Məhkəmə qərarları › İş №e-2-2(113)-4121/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4121/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4121/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MMC-yə, Cavabdeh5 oğuluna və Cavabdeh6 qarşı “müqavilənin ləğv eilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq predmetlərinin qaytarılması ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MMC-yə, Cavabdeh5 oğuluna və Cavabdeh6 qarşı “müqavilənin ləğv eilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/ "xxxx" QSC və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022 tarixli, LM№5xx-xx-2022 saylı daxili maliyyə lizinqi müqaviləsi, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-01 saylı əlavə, xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-02 saylı əlavə və xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-03 saylı əlavə ləğv edilməsi, Lizinq müqavilələri üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 61,200 (altmış bir min iki yüz) manat məbləğində borc Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Hüseynov MüşJiq Vəkil oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, "xxxx" QSC tərəfindən ödənilmiş cəmi AZN273.60 (iki yüz yetmiş üç min manat 60 qəpik) dövlət rüsumu Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Hüseynov MüşJiq Vəkil oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, lizinq obyekti olan 77JE242 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV6KAD33977 1419F089135 və 77JE252 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV8KAD33978 1419F088644, 99JO493 dövlət qeydiyyat nömrəli HOWO ZZ3327N3847E Özüboşaldan yük avtomobili ZZ5DMND7MN896383 **********07 Cavabdeh4 MMC tərəfindən işlək vəziyyətdə iddiaçı "xxxx" QSC-yə geri qaytarılsını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022 tarixli, LM№5xx-xx-2022 saylı daxili maliyyə lizinqi müqaviləsinə, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-01 saylı əlavəyə, xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-02 saylı əlavəyə və xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-03 saylı əlavəyə (bundan sonra “lizinq müqaviləsi) əsasən Cavabdeh4 MMC öhdəliklərini lazımi qaydada icra etmir. Belə ki, Lizinq müqaviləsi üzrə aşağıda qeyd olunan lizinq obyektləri Cavabdeh4 MMC-nin istifadəsindədir: lizinq obyekti olan 77JE242 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV6KAD33977 1419F089135 və 77JE252 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV8KAD33978 1419F088644, Lakin Cavabdeh4 MMC qeyd edilən Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərini həyata keçirmir. Belə ki, Cavabdeh4 MMC-nin qeyd edilən əqdlər üzrə borcu 61,200 (altmış bir min iki yüz) manat təşkil edir. Lizinq müqaviləsinin 17.1.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 17.4-cü maddəsinə əsasən, Lizinq alan lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2-ci maddələrinə əsasən qaytarılması barədə Lizinq verənin tələbini aldıqda, Lizinq verənin seçimi ilə lizinq obyektini Lizinq alanın faktiki olduğu yerdə dərhal Lizinq verənin nümayəndələrinə qaytarmalı və yaxud tələbin alındığı andan 3 gün ərzində, əgər Lizinq verənin tələbində başqa ünvan göstərilməyibsə, Lizinq verənin ünvanına öz vəsaiti hesabına çatdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermişicra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəKlərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəKlərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. TərəKlərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2- ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təkliKindən digər tərəKin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəlisürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.1. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. Lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. "xxxx" QSC ilə Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh5 oğlu və Hüseynov MüşKiq Vəkil oğlu arasında bağlanmış xx.xx.2022 tarixli, ZM№5xx-xx-2022-01 saylı, Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 oğlu arasında bağlanmış xx.xx.2022 tarixli, ZM№5xx-xx-2022-02 saylı və Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 oğlu arasında bağlanmış xx.xx.2022 tarixli, ZM№593-08- 2022-03 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh5 oğlu və Hüseynov MüşKiq Vəkil oğlu xx.xx.2022 tarixli, LM№5xx-xx-2022-01 saylı əlavə, Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 oğlu LM№5xx-xx-2022-02 və LM№5xx-xx-2022-03 saylı əlavələr üzrə Lizinq alanın öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə "xxxx" QSC qarşısında məsuliyyət daşıyırlar. lizinq müqaviləsinin 20.7.-ci bəndində müəyyən edilmişdir ki, tərəKlər arasında mübahisələr üzrə məhkəmə icraatı lizinqverənin olduğu yer üzrə məhkəmədə aparılacaqdır. Həmçinin, mübahisə predmeti olan zaminlik müqaviləsinin 8.2.-ci bəndində müəyyən edilmişdir ki, tərəKlər arasında mübahisələr üzrə məhkəmə icraatı lizinqverənin olduğu yer üzrə məhkəmədə aparılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2.-ci maddəsinə əsasən, tərəKlər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.3.-cümaddəsinə əsasən, saziş tərəKlər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Beləliklə, iş üzrə tərəflər mübahisə üzrə ərazi aidiyyatının dəyişdirilməsi üzrə razılığa gəlmişlər. Lizinq müqaviləsi üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən lizinq işi üzrə Lizinq alana və Zaminə şifahi və yazılı “Pretenziya və əqdlərin ləğv edilməsinə dair təklif” məktub göndərilməklə onlara lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəliklər xatırladılmış və lizinq müqaviləsi üzrə mövcud borcun üç gün ərzində ödənilməsi və lizinq obyektinin qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş və bununla da nə lizinq obyektini qaytarmış, nə də lizinq ödənişlərini ödəməkdə davam etmişlər.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, "xxxx" QSC və Cavabdeh4 MMC arasında baağlanmış xx.xx.2022 tarixli, LMN0593-O8-2O22 saylı daxili maliyyə lizinqi müqaviləsi, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli, LMNS5xx-xx-2022-01 saylı əlavə, xx.xx.2022 tarixli, LMN0593-O8-2O22- O2 saylı əlavə və xx.xx.2022 tarixli LMN0593-O8-2O22-O3 saylı əlavə ləğv edilməsini, 2/ Lizinq müqavilələri üzrə iddia verilən tarixə İizinq ödənişləri üzrə əsas borc üzrə AZN 19234, faiz borcu üzrə AZN 3404.10, cərimə üzrə AZN 529.84 olmaqla cəmi AZN 23167.94 məbləğində borc "xxxx" MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və "xxxx" MMC-dən müştərək qaydada “MCB BOKT" QSC-nin xeyrinə tutulmasını, 3/ "xxxx" QSC tərəfindən ödənilmiş cəmi AZN 273.60 dövlət rüsumu "xxxx" MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Atilla Communication” MMC-dən müştərək qaydada “MCB BOKT" QSC-nin xeyrinə tutulmasını, 4/ lizinq obyekti olan 77JE242 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV6KAD33977 1419F089135 və 77JE252 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV8KAD33978 1419F088644 Cavabdeh4 MMC tərəfindən işlək vəziyyətdə iddiaçı "xxxx" QSC-yə geri qaytarılsını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Və işə qiyabi icraat qaydasında baxılması barədə ərizə verdiyi bildirdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022 tarixli, LM№5xx-xx-2022 saylı X1 əsasən:

10. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun Əlavəsinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alan müəyyən haqq müqavilindəmüvəqqəti sahiblik və istifadəyə verməyə, öhdəsinə götürür, lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektinin lizinqə qəbul etməyi və bu Müqavilənin ayrılmaz hissəsi olan Əlvəyə müvafiq olaraq lizinq ödənişinin lizinq verənə mütamadi olaraq ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq müddəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan obyektin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır, Lizinq obyekti Qəbul protokolu əsasında lizinq verən tərəfindən lizinq alana təhvil verilir.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənə məxsusdur. Lizinq obyektinə mülkiyyət hüququnun başqa şəxsə keçirilməsi bu Müqavilənin dəyişdirilməyinə ləğv edilməsinə səbəb olmur.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququ bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsusdur.

16. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən lizinq alana verilən lizinq obyekti tərəflərin qarşılıqlı razılığına əsasən lizinq alanın balansında uçota alınır.

17. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq obyekti lizinq alanın seçimi ilə alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektlərinin satıcısından alınır.

18. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq obyektinin alış qiyməti: 139240 manat ƏDV daxil.

19. Müqavilənin 7.1-ci bəndinə əsasən liziznq obyektinin, habelə onun ayrılmaz tərkib hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin satıcı tərəfindən lizinq verənə və lizinq alana təhvil-təslimi Alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir.

20. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi qəbul protokolu ilə rəsmiləşdirlir. Təhvil-təslim zamanı lizinq alan lizinq obyektinin təhvilində imtina edərsə, lizinq alan tərəfindən lizinq verənin hesabına faktiki ödənilmiş ilkin ödəniş, lizinq ödənişləri və digər pul öhdəlikləri ilə bağlı ödənişlər geri qaytarılmır.

21. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq verənin mükafatı lizinq verən tərəfindən müəyyənləşdirilən məbləğdə illik 20%-lə hesablanacaq.

22. Müqavilənin 13.1.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 3 gün ərzində lizinq alan lizinq verənin hesablaşma hesabına ilkin ödəniş məbləği 48734 manat və bu müqavilə üzrə 1470 manat lizinq əməliyyatları xidmət haqqı ödəməlidir.

23. Müqavilənin 17.1-ci bəndinə əsasən lizinq verən aşağıdakı göstərilən hallarda lizinq obyektinin mübahisəsiz geri alınaraq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır.

24. Müqavilənin 17.1.1-ci bəndinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şərait bu müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə,

25. Müqavilənin 17.1.2-ci bəndinə əsasən liiznq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirərsə,

26. Müqavilənin 17.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya 3 dəfədən artıq ödənişi gecikdirdikdə.

27. Müqavilənin 18.4-cü bəndinə əsasən bu müqavilənin 17-ci maddəsinə müvafiq olaraq lizinq lizinq obyektinin qaytarılması üzrə öhdəliyini pozduqda, lizinq alan lizinq obyektinin qaytarılması barədə tələb aldığı andan lizinq obyektinin onun sahibliyinə qaldığı hər gün üçün lizinq verənə lizinq ödənişləri üçün borc məbləğinin 0,5% məbləğində dəbbə pulu ödəməyə borcludur.

28. Daxili Maliyyə lizinq müqaviləsinin təminatı olaraq, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 oğulu və Cavabdeh6 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2022-ci il tarixli X3 və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır.

29. Əlavə №A-ya əsasən X3 üzrə əmlakın adı, komplektliyi və dəyərini təşkil edir. Əlavəyə əsasən lizinq obyetini CİG 6614 E yolbasan toxac, mühərrik nömrəsi 82406007, sarı çin istehsalı 01 ədəd avtomobil təkil etmişdir.

30. X1 xx.xx.2022-ci il tarixli Əlavə № D-yə əsasən lizinq müqaviləsinə aşağıdakı məzmunda əlavə və dəyişikliklər edilmişdir:

31. 1. Əsas anlayışlar bəndində satıcı-“X7” MMC kimi müəyyən olunsun.

32. 2. Müqavilənin 6.2-ci bəndi- “Lizinq obyektinin alış qitməti: 164000 manat ƏDV daxil” ilə əvəz olunsun.

33. 3.Müqavilənin 13.1.1-ci cümləsinə -“ bu mqabilənin imzalndığı gündən 3 gün ərzində lizinq alan lizinq verənin hesablaşma hesabına ilkin ödəniş məbləği 57,400 manat və lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması məqsədilə bu müqanin tərkib hissəsi olan Əlavə №C-də göstərilmiş məbləğdə və qaydada sığorta haqqı və lizinq əməliyyatları xidmət haqqı ödənilməlidir.

34. 4. Müqavilənin Əlavə № A-da verilmiş əmlak (lizinq obyekti)- JCB 3CX 14M2WM ekskavator yükləyici təkərli model sarı rəngli 164000 manat ƏDV daxil avtomobillə əvəz olunsun.

35. xx.xx.2022-ci il tarixli Razılaşmaya əsasən X1 və Əlavələrinə aşağıdakı məzmunda dəyişiklik edilməsi qərara alınmışdır.

36. 1. Müqavilənin 1-ci maddəsinə satıcı 1) "xxxx" MMC, 2) "xxxx" MMC ilə əvəz edilsin.

37. 2. Müqavilənin 3-cü maddəsinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır. Lizinq obyekti Qəbul protokolu əsasında lizinq verən tərəfindən lizinq alana təhvil verilir. Bu razılaşmada təsvir edilmiş lizinq obyektlərinə münasibətdə lizinq müddəti 36 ay təşkil edir.

38. 3. Müqavilənin 6-cı maddəsinə - Bu razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyektini alış qiyməti 640000 manat ƏDV daxil təşkil etmişdir.

39. 8. Müqavilənin Əlavə A-sına aşadıdakı məzmunda bənd əlavə edilsin.

40. HOWO markalı ZZ3407S38667E özüboşaldan yük avtomobili 1) **********27, 2) **********07, 3) **********57, 4) **********17, 5) **********17 mühərrik nömrəli, ağ rəngli dəyəri 128000 manat olmaqla 05 ədəd, cəmi 640000 mant məbləğində avtomobil lizinqə verilir.

41. xx.xx.2022-ci il tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 02 ədəd HOWO markalı ZZ3407S38667E özüboşaldan yük avtomobili 1) **********27, 2) **********07 mühərrik nömrəli 256 000 manat dəyərində avtomobillər Cavabdeh4 MMC-yə təhvil verilmişdir. Protokol lizinq alan, satıcı və lzinq verənin imza və möhürləri ilə təsdiq edilmişdir.

42. xx.xx.2022-ci il tarixli Razılaşmaya əsasən X1 və Əlavələrinə aşağıdakı məzmunda dəyişiklik edilməsi qərara alınmışdır.

43. 1. Müqavilənin 1-ci maddəsinə satıcı 1) “X8” MMC ilə əvəz edilsin.

44. 2. Müqavilənin 3-cü maddəsinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır. Lizinq obyekti Qəbul protokolu əsasında lizinq verən tərəfindən lizinq alana təhvil verilir. Bu razılaşmada təsvir edilmiş lizinq obyektlərinə münasibətdə lizinq müddəti 36 ay təşkil edir.

45. 3. Müqavilənin 6-cı maddəsinə- Bu razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyektini alış qiyməti 280000 manat ƏDV daxil təşkil etmişdir.

46. 8. Müqavilənin Əlavə A-sına aşadıdakı məzmunda bənd əlavə edilsin.

47. HOWO markalı ZZ3327N3847E özüboşaldan yük avtomobili 1) **********07, 2) **********57, 3) **********07, 4) **********87 mühərrik nömrəli, ağ rəngli 04 ədəd, avtomobil lizinqə verilir.

48. xx.xx.2022-ci il tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 04 ədəd HOWO markalı özüboşaldan yük avtomobili 1) LZZ5DMND7MN896383, 2) LZZ5DMND5MN896382, 2) LZZ5DMND8MN896389, 4) LZZ5DMND4MN896387 şassi nömrəli 280 000 manat dəyərində avtomobillər Cavabdeh4 MMC-yə təhvil verilmişdir. Protokol lizinq alan, satıcı və lizinq verənin imza və möhürləri ilə təsdiq edilmişdir.

49. Razılaşnmanın təminatı olaraq, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2022-ci il tarixli X3 və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır.

50. xx.xx.2022-ci il tarixli Razılaşmaya əsasən X1 və Əlavələrinə aşağıdakı məzmunda dəyişiklik edilməsi qərara alınmışdır.

51. 1. Müqavilənin 1-ci maddəsinə aşağıdakı məzmunda bənd əlavə edilsin:Satıcı 1) X2, 2) X4, 3) "xxxx" MMC ilə əvəz edilsin.

52. 2. Müqavilənin 3-cü maddəsinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddəti hesab edilir. Lizinq müddəti, qəbul protokolu əsasında lizinq obyektinin lizinq alana təhvil verildiyi andan hesablanır. Lizinq obyekti Qəbul protokolu əsasında lizinq verən tərəfindən lizinq alana təhvil verilir. Bu razılaşmada təsvir edilmiş lizinq obyektlərinə münasibətdə lizinq müddəti 36 ay təşkil edir.

53. 3. Müqavilənin 6-cı maddəsinə - Bu razılaşmada təsvir edilmiş lizinq obyektinə münasibətdə lizinq obyektini alış qiyməti 490.000 manat ƏDV daxil təşkil etmişdir.

54. 8. Müqavilənin Əlavə A-sına aşadıdakı məzmunda bənd əlavə edilsin.

55. 1.FAW markalı 430 HP özüboşaldan yük avtomobili, 2) Liugong CLG B230 markalı bulidozer (arxada 3 dişli kotan), 1.1419G091687 2) 1419G091686, 3) 1419F088644, 4) 1419F089135 mühərrik nömrəli Çin istehsalı 1) 01 ədədinin qiyməti 45,000 manat olmaqla-4 ədəd, 2) 01 ədədinin qiyməti 310 ƏDV daxil olmaqla, cəmi 1) 180000 manat, 2) 310000 manat olmaqla, cəmi 490000 manat dəyərində lizinq obyekti lizə verilməsi razılaşdırılmışdır.

56. xx.xx.2022-ci il tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 02 ədəd FAW markalı özüboşaldan yük avtomobili 1) LFNMVXSV7KAD34507, 2) LFNMVXSV8KAD33978, şassi nömrəli 90 000 manat dəyərində avtomobillər Cavabdeh4 MMC-yə təhvil verilmişdir. Protokol lizinq alan, satıcı və lzinq verənin imza və möhürləri ilə təsdiq edilmişdir.

57. xx.xx.2022-ci il tarixli lizinq obyektinin qəbulu protokoluna əsasən 02 ədəd FAW markalı özüboşaldan yük avtomobili 1) LFNMVXSV9KAD34508, 2) LFNMVXSV6KAD33977, şassi nömrəli 90 000 manat dəyərində avtomobillər Cavabdeh4 MMC-yə təhvil verilmişdir. Protokol lizinq alan, satıcı və lzinq verənin imza və möhürləri ilə təsdiq edilmişdir.

58. Razılaşnmanın təminatı olaraq, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2022-ci il tarixli X3 və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır.

59. xx.xx.2025-ci il atrixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli Daxili Maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin qalıq borcu: ilkin ödəniş üzrə 50.000 manat. Dövrü ödənilməli olan borc əsas borc üzrə 4,114,85 manat, faiz borcu üzrə 247,15 manat, cəmi borcu 638 manat olmaqla, cəmi 55.000 manat borcu qalmışdır.

60. xx.xx.2025-ci il atrixli maliyyə arayışına əssaən xx.xx.2025-ci il tarixli Daxili Maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə edilmiş LM№5xx-xx-2022-01-01 saylı, LM№5xx-xx- 2022-02-01 saylı, LM№5xx-xx-2022-03 saylı əlavələrə əsasən Cavabdeh4 MMC-nin qalıq borcu: Dövrü ödənilməli olan borc əsas borc üzrə 19234 manat, faiz borcu üzrə 3404,10 manat, cəmi borcu 529,84 manat olmaqla, cəmi 23.167,94 manat borcu qalmışdır.

61. xx.xx.2025-ci il atrixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixli Daxili Maliyyə lizinqi müqaviləsinə və bu müqaviləyə edilmiş LM№5xx-xx-2022-01-01 saylı, LM№5xx-xx- 2022-02-01 saylı, LM№5xx-xx-2022-03 saylı əlavələrə əsasən Cavabdeh4 MMC-nin qalıq borcu: Dövrü ödənilməli olan borc əsas borc üzrə 19234 manat, faiz borcu üzrə 3404,10 manat, cəmi borcu 529,84 manat olmaqla, cəmi 23.167,94 manat borcu qalmışdır.

62. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir.

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

64. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

65. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

66. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

67. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

68. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

69. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

70. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

71. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

72. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

73. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

74. Məhkəmə ilkin olaraq xx.xx.2022 tarixli, LM№593- 08-2022 saylı daxili maliyyə lizinqi müqaviləsinin, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli LM№5xx-xx-2022-01 saylı əlavə, xx.xx.2022 tarixli LM № 5xx-xx-2022-02 saylı əlavə və xx.xx.2022 tarixli, LM№593-08- 2022-03 saylı əlavənin ləğvi barədə tələbə dair aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

75. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

76. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.

77. Tərəflər arasında bağlanmış müqavilənin 17.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya 3 dəfədən artıq ödənişi gecikdirdikdə Lizinq verənin bu müqaviləyə xitam vermək hüququ vardır.

78. İşdə olan iddiaçı tərəfindən cavabdehlərə göndərilən xx.xx.2025-ci il tarixli pretenziya məktubunda bildirilmişdir ki, əgər xx.xx.2025 tarixə qədər tələbləri yerinə yetirilməzsə qanunvericiliyə uyğun olaraq borcun müştərək qaydada tutulması və lizinq müqaviləsinin ləğv edilərək lizinq obyektlərinin geri qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir.

79. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya olan borc pretenziya məktubunda göstərilən tarixə ödənilmədiyi üçün xx.xx.2022 tarixli, LM№593- 08- 2022 saylı daxili maliyyə lizinqi müqaviləsi, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli LM№5xx-xx-2022-01 saylı əlavə, xx.xx.2022 tarixli LM № 5xx-xx- 2022-02 saylı əlavə və xx.xx.2022 tarixli, LM№593-08- 2022-03 saylı əlavə xx.xx.2025-ci il tarixindən ləğv edilmiş hesab edilməlidir.

80. İddia tələbinin digər hissəsi - 19234 manat əsas borc, 3404,10 manat faiz borcunun ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

81. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 2.2-ci bəndinə əsasən lizinq obyektini müqavilədə müəyyən edilmiş şərtlərlə lizinqə qəbul etməyi və bu Müqavilənin ayrılmaz hissəsi olan Əlvəyə müvafiq olaraq lizinq ödənişinin lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 19234 manat və faiz borcu 3404,10 manat təşkil etmiş. Həmin borcların mövcüdluğuna və borcun məbləğlərinə dair cavabdehlər tərəfindən hərhansı etiraz məhkəməyə daxil olmamışdır (cavabdehlərin EMİS-də e-kabinetləri mövcüddur).

82. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MMC-dən, Cavabdeh5 oğulundan və Cavabdeh6 müştərək qaydada əsas borc üzrə 19234 manat, faiz borcu üzrə 3404.10 manat tutularaq iddiaçıya ödənilməlidir.

83. İddia tələbinin digər hissəsi - 529,84 manat cərimə borcunun cavabdehlərdən tutulması təşkil edir. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir.

84. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

85. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

86. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlər mübahisəli lizinq müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə 529,84 manat dəbbə pulunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır.

87. Bundan əlavə, texnikanın geri qaytarılması tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb əsaslıdır, təmin edilməlidir.

88. Belə ki, Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

89. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

90. Beləliklə, bütün uxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MMCdən, Cavabdeh5 oğulundan və Cavabdeh6 müştərək qaydada əsas borc üzrə 19234 manat, faiz borcu üzrə 3404.10 manat, 529,84 manat dəbbə pulu olmaqla, cəmi 23167,94 manat borc məbləği iddiaçının xeyrinə tutulmalı və lizinq obyekti olan 77JE242 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV6KAD33977 1419F089135 və 77JE252 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV8KAD33978 1419F088644 Cavabdeh4 MMC tərəfindən işlək vəziyyətdə iddiaçı "xxxx" QSC-yə geri qaytarılmalıdır.

91. Məhkəmə xərclərinə gəldikdə, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən iş üzrə 273,60 manat dövlət rüsumu ödənilmişdir.

92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

93. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273,60 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

94. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" QSC və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2022 tarixli, LM№593- 08- 2022 saylı daxili maliyyə lizinqi müqaviləsi, bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2022 tarixli LM№5xx-xx-2022-01 saylı əlavə, xx.xx.2022 tarixli LM № 5xx-xx- 2022-02 saylı əlavə və xx.xx.2022 tarixli, LM№593-08- 2022-03 saylı əlavə xx.xx.2025-ci il tarixindən ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MMC-dən, Cavabdeh5 oğulundan və Cavabdeh6 müştərək qaydada əsas borc üzrə 19234 manat, faiz borcu üzrə 3404.10 manat, 529,84 manat dəbbə pulu olmaqla, cəmi 23167,94 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 273,60 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Lizinq obyekti olan 77JE242 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV6KAD33977 1419F089135 və 77JE252 dövlət qeydiyyat nömrəli FAW 430 HP özüboşaldan yük avtomobili LFNMVXSV8KAD33978 1419F088644 Cavabdeh4 MMC tərəfindən işlək vəziyyətdə iddiaçı "xxxx" QSC-yə geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar