Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4162/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50091 (əlli min doxsan bir) manat ödənilməmiş pul və ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 405 (dörd yüz beş) manat olmaqla, ümumilikdə 50496 (əlli min dörd yüz doxsan altı) manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 06 noyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflərin öhdəlikləri 1.1 .İddiaçı cavabdehə qarşı pulun ödənilməsi tələbi barədə iddiasından imtina edir. 1.2 .Cavabdeh təsdiq edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı cavabdehə 32096 manat (ƏDV daxil) avans pul ödəmiş və iddiaçının xx.xx.2020-ci il tarixli müqavilə üzrə qalan 8024 manat (ƏDV daxil) borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilmiş 17995 manat (ƏDV daxil) məbləğdən 8024 manat əvəzləşdirilərək borc öhdəliyi bitmiş hesab ediləcəkdir. 1.3 .Cavabdeh təsdiq edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı cavabdehə metal konstruksiyanın quraşdırılması üçün 9440 manat (ƏDV daxil) və əlavə olaraq 531 manat avans məbləğ ödəmişdir. Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində iddiaçı cavabdehə əlavə olaraq 4720 manat (ƏDV daxil) avans məbləğ ödəyəcək və cavabdeh bununla təsdiq edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə ona 5251 manat məbləğində avans pul ödəmişdir. 1.4 .Cavabdeh təsdiq edir ki, 4720 manat (ƏDV daxil) məbləğində avans məbləğ ona ödənildiyi gündən 45 gün ərzində xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edəcəkdir. 1.5 .İddiaçı təsdiq edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etdiyi gündən 60 gün müddətində yerdə qalan 11859 manat borcu cavabdehə ödəyəcəkdir. 1.6 .Cavabdeh təsdiq edir ki, öz üzərinə düşən öhdəliyi vaxtında və ya lazımınca icra etmədikdə iddiaçıya 5251 manat borc və əlavə olaraq 10000 manat məbləğində cərimə ödəyəcəkdir. 1.7 .xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliyin tam icra edilməsi barədə təhvil-təslim aktınınn ayrı-ayrılıqda imzalanması cavabdehin müqavilələr üzrə öhdəliyinin tam yerinə yetirilməsi hesab olunacaqdır. 1.8 .Tərəflər barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və ya lazımınca yerinə yetirməyə borcludurlar.
2. Digər müddəalar 2.1 .Tərəflər barışıq sazişinin təsdiq edilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edirlər. 2.2 Bu barışıq sazişi, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qərardadı elan edildiyi tarixdən qüvvəyə minir, iddiaçı və cavabdeh öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 2.3 .Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam verilir. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edir və eyni zamanda, gələcəkdə bir-birilərinə qarşı bu mübahisə ilə əlaqədar heç bir iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. 2.4 .Bu barışıq sazişi 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Tərəflərin öhdəlikləri 1.1 .İddiaçı cavabdehə qarşı pulun ödənilməsi tələbi barədə iddiasından imtina edir. 1.2 .Cavabdeh təsdiq edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı cavabdehə 32096 manat (ƏDV daxil) avans pul ödəmiş və iddiaçının xx.xx.2020-ci il tarixli müqavilə üzrə qalan 8024 manat (ƏDV daxil) borcu xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilmiş 17995 manat (ƏDV daxil) məbləğdən 8024 manat əvəzləşdirilərək borc öhdəliyi bitmiş hesab ediləcəkdir. 1.3 .Cavabdeh təsdiq edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı cavabdehə metal konstruksiyanın quraşdırılması üçün 9440 manat (ƏDV daxil) və əlavə olaraq 531 manat avans məbləğ ödəmişdir. Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində iddiaçı cavabdehə əlavə olaraq 4720 manat (ƏDV daxil) avans məbləğ ödəyəcək və cavabdeh bununla təsdiq edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə ona 5251 manat məbləğində avans pul ödəmişdir. 1.4 .Cavabdeh təsdiq edir ki, 4720 manat (ƏDV daxil) məbləğində avans məbləğ ona ödənildiyi gündən 45 gün ərzində xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edəcəkdir. 1.5 .İddiaçı təsdiq edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etdiyi gündən 60 gün müddətində yerdə qalan 11859 manat borcu cavabdehə ödəyəcəkdir. 1.6 .Cavabdeh təsdiq edir ki, öz üzərinə düşən öhdəliyi vaxtında və ya lazımınca icra etmədikdə iddiaçıya 5251 manat borc və əlavə olaraq 10000 manat məbləğində cərimə ödəyəcəkdir. 1.7 .xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliyin tam icra edilməsi barədə təhvil-təslim aktınınn ayrı-ayrılıqda imzalanması cavabdehin müqavilələr üzrə öhdəliyinin tam yerinə yetirilməsi hesab olunacaqdır. 1.8 .Tərəflər barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və ya lazımınca yerinə yetirməyə borcludurlar.
2. Digər müddəalar 2.1 .Tərəflər barışıq sazişinin təsdiq edilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edirlər. 2.2 .Bu barışıq sazişi, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qərardadı elan edildiyi tarixdən qüvvəyə minir, iddiaçı və cavabdeh öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 2.3 .Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam verilir. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edir və eyni zamanda, gələcəkdə bir-birilərinə qarşı bu mübahisə ilə əlaqədar heç bir iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. 2.4 .Bu barışıq sazişi 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq iddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova