Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-415/2022 21.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının nin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.06.2008-ci il tarixli 13-LA nömrəli müqavilə üzrə 27263 manat gecikdirilmiş borc və hesablanmış 68241,69 manat cərimə və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat olmaqla, cəmi 95854,69 manat (doxsan beş min səkkiz yüz əlli dörd manat altmış qəpik) pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 24.06.2008-ci il tarixli 13-LA nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texniki avadanlığı lizinqə götürmüşdür. Daha sonradan tərəflər arasında 29 iyul 2013-cü il tarixdə 13-LA/18 nömrəli, 24.06.2008-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə D-13-LA nömrəli Razılaşma bağlanmışdır. Razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmanın 13-LA nömrəli 24.06.2008-ci il tarixli müqavilənin tərkib hissəsi olduğu razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin 24.06.2008-ci il tarixli 13-LA/18 nömrəli müqavilənin tərkib hissəsi olan 24.06.2008-ci il tarixli 13-LA nömrəli Razılaşamaya dair maliyyə arayışının tərtib edildiyi 15.09.2021-ci il tarixə müqavilə üzrə 27263 manat gecikdirilmiş borcu və 68241,69 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borc ödənilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, 24.06.2008-ci il tarixli 13-LA nömrəli müqavilə üzrə 27263 manat gecikdirilmiş borc, 68241,69 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 96254,69 manat (doxsan altı min iki yüz əlli dörd manat altmış qəpik) pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandıırlmışdır ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qarşı 30 may 2013-cü il tarixində Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış “Müqavilənin ləğvi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi barədə” iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC 24 iyun 2008-ci il tarixli, 13-LA/12 nömrəli müqavilənin müddətinin 01 aprel 2013-cü il tarixində başa çatmasına, lakin Cavabdeh MMC tərəfindən sözügedən müqaviləyə əlavə edilən qrafik üzrə ödənişlərin müqavilə müddəti bitənədək icra edilməməsinə istinad edərək, yuxarıda göstərilən iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinin məzmunundan açıq-aydın görünür ki, yuxarıda göstərilən müqavilə üzrə 01.04.2013-cü il tarixinə ödənilməmiş əsas borc məbləği 21963 manat məbləğində olmuşdur. 01.04.2013-cü il tarixdən keçən müddət ərzində 24 iyun 2008-ci il tarixli, 13-LA/12 saylı müqavilə üzrə ödənişləri davam etdirməklə "xxxx" ASC-yə (Aqroservis ASC) əsas borc üzrə ümumilikdə 16760 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin edilmişdir. Həmin pul vəsaitlərinin ödənilməsini təsdiq edən müvafiq bank sənədləri, eləcə də kassa mədaxil qəbzləri hazırkı etiraz mülahizələrinə əlavə edilir. Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli, Fərmanı ilə Aqrolizinq” ASC-nin hüquq və vəzifələri keçirilmiş hazırkı iş üzrə iddiaçı yuxarıda göstərilən xüsusatları, eləcə də müvafiq halı təsdiq edən bank və kassa sənədləri üzrə həyata keçirilmiş ödənişləri nəzərə almadan Cavabdeh MMC-yə qarşı əsas borc üzrə 27263 manat məbləğində iddia irəli sürmüş və bu məbləğə cərimə hesablamışdır. Göstərilən xüsusatlardan, eləcə də təqdim olunan bank və kassa sənədlərindən görünür ki, iddia tələbi əsassız və qanunsuzdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda bildirdi ki, cavabdeh tərəfindən edilən bütün ödənişlər nəzərə alınmaqla, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus süd və süd məhsullarını emal edən texnoloji avadanlığının lizinqə verilməsi barədə 24.06.2008-ci il tarixli, 13-LA nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən qiyməti 67704 (altmış yeddi min yeddi yüz dörd) manat olan bu Müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən süd və süd məhsullarını emal edən texnoloji avadanlığı (bundan sonra- Texnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafıkinə (2 nömrəli əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 5 (beş) ilə lizinqə verir. Texnoloji avadanlıq Süd emalı zavodu ünvan 1 ünvanında quraşdırılacaqdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnoloji avadanlığın dəyərinin 20 %-ni təşkil edən 13541 (on üç min beş yüz qırx bir) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 54163 (əlli dörd min yüz altmış üç) manat məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. - "xxxx" ASC ilə Cavabdeh MMC arasında 24.06.2008-ci il tarixli, 13-LA nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 29 iyul 2013-cü il tarixli, D-13-LA nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 13-LA nömrəli 24 iyun 2008-ci il tarixli müqavilənin müddəti 2013-cü ilin İİİ rübündən başlayaraq 2 (iki) il müddətinə artırılmaqla yeni ödəniş qrafiki tərtib edilir. Bu razılaşma 13-LA nömrəli 24 iyun 2008-ci il tarixli müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir. -Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının keçir. - 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan Cavabdeh MMCnin D-13-LA nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 27263 manat, hesablanmış cəriməyə görə 68241,69 manat olmaqla, ümumilikdə 95504,69 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX12131518D3 nömrəli, 11.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun AZ31AİİB**********1100210111 nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. Qrafiklər üzrə edilmiş ödənişlərin məbləği 25200 manat təşkil etmişdir. - 24 iyun 2008-ci il tarixli 13-LA/08 nömrəli lizinq müqaviləsinin 24.04.2010-cu il tarixli 13-LA-08/D1 düzəliş protokoluna əsasən dəyişdirilmiş ödəniş qrafikinin 4.1-ci bəndinin yeni 29.07.2013-cü il tarixli D-13-LA/13 protokoluna əsasən yeni dəyişdirilmiş ödəniş qrafikindən (Əlavə 2) görünür ki, lizinq alan lizinq verənə 2013-cü il üzrə cəmi 4830 manat, 2014-cü il üzrə cəmi 10660 manat, 2015-ci il üzrə cəmi 10660 manat, 2016-cı il üzrə cəmi 10660 manat və 2017-ci il üzrə cəmi 10653 manat ödəniş etməliydi. Eləcə də, sözügedən sənəddə qeyd edilmişdir ki, ödəniş qrafiki əvvəlcədən ödənilmiş 13541 manat və sonrakı dövrdə qrafik üzrə ödədiyi 6700 manat olmaqla, cəmi 20241 manat nəzərə alınmaqla tərtib edilmişdir. Qrafik (Əlavə 2) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil orderinin qəbzlərindən və ödəniş tapşırıqlarından cavabdehin əsas borcunun hazırkı iş üzrə iddiaçı tərəfindən iddia edilən əsas borc məbləğindən az olması müəyyən edilmir. - Azərbaycan Respublikasının tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 24.06.2008-ci il tarixli 13-LA nömrəli lizinq müqaviləsi, daha sonradan 29 iyul 2013-cü il tarixdə 13-LA/18 nömrəli, 24.06.2008-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə D-13-LA nömrəli Razılaşma bağlanmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının nə keçmişdir. İddia tələbinin bir hissəsini 24.06.2008-ci il tarixli, 13-LA nömrəli müqavilə üzrə 27263 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh MMCnin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 27263 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 68241,69 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1500 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat və mediasiyaya ödənilmiş 400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 27263 (iyirmi yeddi min iki yüz altmış üç) manat əsas borc, 1500 (min beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 29513 (iyirmi doqquz min beş yüz on üç) manat məbləğində pul Azərbaycan Respublikasının nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-415/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-415/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver