Məhkəmə qərarları › İş №e-2-2(113)-4104/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4104/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4104/2023 05.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Ankara Agrera Üretim Makina ve Ekipmanları LTD ŞTİ-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ankara Agrera Üretim Makina ve Ekipmanları LTD ŞTİ Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140539.62 ABŞ dolları məbləğini, ona hesablanmış 5270 ABŞ dolları faiz, 2810 ABŞ dolları əlavə xərc olmaqla, cəmi 148,619.62 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 sentyabr 2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi və barışıq sazişinin təsdiqlənməsi barədə ərizə təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış, hər iki tərəfin nümayəndəsi və vəkili tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq edilmiş 04 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərardad elan olunduğu gündən 4 (dörd) ay müddətində, tərəflər arasında əsas borc üzrə qalmış 98.737 (doxsan səkkiz min yeddi yüz otuz yeddi) ABS dollar məbləğinin iddiaçı X1 Makina ve Ekipmanlan Ltd. Şti şirkətinin bank hesabına ödənilməsini cavabdeh "xxxx" MMC öz öhdəsinə götürür.

2. Ödənişlər dörd hissədə aparılmaqla ilk 25.000 ABŞ dollar məbləğinin ödənişi son olaraq xx.xx.2023-cü il tarixədək,borcun yerdə qalan 73.737 ABŞ dollan üç bərabər (24579 ABŞ dollar olmaqla) hissələrlə və hər bir hissəsi sonrakı ayın 25-dən gec olmayaraq ödənilməsini təmin ediləcəyini cavabdeh "xxxx" MMC öhdəlinə götürür. Ödənişlər müəyyən edilmiş müddətdə həyata keçirilmədiyi təqdirdə, iddia ərizəsində hesablanmış 5.270 ABŞ dollar faiz və 2810 ABŞ dollar əlavə xərclər tələb olunacaqdır.

3. İddiaçı X1 Makina ve Ekipmanlan Ltd. Şti şirkəti hazırkı iddia tələbindən imtina edir və hazırkı iddia ilə bağlı gələcəkdə tələb irəli sürməyəcəyini öhdələrinə götürür.

4. Tərəflər hazırki razılaşmanın şərtlərinin onların hüquqlarını pozmadığım təsdiq edir.

5. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

7. Barışıq sazişi eyni hüquqa malik olmaqla üç nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. AR MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ankara Agrera Üretim Makina ve Ekipmanları LTD ŞTİ-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərardad elan olunduğu gündən 4 (dörd) ay müddətində, tərəflər arasında əsas borc üzrə qalmış 98.737 (doxsan səkkiz min yeddi yüz otuz yeddi) ABS dollar məbləğinin iddiaçı X1 Makina ve Ekipmanlan Ltd. Şti şirkətinin bank hesabına ödənilməsini cavabdeh "xxxx" MMC öz öhdəsinə götürür.

2. Ödənişlər dörd hissədə aparılmaqla ilk 25.000 ABŞ dollar məbləğinin ödənişi son olaraq xx.xx.2023-cü il tarixədək,borcun yerdə qalan 73.737 ABŞ dollan üç bərabər (24579 ABŞ dollar olmaqla) hissələrlə və hər bir hissəsi sonrakı ayın 25-dən gec olmayaraq ödənilməsini təmin ediləcəyini cavabdeh "xxxx" MMC öhdəlinə götürür. Ödənişlər müəyyən edilmiş müddətdə həyata keçirilmədiyi təqdirdə, iddia ərizəsində hesablanmış 5.270 ABŞ dollar faiz və 2810 ABŞ dollar əlavə xərclər tələb olunacaqdır.

3. İddiaçı X1 Makina ve Ekipmanlan Ltd. Şti şirkəti hazırkı iddia tələbindən imtina edir və hazırkı iddia ilə bağlı gələcəkdə tələb irəli sürməyəcəyini öhdələrinə götürür.

4. Tərəflər hazırki razılaşmanın şərtlərinin onların hüquqlarını pozmadığım təsdiq edir.

5. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

8. Barışıq sazişi eyni hüquqa malik olmaqla üç nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar