Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-408/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs “Günay Sığorta” sığorta şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "S.A.N.İ Kəndlı̇ Fermer Təsərrüfatı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (Paşa Sığorta ASC, Günay Sığorta ASC və LPO Beynəlxalq Sığorta ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi kimi 14729,37 manat nəğd pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat ümumilikdə 14759,37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı (Paşa Sığorta ASC, Günay Sığorta ASC və LPO Beynəlxalq Sığorta ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi kimi 14729,37 manat nəğd pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat ümumilikdə 14759,37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "S.A.N.İ Kəndlı̇ Fermer Təsərrüfatı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (Paşa Sığorta ASC, Günay Sığorta ASC və LPO Beynəlxalq Sığorta ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi kimi 14729,37 manat nəğd pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat ümumilikdə 14759,37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-408/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-408/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver