Məhkəmə qərarları › İş №e-2-2(113)-4140/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4140/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4140/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə 4730 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67,3 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı özünə məxsus “Mitsubishi L200” minik markalı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmətin müqabilində ona xidmət haqqı ödənilir. Həmin müqavilənin 1 nömrəli Əlavəsinə əsasən aylıq xidmət haqqının məbləği 1075 manat nəzərdə tutulmuşdur. 2021-ci ilin yanvar ayından may ayının sonunadək, yəni 5 ay üçün xidmət haqqı ödənilməmiş, cavabdehin 4730 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə əsasən icraçı – İddiaçı özünə məxsus 1 ədəd Mitsubishi L200 minik markalı nəqliyyat vasitəsi ilə (Tip:pikap, DNN **-RK-***, buraxılış ili: 2008) sifarişçi - "xxxx" MMC-nin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir; İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən 1 aylıq xidmət haqqı vergilər daxil 1075 manat təşkil edir; 31 yanvar 2020-ci il tarixli, 16 nömrəli xidmətlərin təhvil – təslim aktına əsasən 967,5 manat, 28 fevral 2020-ci il tarixli, 17 nömrəli xidmətlərin təhvil – təslim aktına əsasən 1003,33 manat, 31 mart 2020-ci il tarixli, 18 nömrəli xidmətlərin təhvil – təslim aktına əsasən 931,67 manat, 30 aprel 2020-ci il tarixli, 19 nömrəli xidmətlərin təhvil – təslim aktına əsasən 1075 manat, 31 may 2021-ci il tarixli, 20 nömrəli xidmətlərin təhvil – təslim aktına əsasən 752,5 manat xidmət haqqı İddiaçı hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli KTTX 92/1019 nömrəli xidmət müqaviləsinin 2.3-cü bəndinə əsasən hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında "Xidmətlərin təhvil-təslim aktı" tərtib olunur, imzalanır, möhürlənir; 2.4-cü bəndində isə göstərilmişdir ki, "Xidmətlərin təhvil-təslim aktı" imzalanıb, möhürləndikdən sonra 7 iş gün ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir. 18 oktyabr 2019-cu il tarixli KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavənin 1.1-ci bəndinə əsasən 1 aylıq xidmət haqqı vergilər daxil 1075 manat təşkil edir. İş materiallarında olan 31 yanvar 2020-ci il tarixli, 16 nömrəli "Xidmətlərin təhviltəslim aktı"na (akta) əsasən 967,5 manat (27 gün), 28 fevral 2020-ci il tarixli, 17 nömrəli akta əsasən 1003,33 manat (28 gün), 31 mart 2020-ci il tarixli, 18 nömrəli akta əsasən 931,67 manat (26 gün), 30 aprel 2020-ci il tarixli, 19 nömrəli akta əsasən 1075 manat (30 gün), 31 may 2021-ci il tarixli, 20 nömrəli akta əsasən 752,5 manat (21 gün) ümumilikdə 4730 manat xidmət haqqı iddiaçıya hesablanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin təhvil – təslim aktına əsasən iddiaçı tərəfindən öhdəlik icra edilsə də, cavabdeh tərəfindən ödənişlərin aparılmadığı təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsaslar mövcuddur. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 4730 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67,3 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 4730 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçıa ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 67,30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar