Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3993/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respuiblikasındakı filialının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, faiz borcu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Azərbaycan Respuiblikasındakı filialının Cavabdehnə qarşı “alqısatqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Azərbaycan Respuiblikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.510,60 (beş min beş yüz on manat, 60 qəpik) manat məbləğində əsas borcun; 2. Cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixədək müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 1.619,94 (bir min altı yüz on doqquz manat, 94 qəpik) manat məbləğində cərimə borcunun; 3. Cavabdeh tərəfindən İddiaçıya məxsus pul vəsaitiniqanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitdən faydalandığına görə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi ilə 29 may 2024-cü il tarixədək hesablanmış 321,80 (üç yüziyirmi bir manat, 80 qəpik) manat məbləğində faiz borcunun; 4. Ödənilmiş 94,53 (doxsan dörd manat, 53 qəpik) manat dövlət rüsumunun Ümumilikdə cəminin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı (bundan sonra İddiaçı adlandırılacaq) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı ilə Alıcı (bundan sonra Cavabdeh adlandırılacaq) Cavabdeh (VÖEN:**********) arasında 05 may 2023-cü il tarixli MT-30-06/05 saylı Alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Bu Müqaviləyə əsasən İddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə və həcmdə Malları Cavabdehə satır, Cavabdeh isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə göstərilən tərkibdə və həcmdə Malları İddiaçıdan alır və bu Malların müqabilində İddiaçıya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimədə razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, Mal(lar)ın qiyməti və həcmi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə ilə müəyyən edilir və Mal(lar)ın qiyməti 100 % əvvəlcədən bank köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək Cavabdehin sifarişləri əsasında müqaviləyə əsasən tərtib olunmuş Elektron Qaimələrə əsasən müxtəlif tarixlərdə müqavilə çərçivəsində Cavabdehi 15.675,12 manat dəyərində mallarla təchiz etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilə çərçivəsində aldığı malların dəyərinin 5.420,92 manat məbləğini İddiaçıya ödəmişdir. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixədək EBDK 942950 saylı, xx.xx.2023 tarixli EBDL 512325 saylıelektron qaimələrlə Cavabdehə təqdim olunmuş 10.254,20 manat məbləğində malın dəyərini ödəməkdən yayınmışdır. 30 yanvar 2024-cü il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə Cavabdeh İddiaçıya 10.254,20 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Daha sonra borcunu ödəməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdehə pretenziya göndərilmişdir. İddiaçı tərəfindən pretenziya göndərildikdən sonra Cavabdeh 30 yanvar 2024-cü il tarixlı qarşılıqlı borcların üzləşdirilməsi akt etiraf etdiyi borcundan 4.723,60 manatı xx.xx.2024-cü il tarixdə İddiaçıya ödəmişdir. Lakin Cavabdeh 30 yanvar 2024-cü il tarixlı qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə etiraf etdiyi borcundan 5.510,60 manatı İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək ödəməmişdir. Əlavə olaraq tərəflər arasında imzalanmış Müqavilənin 6.2-ci bəndində qeyd olunur ki, cavabdeh (Alıcı) bu Müqavilə ilə müəyyən edilmiş vaxtda Malın dəyərini İddiaçıya (Satıcıya) ödəmədikdə və/və ya qismən ödədikdə, İddiaçı (Satıcı) Cavabdehdən (Alıcıdan) hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0.1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanlar, eyni zamanda tərəflər arasında imzalanmış Müqavilənin 2.1, 2.2. və 6.2-ci bəndləri Cavabdehin Malların dəyəri üzrə yaranmış borcun ödənişini gecikdirdiyinə görə İddiaçının Cavabdehdən cərimə tələb etməsinə əsas verir. Beləliklə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək Cavabdehin İddiaçıya 1.619,94 manat məbləğində cərimə borcu yaranmışdır. Yuxarıda qeyd olunanlarla sübut olunur ki, İddiaçının dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq, Cavabdeh heç bir qanuni əsas olmadan, aldığı malların dəyərinin bir hissəsini, yəni 5.510,60 manat məbləğində borcunu bu günə qədər İddiaçıya ödəməmişdir. Bununla da Cavabdeh İddiaçını, əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğunu nəzərə alındıqda, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzibedilməzdir. Məhz buna görə də Cavabdehin İddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Qeyd olunanlara əsasən, belə qənaətə gəlmək olur ki, Cavabdeh İddiaçı tərəfindən ona verilmiş malların dəyərini, yəni 5.510,60 manat məbləğində əsas borcunu qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də müqavilənin 6.2-ci bəndində qeyd olunmuş qaydada hesablanmış 1.619,94 manat cərimə və MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 321,80 manat faiz borcu da Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir.
3. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli MT -30-06-05 saylı Alqı-satqı müqaviləsi əsasında cəmiyyətimiz Qarabağ, Suqovuşan istirahət parkının əsaslı təmiri işlərində mallar alınmışdır. İlk öncə ödənişlərin vaxtında edilməsinə baxmayaraq sonradan İcra edilən müqavilə üzrə ödənişlər alına bilinmədiyindən cəmiyyətdə maliyyə sıxıntıları olmuşdur. Buna baxmayaraq ödənişlərin edilməsinə davam edilmişdir. İddiaçı tərəfə öhdəliyin icrasının qəbul edildiyi və bu ödənişdən yayaınılmayacağı barədə məlumat verilmişdit. X1 büdcə sənədləşmələri üzrə proseduralar müəyyən səbəblərdən uzanmış, 2023-cü ilin oktyabr ayından bu günə qədər müqavilə üzrə ödəniş edilməmişdir. İddiada qeyd olunan üzrə 5,510.60 manat məbləği vəsait daxil olan kimi İddiaçı MMC nin Azərbaycan Respublikasındakı Filialına tam ödənilmişdir. Şirkətin cari öhdəlikləri xərclərin ödənilməsi üçün hal hazırda çətinliklər çəkir və İddiaçı ilə işlərin başlanğıcından da heç bir cərimə faizinin və əlavə ödənişlərin tələb olunmayacağı barədə razılığa gəlinmişdir. Mövcud durumda maliyyə sıxıntıları ilə əlaqədar olaraq iddiaçının tələb etdiyi hesablanmış cərimə faizləri Şirkət tərəfindən öhdəlik kimi qəbul olunmur.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixədək müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 1.619,94 (bir min altı yüz on doqquz manat, 94 qəpik) manat məbləğində cərimə borcunun; cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitdən faydalandığına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi ilə 29 may 2024-cü il tarixədək hesablanmış 321,80 manat məbləğində faiz borcunun; Ödənilmiş 94,53 (doxsan dörd manat, 53 qəpik) manat dövlət rüsumunun ümumilikdə cəminin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh ƏDV daxil 5 510,60 manat məbləğində əsas borcu ödəmişdir. Buna görə də iddia tələbinin həcmini azaltmağa dair iddia ərizəsinə dəqiqləşmə vermək zərurəti yaranmışdır.
II. Məhkəmə baxışının hədləri:
6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirilmiş, cavabdeh də iddiaya qarşı öz etirazını məhkəməyə təqdim etmişdir.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MT-30-06/05 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi ilan razılaşma protokollardında və ya elektron qaimədə göstərilən tərkibdə və həcmdə malların satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi lan razılaşma protokollarında və ya elektron qaimədə razılaşdırılmış vahidin qiymətinə əsasən müvaiq məbləği ödəyir.
10. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malın dəyərini satıcıya ödəmədikdə və ya qismən ödədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0.1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.
11. xx.xx.2023-cü il tarixli EBDF006355 saylı e-qaimə üzrə 2400,12 manat dəyərində, EBDF075672 saylı e-qaimə üzrə 3020,80 manat məbləğində və xx.xx.2023-cü il tarixli, EBDL512325 saylı qaimə üzrə 5510.60 manat dəyərində mal cavabdehə göndərilmişdir.
12. xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC xx.xx.2024-cü il tarixə 10254,20 manat borcu olmasını qəbul edilmiş, imza və möhürlə təsdiqləmişdir.
13. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən EBDL512325 saylı e-qaimə üzrə 4670 manat məbləğində ödəniş edilmişdir.
14. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən EBDL512325 saylı e-qaimə üzrə 840,60 manat məbləğində ödəniş edilmişdir.
15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MT-30-06/05 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi ilan razılaşma protokollardında və ya elektron qaimədə göstərilən tərkibdə və həcmdə malların satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi lan razılaşma protokollarında və ya elektron qaimədə razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir.
24. İşdə olan qəbzlərdən göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra əsas borc üzrə ödənişlər gecikmələrlə olsa da, cavabdeh tərəfindən ödənilmişdir.
25. Hal-hazırda iddiaçı həmin əsas borca hesablanmış cərimə və faizlərin cavabdehdən tutulmasını tələb etmişdir.
26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –üzləşdirmə aktı, qaimələrlə ilə təsdiqini tapmışdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
29. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
30. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
31. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5510,60 manata) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 276 manat məbləğində müəyyən edilməlidir.
33. Bundan əlavə məhkəmə iddia tələbinin 321,80 manat faiz borcu hissəsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
34. Belə ki, iddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddələrinə istinad etmək cavabdehdən tələb etmişdir.
35. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.
36. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.
37. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
38. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
39. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
41. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan faiz məbləği malların verildiyi tarixdən xx.xx.2024-cü il tarixinə kimi hesablanmışdır və məhkəmə iddianı bu hissədə qismən əsaslı hesab edirək illik 5%-lə hesablamaqla, borcun gecikdirilməsinə 230 manat faiz borcunun da cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV.Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli MT-30-06/05 saylı alqı-satqı müqaviləsi üzrə borcun gecikdirilməsinə görə hesablanmış 276 manat məbləğində dəbbə pulu və xx.xx.2024-cü il tarixə hesablanmış 230 manat məbləğində faiz borcu olmaqla cəmi 506 (beş yüz altı) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respuiblikasındakı filialına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova