Məhkəmə qərarları › İş №e-2-2(113)-4033/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4033/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4033/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Hüseynzadə süleyman Şahin oğlunun cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21919,42 manat məbləğində əsas borcun, 11705,18 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 801,73 manat pulun, 210 manat mediasiya haqqı və 4 manat məbləğində dövlət rüsumunun tutularaq,İddiaçıMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişi ilə işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 27 iyul 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-4033/2022 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 26919,42 manat (21919,42 manat əsas borc və 5000 manat məbləğində cərimə borcu) təşkil edir. 1.3. Bu Saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir.

2. Tərəflərin öhdəlikləri: 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir: 2.1.1. xx.xx.2022-ci il tarixində - 12000 (on iki min) manat; 2.1.2. 31 avqust 2022-ci il tarixədək - 14919,42 (on dörd min doqquz yüz on doqquz) manat; 2.2. X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və cavabdeh 2.1.1 ci bənddəki öhdəliyini icra etdikdən sonra. Cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin (iş № e- 2-2(113)-4033/2022) icraatında olan iş üzrə icraata xitam verilməsi və müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1bənddə müəyyən edilmiş tarix) növbəti günü gecikdirilmiş borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərim Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-4033/2022 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 26919,42 manat (21919,42 manat əsas borc və 5000 manat məbləğində cərimə borcu) təşkil edir. 1.3. Bu Saziş imzalandığı/təsdiq edildiyi təqdirdə iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən imtina edir.

2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 2.1.1. xx.xx.2022-ci il tarixində - 12000 (on iki min) manat; 2.1.2. 31 avqust 2022-ci il tarixədək - 14919,42 (on dörd min doqquz yüz on doqquz) manat; 2.2. X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və cavabdeh 2.1.1 ci bənddəki öhdəliyini icra etdikdən sonra. Cavabdeh və iddiaçı Barışıq Sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin (iş № e- 2-2(113)-4033/2022) icraatında olan iş üzrə icraata xitam verilməsi və müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixə kimi tam ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1bənddə müəyyən edilmiş tarix) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərim Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar