Məhkəmə qərarları › İş №e-2-2(113)-40/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-40/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-40/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borcun və hesablanmış 312241,2 manat cərimə məbləğinin, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borcun və hesablanmış 607734,54 manat cərimə məbləğinin və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borcun və hesablanmış 14686,42 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, 400 manat mediasiya xərcinin, ümumilikdə 2773526,55 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 348400,27 manat gecikdirilmiş əsas borc və hesablanmış 157586,24 manat cərimə məbləğini, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 649740,12 manat gecikdirilmiş əsas borc və hesablanmış 238244,45 manat cərimə məbləğini və xx.xx.2018ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 15492 manat gecikdirilmiş əsas borc və hesablanmış 5096,87 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1414909,62 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borcun və hesablanmış 312241,2 manat cərimə məbləğinin, xx.xx.2017ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borcun və hesablanmış 607734,54 manat cərimə məbləğinin və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borcun və hesablanmış 14686,42 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, 400 manat mediasiya xərcinin, ümumilikdə 2773526,55 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə müvafiq olaraq məhsuldarlığı 10 ton/saat olan yem dəyirmanı avadanlıqları, heyvandarlıq kompleksi üçün avadanlıqlarının və DON-680 markalı yemyığan kombaynı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat və xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2021ci il tarixli MŞİH-02801 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “X2 Kompleksi" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "xxxx" ASC arasında bağlanmış lizinq müqavilələrində ödənişlərin edilməsi qaydası və müddəti öz əksini tapmışdır. Tərəflər arasında lizinq müqavilələri üzrə qalan məbləğin hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə hüquqlarının pozulduğunu bildiyi vaxtdan 3 il ərzində məhkəməyə müraciət etməli idi. Lakin cavabdeh bəzi ödənişlər üzrə 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası üzrə iddia müddəti ötmüş ödənişlər üzrə tələblər təmin edilməli deyildir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməklə iddianın qismən rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli lizinq müqavilələrindən görünür ki, "xxxx" ASC cavabdehə müvafiq olaraq məhsuldarlığı 10 ton/saat olan yem dəyirmanı avadanlıqları, heyvandarlıq kompleksi üçün avadanlıqlarının və DON-680 markalı yemyığan kombaynı satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borc və 312241,2 manat cərimə, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borc və 607734,54 manat cərimə, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borc və 14686,42 manat cərimə borcu təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5860 nömrəli ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan çıxarış, maliyyə arayışı, “müqavilələr üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə olan borcu xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli lizinq müqaviləsi üzrə 813.313,47 manat məbləğində, o cümlədən əsas borc 501.072,27 manat, cərimə 312.241,20 manat, 24 noyabr 2017-ci il tarixli, 05-LA/17 nömrəli lizinq müqaviləsi üzrə 1.921.538,66 manat, o cümlədən əsas borc 1.313.804,12 manat, cərimə 607.734,54 manat, 25 oktyabr 2018-ci il tarixli, 1137-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 37.924,42 manat məbləğində, o cümlədən əsas borc 23.238,00 manat, cərimə 14686,42 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli lizinq müqavilələri bağlanmış və müqavilələrə əsasən "xxxx" ASC cavabdehə müvafiq olaraq məhsuldarlığı 10 ton/saat olan yem dəyirmanı avadanlıqları, heyvandarlıq kompleksi üçün avadanlıqlarının və DON-680 markalı yemyığan kombaynı satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafiklər üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə öhdəliylərini tam icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borc və 312241,2 manat cərimə, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borc və 607734,54 manat cərimə, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borc və 14686,42 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərinin ödənilməsi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan lizinqi müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5860 nömrəli ekspert rəyi ilə cavabdehin xx.xx.2016-cı il tarixli 03- LA/16 nömrəli, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli lizinq müqavilələri üzrə iddiaçıya olan gecikdirilmiş əsas borclar təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqavilələrindən irəli gəlir. Belə ki, müqavilələrin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan, onların məbləğlərini azaldaraq xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 25000 manat, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 65000 manat, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 1000 manat hədlərində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 350 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 03- LA/16 nömrəli müqavilə 10 il müddətinə, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə 6 il müddətinə, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə isə xx.xx.2023-cü il tarixədək bağlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, göstərilən lizinq müqavilələri hazırda qüvvədə olduğundan həmin müqavilələr üzrə iddia müddəti keçmədiyindən iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borc və 25000 manat cərimə, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borc və 65000 manat cərimə, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, 400 manat mediasiya xərci, ümumilikdə 1929864,39 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 2176,56 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 1114,45 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 69,58 manat məbləği cavabdehdən, 30,42 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 03-LA/16 nömrəli müqavilə üzrə 501072,27 manat gecikdirilmiş əsas borc və 25000 manat cərimə, xx.xx.2017-ci il tarixli 05-LA/17 nömrəli müqavilə üzrə 1313804,12 manat gecikdirilmiş əsas borc və 65000 manat cərimə, xx.xx.2018-ci il tarixli 1137-GL/18 nömrəli müqavilə üzrə 23238 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, 400 manat mediasiya xərci, ümumilikdə 1929864,39 manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 2176,56 manat məbləğində dövlət rüsumunun 1114,45 manat məbləği Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 69,58 manat məbləği Cavabdehndən, 30,42 manat məbləği Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar