Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4034/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdehndən 12 oktyabr 2023-cü il tarixli BM-001-BK saylı alqı-satqı müqaviləsi üzrə 27881,05 (iyirmi yeddi min səkkiz yüz səksən bir manat beş qəpik) manat əsas borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 263,53 (iki yüzaltmış üç manat əlli üç qəpik) manat faiz məbləği, 171,44 (bir yüz yetmiş bir manat qırx dörd qəpik) dövlət rüsumu, cəmi ümumilikdə 28144,58 (iyirmi səkkiz min bir yüz qırx dörd manat əlli səkkiz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:.
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 263,53 (iki yüz altmış üç manat əlli üç qəpik) manat faiz məbləğini, 171,44 (bir yüz yetmiş bir manat qırx dörd qəpik) manat dövlət rüsumunu cavabdehə güzəşt edir.
2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən qismən ödəniş olduğundan bu barışıq sazişi imzalan tarixdə cavabdehin iddiaçıya borcu 13.628 (on üç min altı yüz iyirmi səkkiz) manat təşkil edir.
3. Cavabdeh bu sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 20 gün ərzində ödəyir.
4. Cavabdeh tərəfindən sazişin 2-ci bəndində qeyd edilən məbləğin 3–cü bənddə qedy edilən vaxtda və qaydada ödənilməməsi sazişin icra edilməməsi sayılır və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış aşağıdakı məzmunda olan 15 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 263,53 (iki yüz altmış üç manat əlli üç qəpik) manat faiz məbləğini, 171,44 (bir yüz yetmiş bir manat qırx dörd qəpik) manat dövlət rüsumunu cavabdehə güzəşt edir.
2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən qismən ödəniş olduğundan bu barışıq sazişi imzalan tarixdə cavabdehin iddiaçıya borcu 13.628 (on üç min altı yüz iyirmi səkkiz) manat təşkil edir.
3. Cavabdeh bu sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 20 gün ərzində ödəyir.
4. Cavabdeh tərəfindən sazişin 2-ci bəndində qeyd edilən məbləğin 3–cü bənddə qedy edilən vaxtda və qaydada ödənilməməsi sazişin icra edilməməsi sayılır və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı “bocun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov