Məhkəmə qərarları › İş №e-2-2(113)-4078/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4078/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4078/2022 06.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “1ST Construction" MMC-dən 66777 manat borcun, 26522,53 manat cərimənin, 160 manat vəkil xərcinin, cəmi 93459,53 manat məbləğində pulun birdəfəlik tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “1ST Construction" MMC arasında 14 yanvar 2020-ci il tarixli 2020/ASM/011 nömrəli “sementin alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Sözügedən müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 66777 manat əsas borc və 26522,53 manat cərimə, ümumilikdə 93299,53 manat məbləğində pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 yanvar 2020-ci il tarixli 2020/ASM/011 nömrəli İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC məhsulları alıcıya satır və çatdırır, Cavabdeh MMC isə həmin məhsulları qəbul edib onun dəyərini İddiaçı ASC-yə ödəyir. Ödəniş gecikdirildiyi halda İddiaçı ASC gecikdirilən hər bir gün üçün əsas borcun 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 221460 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 268077 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 912968 nömrəli və xx.xx.2020-ci il tarixli EBAK seriyalı 541009 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı ASC müqavilə üzrə müəyyən edilmiş malları “1ST Construction" MMC-yə satmışdır. 01 iyun 2021-ci il tarixli İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC arasında bağlanan borcun etirafı və ödənilməsinə dair sazişdən görünür ki, “1ST Construction" MMC müqavilə üzrə yaranmış ƏDV daxil 119876,35 manat məbləğində borcunu etiraf etməklə qeyd olunan məbləğlərin tam ödənilməsini öhdəsini götürür. OD6 nömrəli ödəniş tapdırğından görünür ki, İddiaçı ASC 160 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərci “İsmayılbəyli və partnyorları” vəkil bürosuna ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir. Məhkəmə qeyd olunları nəzərə alaraq hesab edir ki, iddia 66777 manat əsas borc və 160 manat vəkil xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2223 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “1ST Construction" MMC-dən 66777 manat əsas borc, 2223 manat cərimə və 160 manat vəkil xərci cəmi 69160 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “1ST Construction" MMC-dən 66777 manat əsas borc, 2223 manat cərimə və 160 manat vəkil xərci cəmi 69160 manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar