Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4154/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 356 saylı müqaviləyə görə - Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 7ci mərtəbəsində, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə və 355 saylı müqaviləyə görə eyni ünvanda inşa edilən həmin yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə dair; İddiaçı3 onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 360 saylı müqaviləyə görə - Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 10cu mərtəbəsində, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə, 361 saylı müqaviləyə görə eyni ünvanda inşa edilən həmin yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə və 362 saylı müqaviləyə görə eyni ünanda inşa edilən həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə dair; iddiaçı Aİddiaçı2 onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” 357 saylı müqaviləyə görə - Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə, 358 saylı müqaviləyə görə eyni ünvanda inşa edilən həmin yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilə və 359 saylı müqaviləyə görə eyni ünanda inşa edilən həmin yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilə dair çıxarış alınması üçün sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onlara geri ödənilməsi barədə iddia ərizəsi ilə (sonradan dəqiqləşdirilməklə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmədi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı1 və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 355 və 356 saylı “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” iki ədəd müqavilələr imzalanmış, həmin müqavilələrin predmetini müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilin və həmin binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilin pay dəyəri tam ödənilməklə yaşayış sahəsinə mülkiyyət hüququ ilə bağlı münasibətlər təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 355 və 356 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı1 tərəfindən qeyd edilən mənzillərin pay dəyəri tam həcmdə cavabdehə ödənilmişdir. Həmçinin, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı3 ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 357, 358 və 359 saylı 3 ədəd müqavilə imzalanmış, həmin müqavilələrin predmetini müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı, həmin yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilə və həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzillərin pay dəyəri tam ödənilməklə yaşayış sahəsinə mülkiyyət hüququ ilə bağlı münasibətlər təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 360, 361 və 362 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı3 tərəfindən qeyd edilən mənzillərin pay dəyəri tam həcmdə cavabdehə ödənilmişdir. Eləcə də, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı2 ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 360, 361 və 362 saylı 3 ədəd müqavilə imzalanmış, həmin müqavilələrin predmetini müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 58,60,62, 62A ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 152,41 kv.metr olan 3 otaqlı mənzilin, 358 saylı müqaviləyə görə eyni ünvanda inşa edilən həmin yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 178,07 kv.metr olan 4 otaqlı mənzilin və 359 saylı müqaviləyə görə eyni ünanda inşa edilən həmin yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 184,73 kv.metr olan 4 otaqlı mənzilin pay dəyəri tam ödənilməklə yaşayış sahəsinə mülkiyyət hüququ ilə bağlı münasibətlər təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 360, 361 və 362 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı2 tərəfindən qeyd edilən mənzillərin pay dəyəri tam həcmdə cavabdehə ödənilmişdir. Hazırda cavabdehlər yaşayış sahəsinə əldə etdikləri hüququn ilkin qeydiyyata alınması məqsədi ilə cavabdehdən mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim edilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.6-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. 9.1.1-ci maddəsinə əsasən, Hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi yolu ilə aparılır. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. İşin fatiki hallarından da məlum olur ki, cavabdehlərin əsas məqsədi alqı-satqı müqaviləsi əsasında qeyd edilən daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatını aparmaq olmuşdur. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb edilən sənədlər sırasında hüquqların dövlət qeydiyyatı haqqında ərizə (hazırkı mübahisədə tərəflər arasında bağlanmış notariat qaydasında təsdiq edilmiş müqavilə), pay dəyərinin tam həcmdə ödənilməsini təsdiq edəcək maliyyə arayışı, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd ilə yanaşı mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı tələb olunur. Odur ki, iddiaçının tələbi şəxsi istifadə məqsədi ilə əldə etdiyi yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ümumi yığıncağın qərarının əldə edilməsi ilə bağlıdır və onların hazırkı tələbinin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 18 sentyabr 2020-ci il tarixli Ali Məhkəmənin Plenumunun Qərarının: 11-ci bəndində qeyd edilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə belə qənaətə gəlir ki, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi zamanı həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması nəzərə alınmalıdır. Hazırkı mübahisədə həm İddiaçı1 (VÖEN: **********), həm də cavabdeh (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Subyekt tərkibinə dair ilkin şərt ödənilmişdir, lakin məhkəmə hesab edir ki, mübahisənin predmetini təşkil edən yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin əldə edilməsi tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Odur ki, mübahisə predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına dair qanunvericiliyin tələbi ödənilmədiyindən hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarının 1-ci bəndinə əsasən, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranan fikir ayrılığına baxılması üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-4154/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4154/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver