Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4102/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, hesab-faktura, köçürmə ərizəsi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı müqaviləyə əsasən, iddiaçının cavabdehin bank hesabına köçürdüyü 1.692.468,00 rubl, ödənişə görə bank xərci 5077,4 rubl olmaqla, ümumilikdə 1.697.546 rubl vəsaitin həmin günün, yəni xx.xx.2023-cü il tarixinin məzənnəsinə (1 rubl=0,0235 azn) uyğun olaraq 39.892,00 manat etdiyini nəzərə alaraq, əsas borc üzrə həmin məbləğin və iddiaçının məhkəməyə müraciət üçün ödədiyi 210 manat məbləğdə dövlət rüsumunun (mediasiya xərci daxil), ümumilikdə 40.102,0 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Rusiya Federasiyasında fəaliyyət göstərən cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 fevral 2023-cü il tarixli HM 1568 nömrəli Müqaviləyə əsasən Cavabdeh Müqaviləyə Əlavələrdə razılaşdırılacaq miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları Cavabdehə satmağı, iddiaçı isə öz növbəsində satılan Malları almağı və onların dəyərini əvvəlcədən ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin 1 №-li “Əcəmi” filialına xx.xx.2023-cü il tarixində gedərək 39.892,33 manat məbləği həmin filialda olan RUB hesabına mədaxil etmək üçün təqdim etmişdir. Günün məzənnəsinə uyğun olaraq (1 rubl - 0,0235 manat) bank konvertasiya etmiş və 1.697.546 rubl vəsaiti iddiaçının bankda olan hesabına mədaxil etmiş, daha sonra 52835 nömrəli köçürmə ərizəsinə uyğun olaraq Cavabdehin “АО TİNXKOF BANK"da olan hesabı xx.xx.2023-cü il tarixində 1.692.468,00 rubl vəsaiti köçürmüşdür, bununla da iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. İddiaçı 1.692.468,00 rubl vəsaiti Cavabdehə ödəsə də, cavabdeh malların iddiaçıya çatdırması ilə bağlı öhdəliyini icra etməmiş, ödənişə görə bank xərci isə 5077,4 rubl olmuşdur. İddiaçının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq Cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün İddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli məzənnəyə əsasən ümumilikdə 39.892,00 İddiaçını maddi ziyana məruz qoymuşdur. Baş vermiş halın hüquqi aspektləri barədə bildirir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 2267 nömrəli hesab-fakturada qeyd edilmiş kod **********, rafinə edilmiş dezodorasiya olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129-2013, “Blaqoyar” TM, PET 5 litr, 1344 ədəd, ədəd qiyməti 373 rubl olmaqla ümumilikdə 501.312,00 rubl, kod **********, rafinə edilmiş dezodorasiya olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129-2013, “Çistoye Zoloto” TM, PET 5 litr, 1536 ədəd, ədəd qiyməti 373 rubl olmaqla ümumilikdə 572.928,00 rubl, kod **********, rafinə edilmiş dezodorasiy olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129-2013, "Kubanskoye Zoloto" TM, PET 5 litr, 1536 ədəd, ədəd qiyməti 373 rubl olmaql ümumilikdə 572.928,00 rubl dəyərində qida məhsullarını İddiaçıya göndərməli, çatdırılma dəyəri bir dəfəyə olmaqla 45.300,00 rubl nəzərdə tutulmuşdur. Qiymətlər həmin günün məzənnəsinə uyğun olaraq, razılaşdırılmışdır.Tərəflər arasında bağlanmış Müqavilənin 5.3-cü maddəsinə əsasən, dəyəri ödənilmiş məhsul partiyasının tədarük müddəti əvvəlcədən ödənişin daxil olması anından 7 təqvim günüdür. Müqavilənin 6.1.4-cü maddəsinə əsasən məhsul tədarük edilmədiyi halda, tədarükçü alıcınır tələbi ilə geri qaytarılma tələbinin yarandığı andan 7 təqvim günü ərzində daxil olmuş pul vəsaitinin 100 % geri qaytarılmasını həyata keçirir. Ödəniş xx.xx.2023-cü il tarixində həyata keçirilmiş, lakin bugünədək Cavabdeh pulu geri ödəməmiş və malın göndərilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 9.2-ci bəndinə əsasən fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll edilmədiyi halda bütün yaranan mübahisələr iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmədə həll edilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bir tərəfdən bundan sonra “tədarükçü” adlandırılacaq "xxxx" MMC ilə bir tərəfdən sonra “alıcı” adlandırılacaq X3 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli, HM 1568 nömrəli müqaviləyə əsasən tədarükçü müqavilə şərtlərinə uyğun əla növ rafinə edlmiş dezodorasiya olunmuş günəbaxan yağını üçüncü şəxslərin hüquqlarından azad şəkildə razılaşdırılmış çeşiddə və miqdarda alıcının mülkiyyətinə verməli , alıcı isə malı hesablarda, hesab-fakturalarda, qaimələrdə (TORQ-12 forması) və bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalarda, eləcə də müqavilə öhdəliklərinin yerinə yetirilməsi haqqında hesabat sənədində göstərilmiş adda, miqdarda, qablaşdırmada, qiymətlə və müddətdə lazımı şəkildə təhvil almalıvə dəyərini ödəməlidir. 2.1. Malın keyfiyyəti qüvvədə RF QOST 1129-2013 standartlarına uyğundur. 2.2. Malın alıcıya təhvil verilməsi anına malın qalıq yararlılıq müddəti malın ümumi yararlılıq müddətinin ən azı 95 %-ni təşkil etməlidir. 3.1. Malın miqdarı və qiyməti hesablarda, hesab-fakturalarda, qaimələrdə (TORQ-12) forması və bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalarda, eləcə də müqavilə öhdəliklərinin yerinə yetirilməsi haqqında hesabat sənədlərində göstərilir. 3.2. Hesab üzrə mala ödəniş alıcının tədarük olunan malın qiyməti və nomenklaturası ilə razılığı deməkdir. 3.3.Müqavilənin ümumi dəyəri ƏDV nəzərə alınmadan 1692468.00 Rusiya rublu təşkil edir. 4.1.Bu müqavilə üzrə ödəniş pul vəsaitinin tədarükçünün hesablaşma hesabına nağdsız köçürülməsi yolu ilə 100% əvvəlcədən ödəniş qaydasında həyata keçirilir. 4.2. Ödəniş tarixi pul vəsaitinin tədarükçünün hesablaşma hesabına daxil olduğu gün hesab edilir. 4.3. Müqavilənin valyutası –Rusiya rubludur. 5.1. Malın tədarük şərtləri-alıcının anbarı: Azərbaycan, Bakı şəhəri şərtləri ilə tədarük edilir. Malın tədarükü qüvvədə olan qanunvericiliyin tələblərinə və ya bu müqavilənin tələblərinə uyğun qablaşdırmada həyata keçirilir. 5.2.Malın alınması tarixi alıcı tərəfindən CMR qaimədə və qaimədə göstərilmiş tarix hesab edilir. Malların tədarükü sifarişlər daxil olduqca partiyalarla həyata keçirilir. Tərəflər göndərilmiş mala dair müşayiətedici nəqliyyat sənədində göstərilmiş mal miqdarını partiya hesab edirlər. 5.3. Dəyəri ödənilmiş məhsul partiyasının tədarük müddəti əvvəlcədən ödənişin daxil olması anından 7 təqvim günüdür. 5.4. Tərəflər razıdırlar ki, bu müqavilənin şərtləri ilə münasibətdə (ona zidd olmayan hissəsində) İNKOTERMS-2010 standartları tətbiq ediləcək. 9.2 Fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll edilmədiyi halda bütün yaranan mübahisələr iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmədə həll edilir
8. xx.xx.2023-cü il tarixli, HM 1568 nömrəli müqaviləyə əsasən təqdim edlmiş 16 fevral 2023-cü il tarixli, 2267 nömrəli hesab-fakturaya əsasən "xxxx" MMC tərəfindən X2 1344 ədəd rafinə edilmiş dezodorasiya olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129-2013, “Blaqoyar” TM, PET 5 litr, ədəd qiyməti 373 rubl olmaqla ümumilikdə 501.312,00 rubl, 1536 ədəd rafinə edilmiş dezodorasiya olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129- 2013, “Çistoye Zoloto” TM, PET 5 litr, ədəd qiyməti 373 rubl olmaqla ümumilikdə 572.928,00 rubl, 1536 ədəd rafinə edilmiş dezodorasiy olunmuş günəbaxan yağı, əla növ, ГОСТ 1129-2013, "Kubanskoye Zoloto" TM, PET 5 litr, ədəd qiyməti 373 rubl olmaql ümumilikdə 572.928,00 rubl dəyərində qida məhsulları göndərməlidir. Çatdırılma dəyəri bir dəfəyə olmaqla 45.300,00 rubl nəzərdə tutulmuşdur. 9.xx.xx.2023-cü il tarixli, 52835 nömrəli köçürmə ərizəsinə əsasən X3 tərəfindən "xxxx" MMC-nin hesabına ******* Rusiya rublu məbləğində pul köçürülmüşdür.
10. X3 tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 30 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, ******* Rusiya rublu məbləğində pulun geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 11.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HM 1568 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqısatqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. AR MPM-in 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 3.2. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 17.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 24.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 06 fevral 2023-cü il tarixində HM 1568 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh „Komfortnıy dom“ MMC müqaviləyə əlavədə göstərilən malları iddiaçıya satmağı, iddiaçı isə bunun müqabilində malların dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra edərək ******* rubl, ödənişə görə bank xərci 5077.4 rubl olmaqla, ümumilikdə ******* rubl məbləğində pulu ( ödəniş tarixinin, yəni xx.xx.2023-cü il tarixin məzənnəsinə əsasən (1 rubl=0,0235 AZN) 39892 manat) cavabdehin hesabına köçürmüş, lakin cavabdeh öz vəzifələrini icra etməyərək, müqavilə üzrə malları iddiaçıya göndərməmiş, eyni zamanda iddiaçının xəbərdarlıqlarına baxmayaraq məbləği geri qaytarmamışdır.
26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən ******* rubl (39892 manat) məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir.
27. AR Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
28. İddiaçı eyni zamanda 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
29. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 209.68 manat təşkil edir. 30.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 31.İş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir 32.Digər tərəfdən AR MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl 33.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
34. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 36.Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” 37.AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 38.MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
39. İş üzrə iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən tərəflər arasındakı müqaviləyə əsasən, iddiaçının cavabdehin bank hesabına köçürdüyü 1.692.468,00 (bir milyon altı yüz doxsan iki min dörd yüz altmış səkkiz) rubl, ödənişə görə bank xərci 5077,4 rubl olmaqla, ümumilikdə 1.697.546 (bir milyon altı yüz doxsan yeddi min beş yüz qırx altı) rubl vəsaitin həmin günün, yəni xx.xx.2023-cü il tarixinin məzənnəsinə (1 rubl=0,0235 azn) uyğun olaraq 39.892 (otuz doqquz min səkkiz yüz doxsan iki) manat məbləğində pulun və 210 (iki yüz on) manat məbləğdə dövlət rüsumunun (mediasiya xərci daxil), ümumilikdə 40.102 (qırx min yüz iki) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Hakim İlham Əhmədov