Məhkəmə qərarları › İş №e-2-2(113)-4006/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4006/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4006/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X1" ASC-nin Cavabdeh qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, borcun ödənilməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, iddiaçı "X1" ASC-nin Cavabdeh qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, 208-HNT-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən yaranmış 3519,99 manat əsas borcun, 1506,66 manat cərimə borcunun, 71 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətləri ilə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə onlar arasında 03 iyul 2023-cü il tarixli, 208-HNT-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (əlavə 1, əlavə 2 və sair.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə və müqavilənin əlavələrinə (Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktlara) əsasən Cavabdeh cəmiyyətə 18% ƏDV daxil 3519,99 manat məbləğində qalıq borcu qalmışdır. Sözügedən borcun ödənilməsi ilə bağlı qarşı tərəfə hər bir əlavə üzrə elektron qaimələr təqdim edilmişdir. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini hesab-faktura təqdim olunduqdan sonra köçürmə yolu ilə 5 (beş) bank günü ərzində Satıcıya ödəməlidir. Lakin cavabdeh qeyd olunan 3519,99 manat məbləğində qalıq borcu e-qaimə təqdim edilməsinə baxmayaraq bugünkü günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh bu müqavilə üzrə əsas borcu toplamda 3519,99 manat (ƏDV daxil) təşkil edir. Həmçinin bildirirlər ki, xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə də borcun mövcudluğu sübut edilmişdir. Bundan əlavə 03 iyul 2023-cü il tarixli müqavilənin 4.1.3-cü maddəsinə əsasən Əgər Alıcıya hesab-faktura təqdim edildikdən sonra mallar üzrə ödəniş ləngiyərsə Alıcı hər ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Bu əsas üzrə cavabdehin müəssisəyə əlavə olaraq 1506,66 manat cərimə borcu da yaranmışdır. Borclu şəxsin öz borcunu və cərimə məbləğini ödəməsi üçün xx.xx.2025-ci il tarixli pretenziya məktubu da elektron kargüzarlıq qaydasında göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.4, 441.1, 441.4, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki: İddiaçı ASC “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2023-cü il tarixli 208-HNT-CEC/23 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “Əlavə”, malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Müqavilənin 2.6-cı bəndinə əsasən Alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100 % hissəsini avans olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 bank günü ərzində Satıcıya köçürmə yolu ilə ödəməlidir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən əgər Alıcıya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, Alıcı hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 02 nömrəli akta əsasən, ümumilikdə 3519,96 manat məbləğində müxtəlif çeşidli mallar İddiaçı ASC tərəfindən Cavabdeh təqdim edilmişdir. xx.xx.2025-ci tarixli, 144/CEC/25 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixinə əsas borcu 2983,05 manat, 536,95 manat məbləğində ƏDV daxil olmaqla ümumilikdə borc 3520 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən, xx.xx.2025-ci il tarixində Cavabdeh İddiaçı ASC-yə 3519,96 manat qalıq borcunun olması təsdiq edilmişdir. MT2502 seriyalı 10947847 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 3519,99 manat müxtəlif çeşidli mallar İddiaçı ASC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda 3519,99 manat borcun 10 (on) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********62 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 71 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı, üzləşmə aktı, elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 3519,99 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3519,99 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1506,66 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, həmçinin işin faktiki hallarından ödənişin cavabdeh tərəfindən gecikdirildiyi aydın görünür. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 175 manat müəyyən olunmalıdır. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumunun 56,95 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cu il tarixli, 208-HNT- CEC/23 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi”nə əsasən yaramış 3519 (üç min beş yüz on doqquz) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 175 (yüz yetmiş beş) manat cərimə məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat 95 (doxsan beş) qəpik Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov İş № e-2-2(113)-4655/2024 Bakı Kommersiya Məhkəməsi Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Bakı Kommersiya Məhkəməsinin hakimi X2 İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəni və ərizəyə əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib qətnamə qəbul edərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Prosessual hərəkət xx.xx.2024-cü il tarixdə, saat 16:00-da başlayır və 16:10-da qurtarır. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar