Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4031/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 20396,62 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 274№-li inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı münasibətlərinin yekununda yekun dövriyyənin və müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçı MMCə 26283,37 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilib və tərəflərin imzası ilə təsdiqlənib. Bundan sonra cavabdeh tərəfindən müəssisəyə ümumilikdə 5886,75 manat ödəniş edilmiş və 20396,62 manat məbləğində qalıq borcu qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. xx.xx.2022-ci il tarixində tərəfimizdən cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdehmüəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 20396,62 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində üzləşdirmə aktı İddiaçı MMC-i ilə "xxxx" MMC arasında olan alqı-satqı müqaviləsi fəaliyyəti ilə əlaqədar yaranan borclar barədə olub və şirkət direktoru kimi üzləşdirmə aktını təsdiqlənmiş və İddiaçı MMC-yə olan borclar tam ödənmişdir. Yuxarıda qeyd edilənlərə sübut olaraq alqı-satqı müqavilələri, qaimə və ödəniş tapşırıqları ərizəyə əlavə edilmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə əlavə olunan sübutlarında da, fiziki şəxs Cavabdeh (VÖEN **********) adına heç bir qaimə yoxdur. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti xx.xx.2020-ci il tarixdə bağlanıb. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 05 sentyabr 2019-cu il tarixdə İddiaçı MMC ilə fiziki şəxs kimi (VÖEN:**********) müqavilə bağlanmış, sonra isə partnyor şirkətin tələbi ilə həmin ildə "xxxx" MMC (VÖEN:**********) yaradılmış və İddiaçı MMC ilə 23 sentyabr 2019cu il tarixdə "xxxx" MMC bağlanmış müqaviləni direktor kimi imzalamış və malların alqısatqısı yalnız "xxxx" MMC ilə bağlı olmuş, elektron qaimələr də məhz həmin hüquqi şəxslə bağlı olmuş, fiziki şəxs kimi (VÖEN:**********) İddiaçı MMC ilə malların alğı-satqısı münasibəti ümumiyyətlə olmamış, 29 mart 2021-ci il tarixli üzləşmə aktından göründüyü kimi profil bəndində tikinti sözündən sonra mötərizədə Agat Group sözünün yazılması, həmin borcun məhz MMC-yə (VÖEN:**********) aid olduğunu, həmin aktı "xxxx" MMC-nin direktoru kimi imzaladığını bildirərək, fiziki şəxs kimi ********** nömrəli VÖEN-lə bağlı tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 274 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 297 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 780518 nömrəli, xx.xx.2020-ci il tarixli EBAL seriyalı 931440 nömrəli, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 368983 nömrəli, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 301082 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı "xxxx" MMC-yə ümumilikdə ƏDV daxil 87247,6 manat məbləğində mallar satmışdır. 24 avqust 2020-ci, 20 may 2020-ci və 18 may 2020-ci il, 30 dekabr 2021-ci il, 31 may 2021-ci il, 05 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC alınan mallara görə İddiaçınə ümumilikdə 73938,64 manat məbləğində pul ödəmişdir. 29 mart 2021-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı debitor borcu 26283,37 manat olmaqla kreditor Cavabdeh göstərilsə də, profil bəndində tikinti sözündən sonra mötərizədə Agat Group sözləri yazılmışdır. Məhkəmə Elektron Sistemindən ********** VÖEN-lə bağlı əldə edilmiş məlumatlardan görünür ki, sözügedən VÖEN xx.xx.2011-ci il tarixdə verilsə də, fəaliiyət müvəqqəti dayandırılmış, hüquqi və faktiki ünvanı ünvan 1nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq edilən sübutlara əsasən hesab edir ki, iddia rədd edilməlidir, belə ki, İddiaçı ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlansa da, sözügedən müqavilə üzrə Cavabdeh malın satılması, təhvil verilməsini əks etdirən sübutlar, həmçinin borcun mövcudluğunu təsdiq edən elektron qaimələr iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi Cavabdeh borcunun olmasını təsdiq edən 29 mart 2021-ci il tarixli üzləşmə aktı ilə bağlı məhkəmə qeyd edir ki, 26283,37 manat borcla bağlı kreditor Cavabdeh göstərilsə də, profil bəndində Agat Group sözlərin yazılması həmin borcun Cavabdeh (VÖEN:**********) deyil, "xxxx" MMC-yə (VÖEN:**********) aid olduğunu göstərir. Göründüyü kimi tələb fiziki şəxs kimi (VÖEN:**********) Cavabdeh qarşı olsa da, İddiaçı MMC Cavabdeh borcunun olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 20396,62 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı 20396,62 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4031/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4031/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver