Məhkəmə qərarları › İş №e-2-2(113)-4007/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4007/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4007/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğvi, lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması və pul” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 may 2020-cı il tarixli, KTA-KTT- 20/1230 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixədək yaranmış 56,898.02 (əlli altı min səkkiz yüz doxsan səkkiz manat, 02 qəpik) AZN gecikdirilmiş əsas borc, 41,102.57 manat gecikdirilmiş günlərə görə cərimə borc, 41,102.57 manat subsidiya üzrə borc, ümumilikdə, 166,589.80 manat borc məbləğinin və 457 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 18 may 2020-cı il tarixli, KTA-KTT20/1230 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2” Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd CLAAS AXOS 340HC markalı traktor, 1 ədəd AMAZONE ZA-M1501 markalı gülsəpən, 1 ədəd MORO ARATRİ SPİDER 5G 250 markalı riper, 1 ədəd MASCHİO GASPARDO PİNOCCHİO 250/5 markalı riper, 2 ədəd MASCHİO GASPARDO SARCHİATRİCE XXY 4R markalı kultivatorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı ASC arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 44.490,38 manat, hüquqi xidmətə görə ödənilmiş 2.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş 226 manat, cəmi isə 46.716,38 manat məbləğində pulun cavabdeh İddiaçı ASC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Goran Cotton” MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair e-2-2(113)-5806/2024 saylı iş İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-4007/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər. xx.xx.2024-cü il tarixdə ilkin və birləşdirilmiş iş üzrə iddiaçıların nümayəndələri ayrıayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdilər ki, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı razılıq əldə olunduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizələr qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğvi, lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması və pul” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizələri geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 457 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 225 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar