Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-406/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil Nadiq oğlunun iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati inasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x xxxx 2019-cu il tarixli, №H/Ş- 0023/19 saylı “Alqı-satqı” müqaviləsi əsasında yaranmış borca görə 46825,81 manat, müqavilənin pozulması əsasında hesablanmış 166974 manat dəbbə pulu olmaqla ümumilikdə isə 213799,81 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında H/Ş-0023/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı - İddiaçı MMC müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Qaimə-fakturada göstərilən mühərrik/sənaye yağı növündə hazır məhsulları alıcı - Cavabdeh MMC-yə sataraq onun mülkiyyətinə verməyi, sonuncu isə həmin malları qəbul edərək, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin “Qiymət və hesablaşma qaydası” başlıqlı 2ci bölməsində alıcı faktura üzrə qəbul etdiyi malların dəyərini nağd alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 30 iş günü ərzində satıcıya tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, xx xxxx 2019-cu il tarixli №H/Ş-0023/19 saylı müqaviləyə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən xx xxxx 2019-cu il tarixli, № 686084 və № 688543, xx xxxxxx 2019-cu il tarixli, № 939829, xx xxxxxx 2019-cu il tarixli, №050771 saylı elektron qaimələr əsasında alıcıya, elektron-qaimələrdə əks olunmuş mallar satıcı trəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, Cavabdeh MMC № 686084 saylı elektron-qaiməyə əsasən 13068,01 manat, №688543 saylı elektron-qaiməyə əsasən 13438,01 manat, № 939829 saylı elektron-qaiməyə əsasən 8953,73 manat və № 050771 saylı elektronqaiməyə əsasən 11366,06 manat məbləğlərində malın dəyərlərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliyə uyğun olaraq mallar təhvil alndıqdan 30 iş günü müddətində İddiaçı MMC-yə ödəməmişdir. Qeyd edilən elektronqaimələr əsasında yaranmış ümumilikdə 46825,81 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 7-ci bölməsinin 7.2-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin və ya hərəkətin icrasının gecikdirildiyi hər günə görə verilən müvafiq mal partiyası dəyərinin 1 %-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin dəbbə pulu ilə əlaqəli 7.2. maddəsi, eləcə də, ödənişlə əlaqəli digər maddələri nəzərə alınmaqla xx xxxxxx 2020-ci il tarixinədək № 686084 saylı elektron-qaiməyə əsasən 46914 manat, № 688543 saylı elektron-qaiməyə əsasən 48242 manat, № 939829 saylı elektron-qaiməyə əsasən 31696 manat və № 050771 saylı elektron-qaiməyə əsasən 40122 manat dəbbə pulu olmaqla, ümumilikdə 166974 manat dəbbə pulu Cavabdeh MMC tərəfindən İddiaçıMMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbinin əsas borc hissəsi ilə razı olduğunu, cərimə ilə bağlı hissəsini qəbul etmədiyini bildirdi. Mülki iş materiallarında olan: - xx xxxx 2019-cu il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında № H/Ş- 0023/19 saylı “alqı-satqı” müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Qaimə-fakturada göstərilən mühərrik/sənaye yağı növündə hazır məhsulları CavabdehMMC-ə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Qiymət və hesablaşma qaydası” başlıqlı 2-ci bölməsində Alıcı faktura üzrə qəbul etdiyi Malların dəyərini nağd alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə Malın Alıcı tərəfindən öz Anbarında təhvil alındığı andan etibarən 30 iş günü ərzində Satıcıya tam ödəməyi öz öhdəsinə götürmüşdür. - xx xxxx 2019-cu il tarixli EAAX seriyalı, № 686084 elekron qaiməyə əsasən 13068,01 manat dəyərində, xx xxxx 2019-cu il tarixli, EAAX seriyalı, № 688543 elektron qaiməyə əsasən 13343,01 manat dəyərinə mal, xx xxxxxx 2019-cu il tarixli, EAAX seriyalı, №939829 elektron qaiməyə əsasən 8953,73 manat dəyərində mal, eləcə də, xx xxxxxx 2019-cu il tarixli, EAAY seriyalı № 050771 saylı elektron qaiməyə əsasən 11366,06 manat dəyərində mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtləri ilə bağlı 2.2-ci bəndinə əsasən ödəniş alıcı faktura üzrə qəbul etdiyi malların dəyərini nağd alı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andab etibarən 30 iş günü ərzində satıcıya tam ödənilməsini təmin edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 46825,81 manat əsas borca 166974 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 166974 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 46825,81 manat məbləğində əsas borc, 1000 manat cərimə olmaqla ümumilikdə 47825,81 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı” Məhdud Məsuliyyəli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 6 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı” Məhdud Məsuliyyəli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-406/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-406/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver