Məhkəmə qərarları › İş №e-2-2(113)-4117/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4117/2024

24.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4117/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) X4 Rövşən qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Maraqlı şəxs və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) övlət büdcəsinə olan ümumilikdə 106186,49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, dövlət büdcəsinə 106186,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 42695,31 manat, faizlər üzrə 20408,08 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 33120,01 manat) , İşsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 106186,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********103600, xx.xx.2023-cü il tarixli **********705400, xx.xx.2020-ci il tarixli **********984500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Ərizəçinin vəkili ərizəyə etiraz edərək,ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə 2022-ci il 13 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022ci il 22 iyul tarixli, e-2-2(l 13)-3985/2022 saylı qətnaməsi ilə ərizə təmin edilərək, maraqlı şəxsin ölkədən getmək hüququnun dövlət büdcəsinə olan ümumilikdə 611.422,51 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.263,05 manat, İşsizlikdən sığorta fonduna olan 256,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 21 manat məbləğində borc tam ödənilənədək məhdudlaşdırılması qət edilmişdir.Maraqlı şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 2-2(103)-910/2022 saylı qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə ərizədə maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxslərin ümumilikdə 613.942,69 manat borcu olduğu göstərilmiş və məhz bu əsasla onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ona uyğun ərizəçi tərəfindən qəbul edilmiş yeni qərarla isə təsdiq olunur ki, artıq həmin borc mövcud deyildir.Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası adından Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin 15 noyabr tarixli, 2-2(103)- 910/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bundan başqa, eyni məsələ ilə bağlı dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru tərəfindən Bakı şəhəri Xətai rayon məhkəməsinə cavabdeh Maraqlı şəxs barəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması ilə bağlı müraciət etmişdir.Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, №1(011)-18/2022 saylı hökmün də qeyd olunmuşdur ki, Maraqlı şəxs istintaq orqanın qeyri- müəyyən olan sübutları və mülahizələri əsasında ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi sənədlər, mütəxəssis rəyi əsasında ekspertizalar keçirilmiş və rəylər verildikdən sonra tərəflər əlavə sübut təqdim edilməsinə dair vəsatətlərinin olmadığını məhkəməyə bildirmişlər. Bu səbəbdən məhkəmə mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 9/8078 saylı və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli ekspert rəylərini daha mötəbər sübut kimi qəbul edir və Maraqlı şəxs 33.120,01 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməli olduğunu müəyyən edir. Hökmdə göstərilir ki, ödəniş tapşırıqlarına əsasən "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs tərəfindən 30000,0 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilmişdir. Belə olan təqdirdə Maraqlı şəxs dövlət orqanlarına heç bir borcu yoxdur.Mülki iddia tam əsassız olduğundan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundov tərəfindən xx.xx.2022-ci il tarixli, №1(011)-18/2022 saylı hökmə əsasən, Maraqlı şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmişdir.Daha sonra hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə əsasən işə baxan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə oğlundan ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci ilin qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.Göründüyü kimi qüvvəyə minmiş məhkəmə qərarlarına görə də Maraqlı şəxs qeyd olunan vəsaiti dövlət qurumuna ödəmiş, heç bir borcu qalmamışdır. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

5. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Maraqlı şəxsin vəkili məhkəmə iclasında etiraz ərizəsinə uyğun olaraq izahat verdi və ərizənin təmin olunmamasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, maraqlı şəxsin hazırda fəaliyyət göstərməməsinə baxmayaraq, ona əsassız olaraq vergi borcu hesablanır.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

9. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

10. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

11. Hüquqi şəxs haqqında məlumata əsasən "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdir.

12. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 106506,61 manat borcu var.

13. Məhkəmə maraqlı şəxsin etiraz ərizəsinin dəlilləri ilə bağlı qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla (şəxsi hesab vərəqəsi, şəxsin vergi borcu barədə məlumat) müəyyən edilmişdir ki, maraqlı şəxsin hal hazırda vergi borcu mövcuddur.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

15. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 106186,49 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

21. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan ümumilikdə 106186,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün xx.xx.1976-cı il tarixdə Maxaçkala şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi,ev 10, mənzil 7 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar