Məhkəmə qərarları › İş №e-2-2(113)-405/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-405/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-405/2024 10.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 156RTL-1222ERC saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 156RTL-1222ERC saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, - 32929 manat əsas borcun, - 8.890,83 manat məbləğində dəbbə pulunun, - 11.360,51 manat məbləğində əldən çıxmış fayda məbləğinin, - 205 manat məbləğində mediasiya xərclərinin, - 1600 manat vəkil qonorarı xərcinin, ümumilikdə 54.985,34 manat məbləğində pulun və 50,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə barışıq sazişinin təsdiq edilməsinin MPMin 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 10 yanvar 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı, Cavabdehə qarşı 54.985,34 manat məbləğində borc tələbinin 20.185,34 manat hissəsindən imtina edir.

2. Cavabdeh, İddiaçıya 34800 manat məbləğində borcunun olmasını etiraf edir və həmin borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək, hər ayın birinci iş günü iddiaçının bank hesabına hər ay 2900 manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh aylıq ödənişi 3 iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq iddiaçıya 21000 manat məbləğində dəbbə pulunu ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı, bu Sazişin şərtləri cavabdeh tərəfindən pozulduğu halda qərardadın icrası ilə bağlı icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

5. Bu Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunub, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 156RTL-1222ERC saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 10 yanvar 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. İddiaçı, Cavabdehə qarşı 54.985,34 manat məbləğində borc tələbinin 20.185,34 manat hissəsindən imtina edir.

2. Cavabdeh, İddiaçıya 34800 manat məbləğində borcunun olmasını etiraf edir və həmin borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək, hər ayın birinci iş günü iddiaçının bank hesabına hər ay 2900 manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh aylıq ödənişi 3 iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq iddiaçıya 21000 manat məbləğində dəbbə pulunu ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı, bu Sazişin şərtləri cavabdeh tərəfindən pozulduğu halda qərardadın icrası ilə bağlı icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

5. Bu Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunub, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar