Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-407/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3238,5 manat borc və 52,38 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AVE2***-******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişi əsasında “Mallar”ı “Alıcı”ya satır, “Alıcı”ya satır, “Alıcı”isə “Mallar”ın dəyərini bu Müqaviləyə uyğun şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.6-cı maddəsinə əsasən, ödəniş “Satıcı” tərəfindən “Mallar”ın “Alıcı”ya hər bir qaimə-faktura və ya qol qaiməsi və ya təhvil-təslim aktı (və ya elektron qaimə-faktura) əsasında, təqdim edildiyi gündən, “Alıcı” tərəfindən gecikmələrə yol verilmədən 20 təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənilməlidir. Müqavilənin 3.9-cu maddəsinə əsasən, “Alıcı” vurduğu ziyana və əldən çıxmış faydaya görə bu müqavilənin həcmində məsuliyyət daşıyır. Müqavilənin 4.4.1-ci bəndində Alıcının vəzifəsi qismində malları qəbul edib əvəzində bu Müqavilənin şərtlərinə uyğun olaraq müəyyənləşdirilmiş müddətdə pul məbləğini (qiyməti) ödəmək göstərilmişdir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən, tərəflərdən biri digər tərəfə 30 təqvim günü əvvəlcədən yazılı bildiriş göndərməklə Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə xitam verilməsi və ya Müqavilənin müddətinin bitməsi Tərəfləri icra edilməmiş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunan edilən alqı- satqı müqaviləsinə əsasən, cavabdehin sifarişləri üzrə ona göstərilən məbləğlərdə elektron -qaimələr üzrə mallar satılmışdır: EBCD 108363 nömrəli, xx.xx.2022-ci il tarixli elekron qaiməyə əsasən 198,64 AZN, EBCD 256510 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 101,19 AZN, EBCG 256514 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 182,62 AZN, EBCL 256516 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 84,94 AZN, EBCL 729691 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 97,14 AZN, EBCL 141335 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1995,36 AZN, EBCO 387301 nömrəli, xx.xx.2023- cü il tarixlielektron qaiməyə əsasən 347,50 AZN, EBDA 967254 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 148,62 AZN, EBDA 967256 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 31,20 AZN, EBDC 967262 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 19,20 AZN, EBDC 409787 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 93,11 AZN. Beləliklə, Cəmiyyət tərəfindən cavabdehə ümumilikdə 3299,52 AZN dəyərində mal satılmışdır. Cəmiyyətin balansına bank çıxarışlarına uyğun olaraq ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 61,02 AZN ödəniş həyata keçirilmişdir. Beləliklə, qeyd olunanlara əsasən, tərəflər arasındakı alğı-satqı əməliyyatları üzrə Cavabdeh Cəmiyyətə 3238,50 AZN borcu qalmışdır. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 175 manat borc və 52,38 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 425.1, 427.1, 442, 443.1, 443.2, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli geri qaytarılma fakturaları əsasında qaytarılan malları borc məbləğindən silərək iddia tələbinin azaldılması barədə ərizə vermişlər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianın təmin olunmasına etiraz etməyərək bildirmişdir ki, o, 175,18 manat borcu da ödəmiş, lakin ödəniş qəbzini itirdiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ASC “Satıcı”, Cavabdeh “Alıcı” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli, AVE2***-******* nömrəli alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında “Mallar”ı (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya satır, “Alıcı” isə “Mallar”ın dəyərini bu Müqaviləyə uyğun şərtlərlə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Təchiz olunmuş “Mallar”la aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə “Tərəflər”in hər birinin tələbi ilə “Üzləşmə Aktı” tərtib oluna bilər. “Mallar”ın adları, çeşidinə müvafiq olaraq standart qiymətləri təhvil-təslim aktlarında və ya qaimə fakturalarda və ya yol qaimələrində göstərilir. Elektron qaimələrdən, satış və geri qayatarılma fakturalarından görünür ki, Cavabdeh aldığı məhsulları müxtəlif tarixlərdə iddiaçıya akt üzrə geri qaytarmış, məhsullar isə iddiaçı tərəfindən təhvil alınaraq borc məbləğindən silinmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/266/2025 nömrəli ekspert rəyi ilə İddiaçı ASC və Cavabdeh adlarından olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktın aşağı hissəsində “Müştəri” hissəsindəki imza və “Cavabdeh” yazıları - İSMAYİLOVA KÖNÜL ABİD qızı tərəfindən icra olunduğu müəyyən edilmişdir(ekspertiza xərci 100 manat). xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 52,38 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliyini icra edərək, müvafiq həcmdə malı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdeh müxtəlif tarixlərdə borcunun bir qismini ödəmiş, eyni zamanda qəbul edilən malların bir qismini iddiaçıya geri qaytarmış, sonda isə iddiaçıya 175,18 manat borcunun olduğunu qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan sübutlar, eləcə də cavabdehin izahatında borcu qəbul etməsi iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, borcunu qəbul etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 175,18 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddiaçının iddia tələbinin azaldıması barədə ərizəsi təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 52,38 manat məbləğində dövlət rüsumunun 30 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 175 (yüz yetmiş beş) manat 18 (on səkkiz) qəpik borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-407/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-407/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver