Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4017/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 219.483,51 manat məbləğində əsas borcun, 34.955,97 manat məbləğində dəbbə pulunun, ümumilikdə - 254.439,48 manat məbləğində pul vəsaitinin və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğdə pul vəsaitini Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" MMCnin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı plastik məhsulların alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin (satıcı) istehsal etdiyi plastik məhsulları Cavabdeh MMC-yə (alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müəssisələrindən aldığı plastik məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 219.483,51 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 3.1. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 219.483,51 manat təşkil edir. Cavabdeh MMC-nin rəhbərliyi bir neçə dəfə telefonla danışaraq və müəssisəyə gələrək rəhbərliklə danışıqlar apararaq dəfələrlə yalan vədlər vermiş, borcun hissə-hissə ödənilməsi barədə yazılı və şifahi öhdəliklər götürmüş və yalnız vaxtı uzatmağa və hər vəchlə öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışmışdır. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də cavabdeh yaranmış borcunu bu günə kimi ödəməmişdir. Həmin müqavilənin 5.1. bəndinə əsasən - alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişietmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 02 may 2023-cü il tarixinə olan cərimənin məbləği 34.955,97 manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu – 254.439,48 manat təşkil edir. Tərəflərindən ilkin mesiasiya sessiyasına görə 400 (dörd yüz) manat ödəniş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılası barədə ərizə verərək, İddiaçı MMCnin istehsal etdiyi malları alaraq odəmədiyi 219.483,51 manat, cərimə məbləği – 34.955,97 manat, ümumilikdə - 254.439,48 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 400 manat məbləğdə pul vəsaitini və ödənilmiş 144,84 manat dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" (indiki İddiaçı) MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 13 sentyabr 2022-ci il tarixdə, M1128 nömrəli plastik məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında və bu müqavilənin ayrılmaz tərki hissəsi olan Əlavələrdə (X1) göstərilən plastik məhsulları alıcıya satır. Alıcı isə öz növbəsində həmin malları qəbul etdir və bu müqavilənin şərtlnnə uyğun olaraq tam dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə satılan malların qiyməti, adlan, miqdan, çeşidi bu Müqavilənin aynlmaz tərkib hissəsi olan əlavələrdə (X1) göstərilir. Əlavələr Tərəflərin imzası və möhürü ilə təsdiqləndikdən sonra qüvvəyə minir. 3.1-ci bəndinə əsasən mallar alıcı tərəfindən sifariş olunduqdan və Satıcı tərəfindən həmin sifariş qəbul edildikdən sonra satıcı alıcıya elektron qaimə təqdim etməli və alıcı sifariş məbləğinin ödənişini mallar alındıqdan sonra 30 təqvim günü müddətində həyata keçirilməlidir. 3.2-ci bəndinə mallann ödənişi alıcı tərəfindən əvvəlcədən satıcının bank hesabına Azərbaycan manatı və köçürmə yolu ilə həyata keçirilməlidir. 3.3-cü bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmalann tutuşdurulması aktı tərtib oluna bilər. 4.2.1-ci bəndinə əsasən alıcı satıcının ona satdığı malları sifariş verib onun dəyərini bu Müqavilənin 3.1-cü bəndində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öz öhdəsinə götürür. 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 9.1-ci bəndinə əsasə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Bu müqavilənin müddətinin bitməsinə 10 gün qaldıqda tərəflərdən biri digərinə Müqavilənin ləğv, əlavə və dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda Müqavilənin müddəti 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. (9 ədəd) malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, "xxxx" (indiki İddiaçı) MMC tərəfindən xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri əhat edən dövrdə müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (ƏDV daxil) 229.243,36 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları təhvil verənin və qəbul edənin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən M1128 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci ilxx.xx.2022-ci il tarixləri əhat edən dövrdə ümumilikdə (ƏDV daxil) 229.243,36 manat dəyərində malların verilməsinə dair (9 ədəd) elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli çıxarışı ilə təsdiq edilir ki, İddiaçı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. 02 may 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixindən bu günədək ümumilikdə 229.243,36 manat məbləğində mallar verilmiş, eyni dövr ərzində Cavabdeh MMC 9.759,85 manat ödəniş etmiş və nəticədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 219.483,51 manat (ƏDV daxil) əsas və gecikdirilmiş günlərə görə 34.955,97 manat olmaqla cəmi 254.439,48 manat borcu vardır. Cavabdeh MMC (direktor Nümayəndə2) İddiaçı MMC-yə müraciət edərək, 13 sentyabr 2022-ci il tarixli M1128 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 219.483,51 manat borc öhdəliyini tam olaraq etiraf etmişlər, qeyd edilən borc məbləğini 10 həftə (2023-cü il) ərzində hər həftə (may ayının 2-ci həftəsi (8-14), may ayının 3-cü hftəsi (15- 21), may ayının 4-cü həftəsi (22-28), iyun ayının 1-ci həftəsi (29 may-4 iyun), iyun ayının 2-ci həftəsi (5-11), iyun ayının 3-cü həftəsi (12-18), iyun ayının 4-cü həftəsi (19-25), iyul ayının 1-ci həftəsi (26 iyun-02 iyul), iyul ayının 2-ci həftəsi (03-09) və iyul ayının 3-cü həftəsi (10-16)) 21.948,35 manat olmaqla cəmi 219.483,50 manat olmaqla ödəyəcəklərini öhdəlik götürmüşlər. Müraciət imzalanmaqla yanaşı Cavabdeh MMC-nin möhürü ilə təsdiq edlmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən cəmi 229.243,36 manat (məbləğə 194.274,06 manat əsas məbləğ və 34.969,3 manat ƏDV daxildir) məbləğində malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdeh MMC-nin tərəfindən 4560 manat əsas borc və 5199,85 manat ƏDV olmaqla cəmi 9.759,85 manat məbləğində ödəniş edildiyindən hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 219.483,50 manat (189624,05 manat əsas məbləğ və 29.769,45 manat ƏDV) təşkil edir. Göstərilən hallar elektron qaimələr, malların təhvil-qəbul aktları, maliyyə arayışı və Cavabdeh MMC-nin borcun etirafı barədə İddiaçı MMC-yə ünvanladığı müraciəti ilə öz təsdiqini tapır. MPM-in: 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 219.483,50 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 219.483,50 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 34.955,97 manat cərimə (dəbbə) məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 10.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 144,44 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 544,44 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən ƏDV daxil 219.483,50 manat (189624,05 manat əsas məbləğ və 29.769,45 manat ƏDV) məbləğində borc, 10.000 manat məbləğində dəbbə pulu, cəmi 229.483,50 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4017/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4017/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver