Məhkəmə qərarları › İş №e-2-2(113)-400/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-400/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-400/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28817,73 (iyimi səkkiz min səkkiz yüz on yeddi manat yetmiş üç qəpik) manat əsas borc, 50000 (əlli min) manat cərimə, 4322 (dörd min üç yüz iyimi iki) manat əldən çıxmış fayda və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ‘‘xxxx” MMC arasında 03.01.2019cu il tarixdə 01/02 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı “Satıcı” və “xxxx” MMC “Alıcı” qismində çıxış elmişdir. Müqaviləyə əsasən “Satıcı" “Alıcı’nın Sifarişinə əsasən ət və süd məhsullarının tədarükünü həyata keçirməlidir. “Alıcı" isə öz növbəsində Satıcıya 30 gün müddətində Sifarişin qiymətini ödəməlidir. Müqaviləyə əsasən “Alıcı" tərəfindən verilmiş sifarişin tam yerinə yetirilməsinə baxmayaraq, 12.05.2020-ci il tarixdə tərtib edilmiş üzləşmə aktına əsasən «X2 Hotel»inin 8545,53 manat, “” otelinin 18236,90 manat və “Qafqaz Bakı City Hotel”inin 2035,30 manat olmaqla, ümumilikdə 28817,73 manat borc öhdəliyi ödənilməmiş qalmışdır. Hazırda həmin ödənişlər vaxtında ödənilmədiyindən onun da başqa müəssisələr qarşısında vaxtında yerinə yetirilməyən öhdəliyi yaranmışdır. Hazırda həmin müəssisələr borcun və onlara dəyən ziyanın məhkəmə qaydasında tutulmasına dair məhkəməyə müraciət etmişdir. qeyd olunan borc məbləğinin ödənilməsi ilə bağlı “xxxx" MMC-yə pretenziya məktubu göndərilmişdir. Lakin hal-hazıradək borc məbləği geri qaytarılmamışdır. Cavabdeh tərəfindən ödənişlər vaxtında ödənilmədiyinə görə sahibkarlıq fəaliyyətində ciddi maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən də həmin dövrdə bankdan kredit götürmüşdür. Cavabdeh tərəfindən ona əldən çıxmış faydaya görə vəsait ödənilməlidir. Bank faiz uçot dərəcəsinə əsasən iddiaçıya illik 15% olmaqla dəymiş ziyan ödənilməlidir. Bu da iddiaçının hesablamalarına görə 4322 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə borc məbləğinə cərimə hesablanmışdır. Müqaviləyə əsasən borc vaxtında ödənilmədiyindən 50000 manat cərimənin ödənilməsi təmin edilməlidir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 28817,73 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat yetmiş üç qəpik) əsas borc, 5187,19 manat (beş min yüz səksən yeddi manat on doqquz qəpik) ƏDV və 5000 (beş min) manat cərimə olmaqla, cəmi 39004,92 manat (otuz doqquz min dörd manat doxsan iki qəpik) məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı qismində İddiaçı ilə alıcı qismində “xxxx” MMC arasında 03.01.2019-cu il tarixdə 01/02 saylı Tədarük müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcının sifarişinə əsasən satıcı alıcıya ət və süd məhsulları satacaq və təchiz edəcək. Alıcı isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəalarına əsasən satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - 12.05.2020-ci il tarixli üzləşmə aktından görünür ki, «X2 Hotel»in 30.04.2020-ci il tarixə 8545,53 manat məbləğində qalıq borcu olduğu müəyyən edilmişdir. - 12.05.2020-ci il tarixli üzləşmə aktından görünür ki, «X1 (Sport) Hotel»in 30.04.2020-ci il tarixə 18236,90 manat məbləğində qalıq borcu olduğu müəyyən edilmişdir. - 12.05.2020-ci il tarixli üzləşmə aktından görünür ki, “X3” Otelin 30.04.2020-ci il tarixə 2035,30 manat məbləğində qalıq borcu olduğu müəyyən edilmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 04.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 495,54 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 08.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 191,16 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 22.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 664,10 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 29.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 561,47 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 05.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 582,21 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 12.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 465,58 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 05.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 719,65 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 15.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 447,39 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 19.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 25,06 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 26.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 367,72 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 09.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 413 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 16.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 407,21 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X2 Hotel»ə dair tərtib edilmiş 23.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 856,90 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 04.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1569,87 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 15.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1837,15 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 07.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1580,46 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 01.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2620,80 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 15.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1202,94 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 19.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1540,94 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 02.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2256,86 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 16.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 585,14 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1154,29 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 03.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 71,04 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 11.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1526,54 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 14.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 561,21 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 03.06.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1464,25 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 11.06.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 833,14 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 25.06.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1526,98 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 02.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2004,03 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 12.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2609,57 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X1 (Sport) Hotel»ə dair tərtib edilmiş 23.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1561,79 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 04.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 766,25 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 08.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1327,22 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 22.01.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 821,43 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 01.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 550,70 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 15.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 253,95 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 19.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1619,42 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 26.02.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 990,53 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 05.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1753,49 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 12.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 982,29 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 15.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 796,91 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 26.03.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1519,46 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 02.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1479,37 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 09.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 638,76 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 16.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2094,11 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 23.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2284,48 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 653,47 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 07.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 2088,21 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 14.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 685,49 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 17.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1465,56 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 24.05.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1351,64 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 03.06.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1002,87 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 18.06.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 597,98 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 02.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 680,62 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 09.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 862,93 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 16.07.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1247,66 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 30.07.2019-cu il tarixli, 0002399/2 nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 938,10 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 14.08.2019-cu il tarixli, 0002399/5 nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 430,11 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 20.08.2019-cu il tarixli, 0002399/9 nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 773,84 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 27.08.2019-cu il tarixli, 0002399/11 nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 713,66 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 10.09.2019-cu il tarixli, 0002399/13 nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 726,23 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 24.09.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 503,21 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 01.10.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 562,15 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 22.10.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1890,60 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 01.11.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 570,47 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 16.11.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 877,68 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 19.11.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 458,78 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 26.11.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 457,20 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 03.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1281,95 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 13.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 430,11 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 17.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 743,931 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 20.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 108,855 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 24.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 1343,25 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 28.12.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 345,09 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 10.01.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 611,55 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 28.01.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 886,50 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 04.02.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 506,25 manat təşkil etmişdir. - İddiaçı tərəfindən «X3 Hotel»ə dair tərtib edilmiş 11.02.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən malların ümumi qiyməti 31 manat təşkil etmişdir. - İddiaçı tərəfindən 15.09.2020-ci il tarixdə 01/20 saylı pretenziya qaydasında xəbərdarlıqla “xxxx” MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 28817,73 manat borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş üzləşmə akları və qaimə fakturalarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 28817,73 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat yetmiş üç qəpik) əsas borc, 5187,19 manat (beş min yüz səksən yeddi manat on doqquz qəpik) ƏDV, 5000 (beş min) manat cərimə olmaqla, cəmi 39004,92 manat (otuz doqquz min dörd manat doxsan iki qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 28817,73 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat yetmiş üç qəpik) əsas borc, 5187,19 manat (beş min yüz səksən yeddi manat on doqquz qəpik) ƏDV, 5000 (beş min) manat cərimə olmaqla, cəmi 39004,92 manat (otuz doqquz min dörd manat doxsan iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar