Məhkəmə qərarları › İş №e-2-2(113)-4157/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4157/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4157/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X3, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 34898,07 manat məbləğində əsas borc, 7003,63 manat məbləğində dəbbə pulu, 217 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli № 1887/19M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi Satıcı tərəfindən 141057,35 manat məbləğində mallar Alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki, Alıcı tərəfindən alınmış malların müqabilində 103726,64 manat (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmişdir. Lakin qalan məbləği təşkil edən 37330,71 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək Alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Tərəflər arasında əvvəlki alqı-satqı hesablaşmaları üzrə Cavabdeh MMC-nin 2312,54 manat (ƏDV daxil) alacağı məbləğ olmuşdur, həmin məbləği də hazırki borcdan çıxdıqda, İddiaçı MMC-nin 35018,17 manat (ƏDV daxil) əsas tələb məbləği yaranmışdır. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli №1887/19M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 35018,17 manat təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 7003,63 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 35018,17 + 7003,63 = 42021,8 manat tələb məbləği yaranmışdır. Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixində, №001898 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2019-ci il tarixli №1887/19M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, lakin Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448.1, 567, 598, 600.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, qarşı tərəflə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmamışdır. Hazırda 34898,07 manat məbləğində əsas borc, 7003,63 manat məbləğində dəbbə pulu, 217 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Əvvəlki ödənişlər üzrə olan 119,59 manat məbləği əsas borcdan silmiş, iddia tələbini azaltma ərizəsini məhkəməyə təqdim etmişlər. Mallara məxsus sertifikatları tərəf borc məbləği yaranan gündən tələb etsə idi, təqdim edərdilər, lakin belə bir tələb olmamışdır. Onlar satış etdikdə zəruri olan sənədləri, sertifikatları təqdim edirlər. Üzləşmə aktında onların baş mühasibinin möhürü olsa da, qarşı tərəfin möhürü yoxdur. Ödəniş tapşırıqlarına əsasən ödənişin bir qismi olunmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, müqavilə üzrə alqı-satqısı həyata keçirilən malların əsas hissəsinin dəyəri Cavabdeh MMC tərəfindən Müqaviləyə uyğun olaraq yerinə yetirilmişdir. Buna baxmayaraq, İddiaçı MMC tərəfindən Müqavilə üzrə öhdəlikliklərin icrası tam yerinə yetirilməmiş və bu səbəbdən Cavabdeh MMC tərəfindən ödənişlərin icrası dayandırılmışdır. Belə ki, əksər hallarda Tərəflər arasında təhvil-təslim aktının imzalanmasına baxmayaraq həm qanunvericiliyin, həm də Müqavilənin şərtlərinə zidd olaraq təqdim edilən mallara aid olan sənədləri (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) Cavabdeh MMC-yə təqdim etməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 1887/19M nömrəli alqısatqı müqaviləsinin 4.1-ci bəndinə, o cümlədən 6-cı maddəsinə əsasən Satıcı Mallarla bağlı bütün növ sənədləri (sertfikat, şəhadətnamə və digər növ sənədləri) təqdim etməyə borcludur. Əlavə olaraq bildiririk ki, iddia ərizəsində qeyd olunan 7003,63 məbləğində dəbbə pulu Müqavilə üzrə yaranmış ümumi borc məbləğinə tənasüb deyil və əsassız hesab olunmalıdır. Beləliklə, İddiaçı MMC tərəfindən Müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsini, dəbbə pulu tələbinin əsassız hesab edilməli olduğunu nəzərə alaraq iddiaçı tərəfindən verilən iddia tələbi təmin edilməməlidir. Son olaraq iddiaçı “Met-Аk” ММC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 17 dekabr 2019-cu il tarixli 1887/19M nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”larında öz əksini tapacaqdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən Alıcı malı almamışdan və qəbul etməmişdən əvvəl onun kefiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanılması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal Satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa mal Alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikası milli valyutası olan manatla həyata keçirilir. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “X4” tərtib edilə bilər. Müqavilənin 6.2-ci maddəsinə əsasən Alıcı tələb etdiyi tədirdə, alğı-satqını həyata keçirməmişdən və malı qəbul etməmişdən əvvəl, malın keyfiyyətinin yoxlanılması məqsədi ilə (laborator və s.) nümunələr götürə bilər və həmin nümunələri özünün müəyyən etdiyi laboratoriyalar və ya müvafiq ixtisaslaşdırılmış müəssisələrdə yoxlada bilər. Yoxlama (sınağın) nəticəsi təqdim edilmədən götürülən mal Alıcı tərəfindən bəyənilmiş və keyfiyyət tələblərinə uyğun hesab edilmiş sayılır. Müqavilənin 8.1-ci bəndinə əsasən Tərəflər bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Müqavilənin 8.4-ci bəndinə görə Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 faizi miqdarında (lakin Malın dəyərinin 20 faizindən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilənin 10.1-ci bəndin əsasən müqavilə tərəflər arasında xx.xx.2029-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanılmışdır. 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqaviləyə malların nisyə alqı-satqısına dair 31 oktyabr 2022-ci il tarixli Əlavə Razılaşmanın 1.2-ci bəndinə əsasən, Əlavə Razılaşma №1 tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsidir və onunla eyni hüquqi qüvvəyə malikdir. Əlavə Razılaşmanın 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Satıcı tərəfindən nisyə qaydada təqdim edilmiş malların dəyəri nisyə satış edilən gündən ən geci 30 gün ərzində ödəniləcəkdir. Razılaşmanın 2.3-cü bəndinə əsasən Satıcı Tərəflərin arasındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı Üzləşmə Aktını rübdə bir dəfədən çox olmayaraq istənilən vaxt Alıcıya təsdiq olunması üçün göndərə bilər. Alıcı, həmin Üzləşmə Aktını 5 (beş) iş günü ərzində öz imza və möhürü ilə təsdiqləyib bir nüsxəsini Satıcıya qaytarmalıdır və ya Üzləşmə Aktının məzmunu ilə bağlı etirazlarını yazılı şəkildə əsaslandırmaqla Satıcıya bildirməlidir. Alıcı 5 (beş) iş günü ərzində bu bənddə qeyd edilən hərəkətləri yerinə yetirmədiyi təqdirdə Üzləşmə Aktını təsdiq etmiş sayılır. Razılaşmanın 2.5-ci bəndinə əsasən Satıcı Alıcının digər alışları üçün ödədiyi məbləğləri Alıcının Satıcı qarşısında əvvəllər yaranmış borclarının və/və ya dəbbə pulunun silinməsinə yönəltmək və ya buraxılacaq malın həcmini mütənasib surətdə azaltmaq hüququnu özündə saxlayır. Razılaşmanın 4.1-ci bəndinə əsasən Alıcı tərəfindən razılaşdırılmış müddətdə malların dəyəri ödənilmədikdə, Satıcı hər gecikdirilmiş gün üçün ödənilməmiş Malların dəyərinin 0.1 % miqdarında cərimə tətbiq etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən, xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin Cavabdeh MMC-yə 35018,17 manat kreditor alacağı var. xx.xx.2019-cu il tarixli 1887/19M nömrəli müqavilə üzrə üzləşmə aktına əsasən ümumi sifarişlərin cəmi 209502,92 manat, ümumi ödənişlərin cəmi 174485,24 manat olmaqla, sifarişçinin icraçıya xx.xx.2025-ci il tarixinə 35017,68 manat borcu vardır. D047399 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 24 ədəd Polad künclük 25x25x3,0 (Bakı) və 102 ədəd Qara tikişli boru 102x3,0 (Metak) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1045043 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 24 ədəd Polad künclük 25x25x3,0 (Bakı) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1043038 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 7 ədəd Polad rifl təbəqə 4,0x1500x6000 mm İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1031647 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 14 ədəd 2017,4 manat (ƏDV daxil 2380,53 manat) məbləğində Polad təbəqə 4,0x1200x2400 mm İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1037300 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 543,33 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1043892 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 1308,95 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1043890 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 13132,42 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1039986 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 6821,18 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1043891 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 18967,99 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1039988 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 43,42 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1040584 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 517,69 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1031615 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 3527,74 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1039987 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri ƏDV daxil 913,19 manat olan mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 1042418 nömrəli xx.xx.2024-cü il tarixli yekun cəmi 29283,58 manat (ƏDV daxil) dəyərində müxlətif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. EBDV seriyalı, 642769 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 32750,03 manat, MT2405 seriyalı, 10402230 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 42,48 manat, MT2405 seriyalı, 10402227 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 42,48 manat, EBEB seriyalı, 350768 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 43,42 manat, EBDV seriyalı, 057926 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 131,61 manat, EBDV seriyalı, 433800 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 229,42 manat, EBEB seriyalı, 565531 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 517,69 manat, EBEA seriyalı, 084650 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 543,33 manat, EBEA seriyalı, 550397 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 556,89 manat, EBDV seriyalı, 405481 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 627,89 manat, EBDW seriyalı, 227456 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 639,19 manat, EBDV seriyalı, 740370 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 763,26 manat, EBDV seriyalı, 012658 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 382,32 manat, EBEA seriyalı, 503310 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 786,60 manat, EBEB seriyalı, 350769 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 913,19 manat, EBDV seriyalı, 175370 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 926,45 manat, MT2405 seriyalı, 10402239 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1234,11 manat, EBDW seriyalı, 785859 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1217,85 manat, EBEC seriyalı, 703619 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1308,95 manat, MT2405 seriyalı, 10402235 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1348,40 manat, MT2405 seriyalı, 10402229 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1403,75 manat, EBDV seriyalı, 740369 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1593,87 manat, MT2405 seriyalı, 10402237 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1661,06 manat, EBDV seriyalı, 057925 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1992,61 manat, MT2405 seriyalı, 10402234 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2307,17 manat, MT2405 seriyalı, 10402238 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2377,67 manat, EBDX seriyalı, 265226 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2380,53 manat, EBDV seriyalı, 057924 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2772,28 manat, EBDV seriyalı, 174960 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2779,36 manat, EBDX seriyalı, 256176 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3527,74 manat, MT2404 seriyalı, 00744893 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3816,45 manat, EBEB seriyalı, 350770 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 6821,18 manat, EBEC seriyalı, 703621 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13132,42 manat, EBEC seriyalı, 703620 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 18967,99 manat, EBEC seriyalı, 118661 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 29283,58 manat, EBEC seriyalı, 118661 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 29283,58 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 113İCT********** nömrəli Kredit haqqında bildirişə əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 42782,79 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli 113İPEX241002679 nömrəli Kredit haqqında bildirişə əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 10000 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli 113İPEX240590043 nömrəli Kredit haqqında bildirişə əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 10000 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli 206İNTL240190537 nömrəli Kredit haqqında bildirişə əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 20000 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 7700,9 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1800 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1800 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3600 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə 34898,07 manat borc məbləği yaranmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 35018,17 manat əsas borcun və 7003,63 manat dəbbə pulu borcunun 10 (on) iş günü ərzində ödənilməsini tələb edir, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağını bildirir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 217 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 219545,87 manat dəyərində malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, həmin mallardan 10042,95 manatı geri qaytarmış, cəmi 174604,85 manat ödəniş etmiş, qalan 34898,07 manat təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil təslim aktları, üzləşmə aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdeh etirazında iddiaçının mallara aid olan sənədləri (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) təqdim etmədiyini əsas gətirərək borcu ödəmədiyini bildirmişdir. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Çünki iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə aldığı malların dəyərini tam ödəməmişdir. Cavabdeh müqavilə üzrə malların təhvil verilməsini və keyfiyyətini etirazda mübahisələndirməmiş, dolayısı ilə bu faktları təsdiq etmişdir. Cavabdehin mallara dair sənədlərin verilməməsi barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh mallara aid olan sənədləri (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) iddiaçıdan tələb etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin alınan malların çox hissəsinin ödənilməsi və bu günə kimi sənədlərin təqdim olunması ilə bağlı cavabdehin iddiaçıya müraciət etməməsi, onu deməyə əsas verir ki, mallar təhvil verilərkən zəruri sənədlər cavabdehə təhvil verilmiş, sadəcə cavabdeh bu cür bəhanə ilə etiraz edərək borcun ödənilməsindən yayınmağa çalışmışdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni aldığı mallara görə qalan 34898,07 manat dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 34898,07 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 7003,63 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1700 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 217 manat dövlət rüsumunun 199,8 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34898,07 manat əsas borc, 1700 dəbbə pulu olmaqla, cəmi 36598 (otuz altı min beş yüz doxsan səkkiz) manat 07 (yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun 199 (yüz doxsan doqquz) manat 80 (səksən) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar