Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-401/2024 27.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 3989,50 manat məbləğində əsas borc, 416,91 manat məbləğində dəbbə pulu, 1015,59 manat məbləğində əldən çıxmış fayda, 60 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində vəkil xərci, ümumilikdə 5682 manat məbləğində pulun və 17 manat məbləğində dövlət rüsumunun, tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixdə malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini nağd fakturada malın təslimi anında ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq Alıcıya malların verilməsinə dair sənədlər (elektron qaimələr): xx.xx.2017-ci il tarixli, 449416 nömrəli elektron qaimə üzrə 326,95 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 450172 nömrəli elektron qaimə üzrə 182,95 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 466723 nömrəli elektron qaimə üzrə 30,93 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 538241 nömrəli elektron qaimə üzrə 72,75 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 593660 nömrəli elektron qaimə üzrə 94,66 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 747380 nömrəli elektron qaimə üzrə 133,90 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 380351 nömrəli elektron qaimə üzrə 813,56 manat məbləğində; xx.xx.2017-ci il tarixli, 412258 nömrəli elektron qaimə üzrə 64,85 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 375983 nömrəli elektron qaimə üzrə 53,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 012023 nömrəli elektron qaimə üzrə 103,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 075105 nömrəli elektron qaimə üzrə 186,01 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 169514 nömrəli elektron qaimə üzrə 593,24 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 350938 nömrəli elektron qaimə üzrə 610,16 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 463345 nömrəli elektron qaimə üzrə 79,64 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 640179 nömrəli elektron qaimə üzrə 325,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli, 646069 nömrəli elektron qaimə üzrə 11,86 manat məbləğində; xx.xx.2018-ci il tarixli 404280 nömrəli elektron qaimə üzrə 92,96 manat məbləğində; xx.xx.2018-ci il tarixli 810733 nömrəli elektron qaimə üzrə 172,02 manat məbləğində, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən Alıcıya sifarişləri əsasında avtonəqliyyat vasitələrinin ehtiyat hissələri təhvil verilmiş və alıcının şirkətə olan borcu aşağıda qeyd edilən məbləğdədir: 3989,50 manat məbləğində əsas borc; xx.xx.2020 tarixindən xx.xx.2023 tarixinədək olan 416,91 Müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 % məbləğində dəbbə pulu ödəməlidir. Odur ki, dəbbə pulunun hesablanma qaydası aşağıdakı kimidir: 989,50 (əsas borc) x 0,01 %(cərimə məbləği) = 0,39 (bir gün üçün) 0,39 (bir gün üçün) x 1069 (xx.xx.2020 tarixindən xx.xx.2023 tarixinədək olan günlərin sayı) = 416,91 ( ümumi dəbbə məbləği), xx.xx.2020-ci il tarixindən xx.xx.2023 tarixinədək olan 1015,59 manat məbləğində əldən çıxmış fayda. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2.-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75 %-dir. Odur ki, əldən çıxmış faydanın hesablanma qaydası aşağıdakı kimidir: 3989,50 (əsas borc) x 8,75 (uçot faiz dərəcəsi) = 349 (bir il üçün) 349 (bir il üçün) x 2 (xx.xx.2020 tarixindən xx.xx.2022 tarixinədək olan illərin sayı) = 698 (iki il üçün olan əldən çıxmış fayda məbləği) 349 (bir il üçün) x 11/12 (xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinədək olan ayların sayı)=317,59 (on bir ay üçün olan əldən çıxmış fayda məbləği) 698 (iki il üçün olan əldən çıxmış fayda məbləği) +317,59 (on bir ay üçün olan əldən çıxmış fayda məbləği) = 1015,59 (ümumi əldən çıxmış fayda məbləği) Odur ki, hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçınə olan borcu, 3989,50 manat məbləğində əsas borc, 416,91 manat məbləğində dəbbə pulu, 1015,59 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 5422 manat məbləğindədir. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Lakin, yuxarıda qeyd edilən elektron qaimələr üzrə mallar alıcıya təhvil təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 3989,50 manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq Satıcı tərəfindən verilmiş mallar və Alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2017-ci ildən başlanılmaqla xx.xx.2019-cu il tarixindədək müxtəlif vaxtlarda müqavilə üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 29.277,24 manat məbləğində mallar Alıcıya təhvil verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən isə 25287,77 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 3989,47 manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək İddiaçınə olan borcun 10 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə 3989,50 manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərcləri, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu və digər xərclərin alınaraq İddiaçınə ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Odur ki, 3989,50 manat əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərcləri, vəkil xərcləri, poçt xərcləri, iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu və digər xərclərin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçınə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəblə, tərəfimizdən qarşı tərəfə “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən aramızda olan kommersiya mübahisəsinin həlli üçün aramızda razılaşacağımız mediatorun yanında mediasiya sessiyasında iştirak etmək haqqında xx.xx.2022-ci il tarixində X1 barədə təklif göndərilmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/12/0001 nömrəli arayış alınmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı İddiaçı tərəfindən müqavilə üzrə yuxarıda qeyd edilən elektron qaimələrə uyğun olaraq mallar təhvil verilmiş və müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. Lakin alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti malların dəyərini tam ödəməmiş, bununla da müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Cavabdeh "xxxx" QSC məhkəmənin sisteminə ərizə yükləyərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə iddiaçıya heç bir borcumuz yoxdur. Əgər iddiaçıya borcumuz olsaydı belə vaxtında müraciət edərdi. Belə olan halda isə işin qanunla müəyyən edilmiş iddia müddəti bitmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia müddəti tətbiq edilməklə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" QSC məhkəmənin sisteminə ərizə yükləyərək iddia müddəti tədbiq etməklə iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi iddianı qəbul etməyərək izahatında tələb olunan vəsaitlərlə bağlı iddiaçı tərəfindən alıcıya malların satılmadığını və xidmətlərin göstərilmədiyini bildirmiş, həmçinin izahatında malların satılmasını və xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarının mövcud olmadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC malı alıcının mülkiyyətinə verir, alıcı "xxxx" QSC isə həmin malı qəbul edir və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə mindikdən sonra satıcı alıcının tələbatını bə bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzər almaqla satdığı malın qaimə-faktura əsasında alıcıya təhvil verir. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01% məbləğində dəbbə pulu ödəyir. xx.xx.2017-ci il tarixli, 449416 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 326,95 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 450172 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 182,95 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 466723 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 30,93 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 538241 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 72,75 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 593660 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 94,66 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 747380 nömrəli EAAD seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh QSC-yə 133,90 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 380351 nömrəli EAAE seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 813,56 manat məbləğində mal satmışdır. xx.xx.2017-ci il tarixli, 412258 nömrəli EAAE seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 64,85 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 375983 nömrəli EAAG seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 53,40 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 012023 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 103,40 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 075105 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 186,01 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 169514 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 593,24 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 350938 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 610,16 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 463345 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 79,64 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 640179 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 325,40 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli, 646069 nömrəli EAAH seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 11,86 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli 404280 nömrəli EAAİ seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 92,96 manat məbləğində mal satmışdır. xx.xx.2018-ci il tarixli 810733 nömrəli EAAİ seriyalı elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" QSC-yə 172,02 manat məbləğində mal satmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" QSC-nin İddiaçı MMCyə 3989,50 manat əsas, 416,91 manat dəbbə pulu, 1015,59 manat əldən çıxmış fayda borcu var. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC 201 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC 17 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/12-00210 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 60 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3 və 567-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi plenumunun qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqaviləyə görə iddiaçının istinad etdiyi kimi alıcıya 3989,50 manat məbləğində mal satılmışdır. İddiaçı tələbində 3989,50 manat məbləğində borcun qaldığına istinad etsə də, sözügedən borcun mövcudluğunu əks etdirən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmiş, belə ki, iddiaçı müqavilə və həmin vəsaiti əks etdirən elektron qaimələri məhkəməyə təqdim etsə də, malların “təhvil-təslim akt”ları məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı MMC 3989,50 manat məbləğində borcu tələb etsə də, həmin həcmdə olan məhsulların cavabdeh "xxxx" QSC-yə təhvil verildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyinə görə iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflərin arasında yaranmış praktika və işgüzar adətlərə görə malların təhvil verilməsi yalnız elektron qaimələrin təqdim edilməsi ilə müəyyən edildiyi təqdirdə də, iddia rədd edilməlidir, belə ki, elektron qaimələr 2017 və 2018-ci illərdə tərtib edildiyinə görə iddiaçı müvafiq olaraq 6 və 5 ildən sonra məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 3989,50 manat məbləğində əsas borc, 416,91 manat məbləğində dəbbə pulu, 1015,59 manat məbləğində əldən çıxmış fayda, 60 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində vəkil xərci, ümumilikdə 5682 manat məbləğində pulun və 17 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 3989,50 manat məbləğində əsas borc, 416,91 manat məbləğində dəbbə pulu, 1015,59 manat məbləğində əldən çıxmış fayda, 60 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində vəkil xərci, ümumilikdə 5682 manat məbləğində pulun və 17 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-401/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-401/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver