Məhkəmə qərarları › İş №e-2-2(113)-401/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-401/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-401/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi , iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam vermə və pul tələbinə” dair , eyni zamanda Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı qarşılıqlı iddiası üzrə “təhvil verilməyən malların pulunun, cərimənin, əldən çıxmış faydanın ödənilməsi tələbinə “ dair işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” MMC Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam vermə və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh MMC cavabdeh “İddiaçı” MMC-yə qarşı “təhvil verilməyən malların pulunun, cərimənin, əldən çıxmış faydanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi vermişdir. İddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmə iclasında Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili F.Kişiyev məhkəməyə ərizə ilə müraciət edərək “İddiaçı” MMC-yə qarşı iddiadan imtina etdiklərini bildirmişdir. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,iddiaçının vəsatəti təmin edilməli vəiddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.11 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Eyni zamanda iddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından və həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam vermə və pul tələbinə” dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam vermə və pul tələbinə” dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar