Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4088/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cu il tarixli, 207-BYİ-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən yaramış 3519.99 (üç min beş yüz on doqquz, 99) AZN əsas borcun, 1506,66 (min beş yüz altı, 66) AZN cərimə məbləğinin, 71 AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə bizim aramızda 03 iyul 2023-cu il tarixli, 207-BYİ-CEC/23 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (əlavə 1,əlavə 2 və sair.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə və müqavilənin əlavələrinə (Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktlara) əsasən Cavabdehcəmiyyətimizə 18% ƏDV daxil3519.99 (üç min beş yüz on doqquz,99) AZNməbləğində qalıq borcu qalmışdır . Sözügedən borcun ödənilməsi ilə bağlı qarşı tərəfə hər bir əlavə üzrə elektron qaimələr təqdim edilmişdir. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini hesab-faktura təqdim olunduqdan sonra köçürmə yolu ilə 5 (beş) bank günü ərzində Satıcıya ödəməlidir. Lakin cavabdeh qeyd olunan 3519.99 (üç min beş yüz on doqquz,99) AZNməbləğində qalıq borcu e-qaimə təqdim edilməsinə baxmayaraq bugünkü günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh bu müqavilə üzrə əsas borcu toplamda 3519.99 (üç min beş yüz on doqquz, 99) AZN (ƏDV daxil) təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə də borcun mövcudluğu sübut edilmişdir. Bundan əlavə 03 iyul 2023-cü il tarixli müqavilənin 4.1.3-cü maddəsinə əsasən Əgər Alıcıya hesab-faktura təqdim edildikdən sonra mallar üzrə ödəniş ləngiyərsə Alıcı hər ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Bu əsas üzrə cavabdehin müəssisəmizə əlavə olaraq 1506,66 (min beş yüz altı, 66) AZN cərimə borcu da yaranmışdır. Borclu şəxsin öz borcunu və cərimə məbləğini ödəməsi üçün xx.xx.2025-ci il tarixli pretenziya məktubu da elektron kargüzarlıq qaydasında göndərilmişdir. II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi:
4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
5. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 207-BYİ-CEC/23 saylı alqı satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “Əlavə”, malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. - 4.1.1-ci bəndinə əsasən alıcı Müqaviləyə əsasən vaxtında ödəniş etməlidir. - 4.1.3 -cü bəndinə əsasən əgər “Alıcı”ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möjürü ilə təsdiq edilmişdir.
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 207-BYİ-CEC/23 saylı alqı satqı müqaviləsinə 02 saylı Əlavə olan Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli akta əsasən göstərilən müqavilənin şərtlərinə əsasən sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında aşağıdakı cədvəldə göstərilmiş mallar Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 2983.05 manat əsas,536.95 manat ƏDV olmaqla ümumimilikdə 3520 manat borcu var.
8. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli Qarşılıqlı Hesablaşmalar haqqında akta əsasən həmin tarixə cavabdehin iddiaçıya ƏDV daxil 3519.98 manat borcu var. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə EBDL 584561 nömrəli xx.xx.2023-cü il tarixli 3519.99 manat məbləğində elektron qaimə göndərilmişdir.
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 03 iyul 2023-cu il tarixli, 207-BYİ-CEC/23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müəssisənin istehsal etdiyi malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı ASC-yə olan borcu 3519.99 manat təşkil edir.
13. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 3519.99 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3519.99 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
14. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1506.66 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
15. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
16. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 175 manat məbləğində müəyyən edilməlidir.
17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 71 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
18. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 56.94 manat təşkil edir.
19. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3519.99 manat əsas borc məbləği, 175 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 56.94 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X4