Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4007/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil İsmayil oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 186273,10 manat əsas borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 7625,64 manat faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və ödənilmiş 483,90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 07 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2019-cu il tarixli 20 fevral 2017ci il tarixli, SA-344 saylı müqavilə üzrə 186273,10 manat əsas borcun, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 7625,64 manat faiz borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 483,90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsini qarşılıqlı razılaşma yolu ilə hazırkı barışıq sazişi əsasında həll etmək niyyətindədirlər. Belə ki, tərəflər arasında razılığın əldə edildiyi andan, ən geci 30 (otuz) təqvim günü müddətində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ümumilikdə 149019,20 (bir yüz qırx doqquz min on doqquz manat iyirmi qəpik) manat, bundan 120604,52 (bir yüz iyirmi min altı yüz dörd manat əlli iki qəpik) manat əsas, 28414,68 (iyirmi səkkiz min dörd yüz on dörd manat altmış səkkiz qəpik) manat ƏDV olmaqla pul vəsaitini İddiaçınə ödəyəcək və bununla da tərəflər arasında hazırda Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işi üzrə iddia üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırkı Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcək. Hazırkı saziş üzrə 30 (otuz) gün müddətin hesablanması barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın qüvvəyə mindiyi tarixdən başlansın. Tərəflər razılaşır ki, Cavabdeh ASC bu sazişdə göstərilən ümumilikdə 149019 (bir yüz qırx doqquz min) manat məbləğində pul vəsaitinin ödənişini vaxtında icra etməzsə və ya gecikdirərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin növbəti günü müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, həmin qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Hazırkı Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işinin icraatına xitam verilməsi üçün əsasdır və beləliklə, tərəflər bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi barədə müvafiq qərardad qəbul edilməklə onlar arasında sözügedən məhkəmə mübahisəsinə dair e-2-2(113)-4007/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə qarşılıqlı razılıqlarını məhkəməyə bildirirlər. Tərəflərə hazırkı sazişin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbcayn Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. Hazırkı saziş 3 (üç) əsl nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir. Nüsxələrdən biri İddiaçındə, o biri Cavabdeh Açıq Səhmdar Cəmiyyətində saxlanılmaqla tərəflərə, digər nüsxə isə sazişin təsdiq edilərək bu barədə müvafiq qərardad qəbul edilməsi üçün məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə,, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 07 iyul 2025ci il tarixli barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2019-cu il tarixli 20 fevral 2017ci il tarixli, SA-344 saylı müqavilə üzrə 186273,10 manat əsas borcun, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 7625,64 manat faiz borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 483,90 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsini qarşılıqlı razılaşma yolu ilə hazırkı barışıq sazişi əsasında həll etmək niyyətindədirlər. Belə ki, tərəflər arasında razılığın əldə edildiyi andan, ən geci 30 (otuz) təqvim günü müddətində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ümumilikdə 149019,20 (bir yüz qırx doqquz min on doqquz manat iyirmi qəpik) manat, bundan 120604,52 (bir yüz iyirmi min altı yüz dörd manat əlli iki qəpik) manat əsas, 28414,68 (iyirmi səkkiz min dörd yüz on dörd manat altmış səkkiz qəpik) manat ƏDV olmaqla pul vəsaitini İddiaçınə ödəyəcək və bununla da tərəflər arasında hazırda Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işi üzrə iddia üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırkı Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcək. Hazırkı saziş üzrə 30 (otuz) gün müddətin hesablanması barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın qüvvəyə mindiyi tarixdən başlansın. Tərəflər razılaşır ki, Cavabdeh ASC bu sazişdə göstərilən ümumilikdə 149019 (bir yüz qırx doqquz min) manat məbləğində pul vəsaitinin ödənişini vaxtında icra etməzsə və ya gecikdirərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin növbəti günü müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, həmin qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Hazırkı Bakı Kommersiya Məhkəməsində icraatda olan e-2-2(113)-4007/2025 saylı kommersiya işinin icraatına xitam verilməsi üçün əsasdır və beləliklə, tərəflər bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi barədə müvafiq qərardad qəbul edilməklə onlar arasında sözügedən məhkəmə mübahisəsinə dair e-2-2(113)-4007/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə qarşılıqlı razılıqlarını məhkəməyə bildirirlər. Tərəflərə hazırkı sazişin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbcayn Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. Hazırkı saziş 3 (üç) əsl nüsxədə olmaqla Azərbaycan dilində tərtib edilmişdir. Nüsxələrdən biri İddiaçındə, o biri Cavabdeh Açıq Səhmdar Cəmiyyətində saxlanılmaqla tərəflərə, digər nüsxə isə sazişin təsdiq edilərək bu barədə müvafiq qərardad qəbul edilməsi üçün məhkəməyə təqdim ediləcəkdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4007/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4007/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver