Məhkəmə qərarları › İş №e-2-2(113)-4142/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4142/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4142/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx"MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13663, 60 manat (on üç min altı yüz altmış üç manat altmış qəpik) məbləğində borc və 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 364/21 N saylı, 15 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə göstərilən mallar "xxxx" MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə "xxxx" MMC-nin İddiaçı MMC-yə 13663, 60 (on üç min altı yüz altmış üç manat altmış qəpik) manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənlməsinə dair heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunur ki, "xxxx" MMC ilə qarşılıqlı müqavilə bağlanmış və "Çamlıca şirniyyat" adı altında fəaliyyətə başlanılmışdır. Fəaliyyət dövründə müştəri ilə müəyyən dövriyyə yaranmışdır. Lakin son zamanlar müştəri borcunu şişirdərək ödəniş edə bilməmişdir. Fəaliyyəti dövründə müştəri ilə 16606,60 AZN məbləğində mal dövriyyəsi olmuş, lakin sadəcə 2943 AZN ödəniş edilmişdir. Son qaimə xx.xx.2023 -cü il tarixində göndərilmiş və həmin vaxtdan sonra heç bir dövriyyə olmamışdır. Son qalıq borcu 13663,60 AZN məbləğindədir. - xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 463302 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 454,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 593661 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5336,25 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 731475 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2943 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 357339 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4880,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 824143 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7088,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 213808 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 888078 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 537,20 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 213463 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 248,40 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 120462 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 430,80 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 03 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı 15 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, həmin müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Razılaşmaya əsasən satıcı malları satmağı, alıcı isə həmin malların razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, alıcı öhdəliklərini tam şəkildə icra etməmiş və borcu yaranmışdır. Belə ki, təqdim olunmuş elektron qaimələr üzrə ümumi məbləğ 21942,85 manat təşkil etmiş, həmin məbləğin bir qismi ödənilmişdir. İddia tələbini cavabdehdən 13663,60 məbləğində borcun İddiaçı MMCnin xeyrinə tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 13663,60 manat (on üç min altı yüz altmış üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz bir) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 (yüz otuz bir) manat (ödənilməli olan dövlət rüsumunun məbləği olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 13663,60 manat (on üç min altı yüz altmış üç manat altmış qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 (yüz otuz bir) manat olmaqla, cəmi 13794,60 manat (on üç min yeddi yüz doxsan dörd manat altmış qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar