müqayisədə imperativ xarakter daşıyır. Halbu ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin qərardadında belə dolayı formada bu sübuta yetir ki, lizinq alanın müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi tədqirdə müqaviləyə xitam verilərsə, lizing alanın lizinq predmeti üzrə ödənilmiş aylıq ödənişlər Lizinq verəndən tələb edilə bilməz. Bütün bunları nəzərə alaraq nəticəyə gəlmək olar ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız və qeyriobyektivdir. Yuxarıda qeyd olunanlara əsasən icraatda olan e-2-2(113)-3985/2025 saylı iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 390, 390.1, 390.2,390.3, 390.4, 390.5, 390.6, və 390.7-ci maddələrinə istinad olunmuşdur. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı lizing müqaviləsini bağlayarkən, ilk aydan başlayaraq gecikmələri var idi. Bundan başqa cavabdeh tərəfindən 18 mart 2025-ci il tarixdə 3658/25 saylı son xəbərdarlıq iddiaçıya göndərilərkən, həmin son xəbərdarlıqda bildirilmişdir ki, gecikmə olan məbləğ ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-ci maddəsinə əsasən müqaviləyə xitam veriləcəkdir. 02 aprel 2025-ci il tarixdə İddiaçı tərəfindən lizing predmeti olan **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyatı etibarnamənin vaxtı keçərək idarə edilməsi zamanı, X13 İdarəsi tərəfindən saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Lizing Predmeti olan avtonəqliyyat Cavabdeh MMC-yə məxsus olduğu üçün avtonəqliyyatın cərimə meydançasından çıxarılması üçün, MMC-yə məlumat verərək, həmin avtonəqliyyatı təhvil vermişlər. 04 aprel 2025-ci il tarixdə İddiaçı "xxxx" MMC-yə yaxınlaşarkən ərizə ilə müraciət edərək bildirmişdir ki, lizing müqaviləsi üzrə ödəniş etməyə imkanı olmadığı üçün avtonəqliyyatı "xxxx" MMC-yə təhvil verir. Buna əsasən 04 aprel 2025-ci il tarixdə bağlanmış üç tərəfli 155715 nömrəli sazişə əsasən İddiaçı tərəfindən 21 iyun 2023-cü il tarixli EL086/23 nömrəli daxili lizing müqaviləsinin öhdəliklərini digər şəxsə ötürərək, buna dair həmin sazişi öz imzası ilə təsdiqləmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (“Lizinq verən”) və İddiaçı (“Lizinq alan”) arasında bağlanmış 21 iyun 2023-cü il tarixli, EL-086/23 saylı X4 müqaviləsindən görünür ki, Bu müqavilənin şərtlərinə uyğun olaraq "Lizinq verən" 77LA413 dövlət nömrə nişanlı, mühərrik EH601483, əan nömrəsi “KNAPİ181ABFA001479” olan, “Kia Sorcnto” minik markalı nəqliyyat vasitəsini (“Lizinq obyekti”) nülkiyyət hüququ ilə əldə edilməsini və “Lizinq alanın” müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə ötürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Lizinq alan” Lizinq əməliyyatları ilə bağlı aparılan bütün bank və ya digər xərclərin ödənilməsini, o cümlədən “Lizinq verən” tərəfdən Lizinq obyektinin Satıcısına alqı-satqı müqaviləsi ilə olan bank köçürülmələrinin və həmin vəsaitin Satıcı tərəfdən nağdlaşdırılması ilə bağlı xərclərinin ödənilməsini öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən,”Lizinq alanın” mövcud Lizinq layihəsinə şəxsi qoyuluşu 0 (sıfır) manat (avans) nəğd pul şəklində “Lizinq obyekti”nin 0%-ni təşkil edir. “Lizinq verənin” “Lizinq obyekti”nə qoyuluşu 100% olmaqla 32300 manat təşkil edir və ümumi məbləğ Satıcının Muğanbank ASC-də olan AZ64MUGA**********93833AZM00 saylı hesabına köçürülməlidir. Müqavilənin 2.3-cü bəndinə əsasən, “Lizinq alan” bu müqavilənin şərtlərini pozarsa və\və ya icra etməzsə və ya lazımınca icra edməzsə onun bu müqavilənin 2.2. bəndində göstərilən layihəyə şəxsi qoyuluşu (avans) Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq geri qaytarılmır. Müqavilənin 2.4-cü bəndinə əsasən, Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir. Lizinq obyekti 36 ay müddətinə, illik mükafat faizi 26% olmaqla lizinqə verilir. Göstərilən müddətin hesablanması qəbul protokolunun imzalandığı tarixdən başlanır. Müqavilənin 15.1.4-cü bəndinə əsasən,”Lizinq alan” lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl daraq iki dəfədən artıq ödəmirsə Müqavilə "Lizinq verənin" təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilənin 15.1-ci bəndində sadalanmış hallardan biri baş verdikdə “Lizinq verən”, həmçinin AR Mülki Məcəlləsinə uyğun olaraq Lizinq obyektinin mübahisəsiz qaydada geri götürülməsi hüququna malikdir. Maliyə Lizinqinin ödəniş cədvəli 2 nömrəli Əlavəyə əsasən, 21 iyun 2023-cü il tarixli, EL-086/23 saylı X4 müqaviləsi üzrə ümumi məbləği 32300 manat olan illik faiz dərəcəsi 26% olmaqla İddiaçı 21 iyul 2023-cü il tarixdən 21 iyun 2026-ci il tarixinə qədər hər ayın 21-i olmaqla 1301,39 manat ödəməlidir. “Lizinq verən” Cavabdeh MMC, “Hüquq ötürən şəxs” İddiaçı və “Qəbul edən şəxs” X7 arasında imzalanmış xx.xx.2025-ci il tarixli 21 İyun 2023-cü il tarixli, El-086/23 nömrəli X4 Müqaviləsi üzrə hüquq və öhdəliklərin qəbul edilməsi barədə 155715 saylı Sazişə əsasən, Hüquq ötürən şəxs 21 İyun 2023-cü il tarixli, El-086/23 Nömrəli X4 Müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini Qəbul edən şəxsə ötürür və Qəbul edən şəxs bununla razılaşaraq Hüquq ötürən şəxsin bu saziş imzalanan tarixdən sonrakı ödənişləri ödəməyi, o cümlədən X4 Müqaviləsi ilə nəzərdə tutulmuş digər bütün öhdəlikləri öz öhdəsinə götürür. 21 İyun 2023-cü il tarixli, El-086/23 Nömrəli X4 Müqaviləsi üzrə Hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər Qəbul edən şəxsə ötürülür. Sazişin 2.2-ci bəndinə əsasən, bu Saziş Hüquq ötürən şəxsin Lizinq verən qarşısında Müqavilə üzrə pul öhdəliklərinin Qəbul edən şəxsə ötürülməsini nəzərdə tutur və Qəbul edən şəxs bu Saziş ilə müəyyən edilmiş qaydada Saziş imzalanan tarixə qalıq borcu əsas borc üzrə 18342,74 manat, faiz borcu üzrə 909,03 manat, cərimə borcu üzrə 389,28 manat olmaqla cəmi 19641,05 manat təşkil edir. Bu “Saziş”in bitmə tarixi xx.xx.2026-ci il tarixinə təyin olunur. Sazişin 2.3-cü bəndinə əsasən, bu Saziş imzalanan tarixədək 21 iyun 2023-cü il tarixli EL- 086/23 nömrəli müqavilə üzrə Hüquq ötürən şəxs tərəfindən Lizinq verənə qrafik üzrə ödənilməli olan ödənişlər Qəbul edən şəxs tərəfindən tam şəkildə həyata keçirildikdən sonra Müqavilə üzrə lizinqə verilmiş avadanlıq təhvil-təslim aktı əsasında Qəbul edən şəxsə təhvil verilir. Lizinq obyektinin təhvil-təslimi zamanı Qəbul edən şəxs tərəfindən irəli sürülən bütün pretenziyalara Hüquq ötürən şəxs cavabdehdir. Eyni zamanda hüquqötürən şəxs bəyan edir ki, lizinqə verilmiş avadanlıqda hər hansı şəxsi əşyası mövcud deyil və gələcəkdə bununla bağlı hər hansı iddiası olmayacaqdır. xx.xx.2025-ci il tarixli EL-155715 saylı Saziş üzrə 1 saylı Əlavə Qəbul və istifadəyə verilmə protokoluna əsasən, KİA Sorento- minik, Rəngi - Qəhvəyi metallik, Buraxılış ili - 2014, BAN - KNAPH81ABFA001479, mühərrik - EH 601483 avtomobil Hüquq ötürən tərəfindən Qəbul edən şəxsə təhvil verilmişdir. Saziş üzrə Lizinq Obyektinin qiyməti 24000 manat təşkil edir. Bununla təsdiq edilir ki, X6 şərtlərinə uyğundur. Qəbul edən şəxs tərəfindən Lizinq Obyektinin tərkibi, komplektliliyi, miqdarı, keyfiyyəti haqqında heç bir iddia yoxdur, Lizinq Obyekti tam saz vəziyyətdədir və onda heç bir çatışmazlıq aşkar edilməmişdir. Lizinq Obyekti üçüncü şəxslərin hər hansı bir hüquqi iddialardan azaddır. xx.xx.2025-ci il tarixli EL-155715 saylı daxili lizinq müqaviləsinə 2 saylı X3 ödəniş cədvəlinə əsasən ümumi məbləği 19641,05 manat olan illik faiz dərəcəsi 30% olmaqla X7 04 may 2025-ci il tarixdən 04 sentyabr 2026-cı il tarixinə qədər hər ayın 4-ü olmaqla 1432,38 manat ödəməlidir. xx.xx.2025-ci il tarixində İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizəyə əsasən, xx.xx.2023-cü il tarixində əldə etdiyi KİA Sorento markalı avtomobili ödəniş edə bilmədiyi üçün Cavabdeh MMC-yə təhvil vermişdir. Cavabdeh MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli son xəbərdarlıq məktubuna əsasən, 1 saylı Əlavəyə əsasən və bu müqaviləyə əlavə olunmuş EL-86/23 saylı xx.xx.2023 tarixli Sazişə əsasən KİA Sorento markalı, 77AL413 dövlət nömrə nişanlı minik avtomobili (bundan sonra “Lizinq Obyekti”) Sizə lizinqə verilmişdir. Lizinq Müqaviləsinin tərkib hissəsi olan 2 saylı Əlavədə qeyd olunmuş ödəniş qaydası (tarixi və məbləği) pozulmuşdur. Bu səbəbdən xx.xx.2025-ci il tarixinə gecikdirilmiş 903,96 manat əsas, 697,07 manat faiz və gecikdirilmiş günlərə görə hesablanmış 216,94 manat cərimə, cəmi 1817,97 manat borc tələb edilmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, EL-086/23 saylı xx.xx.2023-cü il tarxli X4 müqaviləsi üzrə lizinqalan X1 öhdəliklərini icra edə bilməməsi ilə əlaqədar müraciəti əsasında hüquq və öhdəliklərin qəbul edilməsi barədə 155715 saylı xx.xx.2025-ci il tarixli Sazişin bağlanma tarixinə əsas borc üzrə 16515,23 manat, faiz borcu üzrə 909,03 manat, cərimə borcu üzrə 389,28 manat cəmi 19641,05 manat təşkil edir. xx.xx.2025-ci il tarixli **********63 nömrəli qəbzdən görünür ki, iddiaçı X2 161 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 21 iyun 2023-cü il tarixli, EL-086/23 saylı X4 müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı ** LA *** dövlət qeydiyyat nişanlı, mühərrik EH601483, ban nömrəsi KNAPH81ABFA001479 olan, “Kia Sorento” markalı nəqliyyat vasitəsini avtomobili dəyəri tam ödənilənədək İddiaçı sahibliyi və istifadəsinə vermişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixində KİA Sorento markalı avtomobili ödəniş edə bilmədiyi üçün cavabdehə təhvil vermiş, daha sonra tərəflər arasında xx.xx.2025-ci il tarixli EL-155715 saylı Saziş üzrə iddiaçı lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini, həmçinin lizinq obyekti olan avtomobili üçüncü şəxs Anar Şirinova vermişdir. İddiaçı iddia tələbində cavabdehdən lizinq obyektinə görə ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Çünki tərəflər arasında imzalanmış lizinq müqaviləsinə, iddiaçı tərəfindən ardıcıl 2 aydan artıq ödəniş edilmədiyi və könüllü lizinq obyekti geri qaytardığı üçün Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin haqlı olub-olmamasını müəyyən etmək üçün iddia tələbinə uyğun gələn qanuni əsas tapılmalı və iddiaçının məhkəmədə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğunluğu yoxlanılmalıdır. İddiaçının hazırkı iddia tələbinin isə qanuni əsası yoxdur. Belə ki, mülki qanunvericilikdə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ olsa da, lizinq alanın aylıq ödənişləri ödəmədiyi halda, lizinq verənin lizinq obyektini geri alaraq lizinq müqaviləsinə xitam verdikdən sonra lizinq alanın lizinq obyektindən istifadəyə görə ödədiyi ödənişləri geri tələb etmək hüququ nəzərdə tutulmamışdır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli lizinq müqaviləsində də belə bir şərt razılaşdırılmamışdır ki, lizinq alan lizinq obyektini qaytırdıqdan sonra həmin vaxta kimi ödədiyi ödənişləri və ya mükafatı çıxmaq şərti ilə qalan ödənişi lizinq verən lizinq alana geri qaytarmalıdır. Bundan başqa lizinq obyekti olan avtomobil iddiaçı tərəfindən ödəniş edə bilmədiyi üçün könüllü şəkildə cavabdehə qaytarılmış, eyni zamanda iddiaçının razılığı ilə üçüncü şəxsə verilmişdir. İddiaçı isə həmin vaxt heç bir etiraz və ya irad bildirmədən avtomobilin üçüncü şəxsə verilməsinə razılaşmışdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, müqavilə şərtlərini nəzərə alaraq iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar