Məhkəmə qərarları › İş №e-2-2(113)-4166/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4166/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4166/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 211,966.76 manat məbləğində borcun, borcun vaxtında geri qaytarılmamasına görə hesablanmış 5,088.00 manat məbləğində cərimənin və ödənilmiş 508.00 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 217,562.76 (iki yüz on yeddimin beş yüzaltmış iki tam yetmiş altı) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İddiaçı”) ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 24 sentyabr 2023-cü il tarixli, 30-2023 saylı tədarük müqaviləsi (“Müqavilə”) imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı malları razılaşdırılmış müddətdə cavabdehin mülkiyyətinə verməyi, Cavabdeh Müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 18 fevral 2025-ci il tarixli 01 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh ƏDV daxil 259,107.94 manat məbləğində borcunu xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin Müqavilə üzrə İddiaçı qarşısında iddia ərizəsi verilən tarixə borcu 211,966.76 (iki yüz on bir min doqquz yüzaltmış altı tam yetmiş altı) manat təşkiledir. Müqavilənin 7.2-ci bəndinə əsasən, məhsulun ödənişi gecikdirildiyi təqdirdə, SatıcıAlıcıdan gecikdirilən hər gün üçün vaxtında haqqı ödənilməyən məhsulun dəyərinin 0,1 %-i məbləğində cərimə tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh borcun ödənilməsini iddia ərizəsi təqdim edilən ana 24 gün gecikdirmişdir. Belə olan halda, İddiaçı malların dəyərindən əlavə olaraq, borcun vaxtında geri qaytarılmamasına görə Cavabdehdən 5,088.00 (beş min səksən səkkiz) manat məbləğində dəbbə pulu tələb edir. İddiaçı qeyd olunan borcun ödənilməsi ilə bağlı Cavabdehə pretenziya göndərərək, mövcud borcun ödənilməsini tələb etmişdir. Təəssüflər olsun ki, Cavabdeh Müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri vaxtında yerinə yetirməmişdir.

3. 29.07.2025-ci il tarixində iddiaçınım nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı "xxxx" MMC-yə 2000 ABŞ dolları məbləğində ödəniş edilmiş, qətnamə qəbul edilərkən həmin ödənişin nəzərə alınmasını xahiş etmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 205,283.93 (iki yüz beş min iki yüz səksən üç tam doxsan üç) manat məbləğində borcun, borcun vaxtında geri qaytarılmamasına görə hesablanmış 20,118.00 (iyirmi min bir yüz on səkkiz) manat məbləğində cərimənin və ödənilmiş 523.00 (beş yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 225,924.93 (iki yüz iyirmi beş min doqquz yüz iyirmi dörd tam doxsan üç) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında danışıqlar yoxdur. Cavabdeh tərəf nə şirkətlə, nə də onunla əlaqə saxlamamışdır. 1 neçə iclas təxir edilir və cavabdeh tərəfindən sənəd təqdim edilmir. Proses yetərincə təxirə salınmışdır və iclasın cavabdehin növbəti ərizəsinə əsasən də təxirə salınmasına etiraz edir. Tərəflər arasında danışıqlar yoxdur. Bu məhkəmə icraatı dövründə pretenziyaya cavab verilməmişdir. Qüsurlu mal varsa mal onlara təqdim edilə bilər və bu formada təhvil-təslim aparılardı. Lakin tərəf bununla bağlı belə heç bir addım atmamışdır. Malların qüsurlu olmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. Əvvəlki iclaslarda bu məsələyə dair ətraflı izahlar verilmişdir. CLS Legal" MMC-nə 2000 ABŞ dolları məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmədən qətnamə qəbul edərkən bu məhkəmə xərcin də nəzərə alınmasını xahiş etdi.

6. Əvvəlki iclaslarda iştirak edən cavabdehin nümayəndəsi/vəkili Vəkil2 bildirmişdir ki, tərəflər arasında tədarük müqaviləsi bağlanılmışdır. Mallar tədarük edilib. Bu hissə işin mübahisəsiz halıdır. Məhkəməyə təqdim etdikləri müstəqil auditor rəyinin nəticə hissəsində göstərilən mallar qüsurludur. Qüsurlu malların miqdarı müyyən edilmişdir. Satılmayan və köhnəlmiş 25.615 manat dəyərində mal var, həmin malların dəyəri çıxıldıqda, cavabdehin iddiaçıya 157.770,85 ümumi borcu vardır.

7. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisənin məhkəmədən kənar qaydada həll olunması zərurəti yaranmışdır. Həmçinin səhhətilə əlaqədar olaraq bugünə təyin edilmiş məhkəmə iclasında iştirakı mümkün olmayacaqdır. Bu səbəbdən mübahisənin barışıq yolu ilə həll edilməsi və onunda də iştirakı ilə keçirilməsi məqsədi ilə məhkəmə iclasının uzaq olmayan tarixə təxirə salınmasını xahiş etmişdir.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 24 sentyabr 2023-cü il tarixli, 30-2023 saylı tədarük müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən Təchizatçı Malı razılaşdırılmış mqüddətdə Alıcının mülkiyyətinə verməyi, Alıcı isə hazırkı müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəliyə götürür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı Müqavilənin məqsədləri üçün “Mal” kompüter texnikası və/və ya komplektləşdiricilər, avadanlıq, ofis texnikası, eləcə də onlara aid digər texnika və aksessuarlar, proqram təminatı (material daşıyıcılarda, qablaşdırmada, elektron formada, aktivləşdinnə üçün elektron açarlar, proqram təminatı və ya avadanlığa texniki dəstək üçün istehsalçıdan sertifikatlar, xidmətlərin alınmasına hüquq verən təlim sertifikatları), eləcə də hazırkı Müqavilə çərçivəsində Təchizatçının təqdim etdiyi digər Mallardır.

13. Müqavilənin 1.3-cü bəndinə əsasən hazırkı Müqavilənin məqsədləri üçün “texniki dəstək” - proqram təminatının və ya avadanlığın texniki müşayiəti üzrə istehsalçı şirkətin standart xidmətidir. Proqram təminatına və ya avadanlığa texniki dəstəyin göstərilməsinin şərtləri istehsalçı şirkət tərəfindən müəyyən edilir.

14. Müqavilənin 1.4-cü bəndinə əsasən mal Alıcıya ayrıca partiyalarla çatdırılır. Malın hər partiyasının çeşidi və miqdarı Təchizatçının Alıcıya göndərdiyi təsdiqlənmiş sifarişdə müəyyən edilir. Alıcının sifarişi Təchizatçı tərəfindən təsdiqləndiyində və hazırkı Müqavilənin ayrılmaz hissəsi olan, icrası tərəflər üçün vacib olan Spesifikasiyalarda (Əlavələrdə) göstərildiyində Tərəflər çatdırılmış mal partiyasının çeşidini və miqdarını razılaşdırılmış hesab edirlər.

15. Müqavilənin 1.5-ci bəndinə əsasən hazırkı müqavilə çərçivəsində Alıcı Malı öz regionunda və ya Azərbaycanın digər regionlarındakı son istifadəçi və ya digər şirkətlər tərəfindən istifadəsi məqsədilə əldə edir.

16. Müqavilənin 2.1-ci bəndinə əsasən təchizatçı Alıcıdan sifariş qəbul etməyi və malın təchizatını DDP (İNCOTERMS - 201 Ö*) şərtləri əsasında Təchizatçının anbarına etməyi öhdəliyə götüriir. İlər bir təchizatda Müqaviləyə Spesifikasiyada (Əlavədə) digər təchizat yeri müəyyən edilə bilər.

17. Müqavilənin 2.2-ci bəndinə əsasən təchizatçı malı Müqaviləyə Əlavədə göstərilmiş müddətdə çatdırmağa zəmanət verir.

18. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı malı Təchizatçının elektron poçt və ya taksimil əlaqə ilə göndərilmiş, Malın yüklənməyə hazır olması barədə olan bildirişində göstərilən tarixdə qəbul etməyi öhdəliyə götürür. Alıcı, sifariş olunmuş mal partiyasının göndərilməyə hazır olduğu barədə bildirişi aldıqdan 3 (üç) iş günü ərzində göstərilən malı Təchizatçının anbarından çıxarmasa və ya təyinat məntəqəsində malı qəbul etməsə. Təchizatçının həmin malı çatdırına öhdəliyi müvafiq şəkildə yerinə yetirilmiş hesab olunur.

19. Müqavilənin 2.4-cü bəndinə əsasən təchiz edilən malın qiyməti, çeşidi və digər xüsusiyyətləri faktuıada (təhvil-təslim aktında) göstərilir. Fakturanm (təhvil-təslim aktının) məzmunu sifarişin məzmunu ilə eyni olmalıdır.

20. Müqavilənin 2.5-ci bəndinə əsasən mallarla birlikdə Təchizatçı bu sənədləri təqdim etməyi öhdəliyə götürür: hesab-faktuıa, xərclər fakturası (təhvil-təslim aktı).

21. Müqavilənin 2.6-ci bəndinə əsasən təchiz olunan mallar istehsalçının texniki şərtlərinə əsasən larada qablaşdırılır. Tara və qablaşdırmanın qiyməti malların qiymətinə daxildir. Tara və qablaşdırma geri qaytarılmır.

22. Müqavilənin 2.7-ci bəndinə əsasən alıcı Təchizatçı qarşısındakı pul öhdəliklərinin yerinə yetirilməsi müddətlərini pozduqda Təchizatçı növbəti çatdırılmanı cərimə sanksiyaları tətbiq etmədən boyata keçirməmək hüququna malikdir.

23. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı Müqavilənin 2-ci bəndində və ya Spesifikasiyada (Əlavədə) göstərilən çatdırılma yerində təhvil-təslim zamanı Alıcı və Təchizatçının nümayəndələrinin iştirakı ilə Alıcı faktura əsasında malların nomenklatura, miqdar, komplekdik və xarici görünüşünə görə yoxlamasını keçirir.

24. Müqavilənin 3.2-ci bəndinə əsasən Malların qəbulu zamanı Alıcı tərəfindən malların nomenklaturası, miqdarı, komplektliyi və xarici görünüşündə uyğunsuzluq aşkarlandıqda, Alıcı bunu Təchizatçıya həmin gün bildirməlidir. Bildiriş Təchizatçıya göndərilmə vaxtını göstərməyə imkan verən üsulla (məktub, teleqram, telefonoqrumma, faks, e-mail və s.) göndərilir. Təchizatçı Tərəflərin razılaşdığı müddət ərzində malı tamamlamalı, dəyişdirməli və ya artıqları götürməlidir.

25. Müqavilənin 3.3-cü bəndinə əsasən faktura (təhvil-təslim aktı) hər iki Tərəfin nümayəndələri tərəfindən imzalandıqda, Alıcının malların miqdarı, çeşidi, komplekdiyi və xarici görünüşü ilə əlaqədar iddialarına baxılmır və təmin edilmir.

26. Müqavilənin 3.4-cü bəndinə əsasən mallar üzərində mülkiyyət hüququ Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən malın çatdırılma vaxtını təsdiq edən fakturanın (təhviltəslim aktının) imzalanmasından etibarən Alıcıya keçir. Alıcının səlahiyyətli nümayəndəsi malları faktura (təhvil-təslim aktı) əsasında təqdim edən şə.xs hesab olunur. Alıcının səlahiyyətli nümayəndəsi malları faktura (təhvil-təslim aktı) əsasında təqdim edən və müvafiq şəkildə rəsmiləşdirilmiş etibarnamə əsasında fəaliyyət göstərən şəxs hesab olunur. Alıcı Təchizatçıya etibarnamə verir. Müvafiq sənəd olmadan mal Təchizatçıdan Alıcıya ötürülə bilməz.

27. Müqavilənin 3.5-ci bəndinə əsasən malın təchizatçıdan Alıcıya verildiyi andan malın təsadüfən məhv olması riski, itki və ya zədələnmə riskləri Təchizatçıdan Alıcıya və ya Alıcının səlahiyyət verdiyi digər şəxsə, həmçinin Alıcını daşıyıcısı, kuryerinə ötürülür.

28. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malları aşağıdakı hallarda Təchizatçıya geri qaytara bilər: a) Tərəflər arasında malların qaytarılması haqqında müqavilə bağlandıqda; b) malların keyfiyyəti lazımi şəkildə olmadıqda (gizli çatışmazlıqlar), 14 gün müddətində çatışmazlıqlar zəmanət xidməti ilə aradan qaldırıla bilmədikdə.

29. Müqavilənin 4.2-ci bəndinə əsasən malların geri qaytarılınası onların çatdırıldığı vaxt mövcud olmuş qiymətlərlə həyata keçirilir.

30. Müqavilənin 4.3-cü bəndinə əsasən təchizatçı xarici görünüşü korlanmış, eləcə da cızılmış, sürtülmüş və digər şəkildə zədələnmiş, komplokt şəkildə olmayan, qablaşdırması zədələnmiş və ya akkumulyator batareyası açılmış malları qəbul etməmək hüququna malikdir. Təchizatçı öz ixtiyarı ilə xarici görünüşünü itirmiş malları qiymətinin azaldılması ilə qəbul edə bilər. Geri qaytarılan malların xarici görünüşünün itməsi ilə bağlı təzminatın miqdarı Təchizatçı tərəfindən müəyyən olunur.

31. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcıya çatdırılana qədər zədələnmiş mal Təchizatçının bu barədə yazılı məlumatlandırılmasından 20 (iyirmi) iş günü ərzində Təchizatçının hesabına dəyişdirilir. Malın Alıcıya çatdırılana qədər zədələndiyini sübut etmək öhdəliyi Alıcıya aiddir.

32. Müqavilənin 4.5-ci bəndinə əsasən xarab Malın çatdırılması Alıcının hesabına həyata keçirilir.

33. Müqavilənin 5.1-ci bəndinə əsasən malların qiyməti 18% ƏDV nəzərə alınmaqla, Azərbaycan Respublikasının milli valyutası ilə qoyulur və imzalandığı andan bu Müqavilənin ayrılmaz hissəsi olan fakturalaıda (təhvil-təslim aktlarında) göstərilir. Hazırkı Müqavilənin ümumi dəyəri Spesifikasiyalarda, fakturalarda. Müqaviləyə Əlavələrdə göstərilmiş məbləğlərdən ibarətdir.

34. Müqavilənin 5.2-ci bəndinə əsasən mala görə ödəniş mal partiyasının dəyərinin Təchizatçının cari hesabına köçürməklə həyata keçirilir, ödəniş qaydası Əlavə ilə müəyyən edilir.

35. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, hazırkı Müqavilənin icrası zamanı Azərbaycan Respublikasının qanunvericiliyində malların qiymətinin formalaşmasına obyektiv təsir edən dəyişikliklər olarsa, malların ümumi dəyəri Təchizatçının təşəbbüsü ilə dəyişdirilə bilər, buna görə Tərəflər hazırkı Müqaviləyə əlavə razılaşma imzalayırlar.

36. Müqavilənin 5.5-ci bəndinə əsasən son istifadəçi tərəfindən mallara görə vaxtsız ödəniş (ödənişdən imtina) Alıcı üçün hazırkı Müqavilə üzrə ödənişi saxlamağa və ya ondan imtina etməyə əsas deyil.

37. Müqavilənin 7.1-ci bəndinə əsasən hazırkı Müqavilənin şənlərinin yerinə yetirilməməsinə, lazımi şəkildə olmayan və ya qismən yerinə yetirilməsinə görə bu bölmədə nəzərdə tutulmuş şərtlərlə Tərəflər hazırkı Müqavilə əsasında məsuliyyət daşıyırlar.

38. Müqavilənin 7.2-ci bəndinə əsasən məhsulun ödənişi gccikdirildiyi təqdirdə. Satıcı Alıcıdan gecikdiıilən hər giin üçün vaxtında haqqı ödənilməyən məhsulun dəyərinin 0,1%-i məbləğində cərimə tələb etmək hüququna malikdir.

39. Müqavilənin 7.3-cü bəndinə əsasən alıcı müqaviləni pozaraq məhsulu qəbul etməkdən və ona görə ödəniş etməkdən imtina edərsə, Satıcı öz mülahizəsi əsasında malların ödənişini tələb etmək və ya müqavilənin icrasından imtina etmək, habelə bununla bağlı ona dəyən zərərin əvəzinin geri ödənilməsini tələb etmək hüququna malikdir.

40. Müqavilənin 7.4-cü bəndinə əsasən haqqı ödənilən məhsulun təchizatının (təslimatının) gecikməsi zamanı. Alıcı Satıcıdan gecikdirilan hər gün üçtin haqqı ödənilən və vaxtında çatdırılmayan malın dəyərinin 0,1%-i məbləğində cərimə tələb etmək hüququna malikdir.

41. Müqavilənin 7.5-ci bəndinə əsasən təchiz, edilən mallar keyfiyyət standartlarına, digər normativ-texniki sənədlərə və ya müqavilənin digər şərtlərinə cavab vermədikdə, təchizatçı Alıcıya keyfiyyətsiz, məhsulun dəyərinin 0,1%-i məbləğində dəbhə pulu (cərimə) ödəyir.

42. Qeyd edilən Müqaviləyə 18 fevral 2025-ci il tarixli 01 saylı Əlavə Razılaşmaya əsasən tərəflər aşağıdakılar barədə razılığa gəldilər: 1. Alıcı Təchizatçıya olan ƏDV daxil 259.107, 94 (iki yüz əlli doqquz min bir yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində borcunun xx.xx.2025-ci il tarixinə qədər ödənilməsini öhdəsinə götürür. 2. Təchizatçı Alıcının borcunun ödənilməsi müqabilində Alıcıya göndərilmiş mal üçün 26.350 (iyirmi altı min üç yüz əlli) manat məbləğində endirim təqdim edir. Razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

43. 06 aprel 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 12 adda mallar, 07 may 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 01 adda mallar, 10 may 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 01 adda mallar, 16 may 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 05 adda mallar, 25 iyun 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 01 adda mallar, 25 iyun 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 13 adda mallar, 28 iyun 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 08 adda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

44. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə satılmış mallara dair xx.xx.2024-cü il tarixli, MT**********85 saylı 74732,10 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********36 saylı 14457,36 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********86 saylı 5729,84 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********20 saylı 4965,86 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********74 saylı 5720,01 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********90 saylı 5348,90 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********50 saylı 32123,14 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********32 saylı 22824,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********61 saylı 396,03 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********70 saylı 150172,78 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT**********76 saylı 10278 manat məbləğində e-qaimələr göndərilmişdir.

45. Bank hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixində 3813,56 manat, xx.xx.2025-ci il tarixində 4237,29 manat, xx.xx.2025-ci il tarixində 8474,58 manat, xx.xx.2025-ci il tarixində 3050,85 manat, xx.xx.2025-ci il tarixində 4237,29 manat, xx.xx.2025-ci il tarixində 12800 manat, xx.xx.2025ci il tarixində 9000 manat məbləğində ödənişlər edilmişdir.

46. Cavabdehin təqdim etdiyi "xxxx" MMC tərəfindən hazırlanmış müstəqil aduditorun hesabatına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə təchizatçı tərəfindən satılmış malların dəyəri 854604,32 manat, alıcının banak hesabından aldığı mallara görə ödədiyi əsas məbləğ 551967,30 manat, alıcının bank hesabından aldığı mallara görə ödədiyi ƏDV məbləği 88532,35 manat, alıcının ƏDV depozit hesabından aldığı mallara görə ödədiyi ƏDV məbləği 10820,82 manat, qalıq borc 203283,85 manat, təchizatçıya qaytarılması nəzərdə tutulan qüsurlu malların dəyəri 19898 manat, təchizatçıya qaytarılması nəzərdə tutulan köhnəlmiş malların dəyəri 25615 manat, yekun borc 157.770,85 manat müəyyən edilmişdir.

47. 01.05.2025-il tarixli bank hesabdan çıxarışa əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına 7400 manat məbləğində ödəniş edilmişdir.

48. Maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 sentyabr 2023-cü il tarixli, 30-2023 saylı tədarük müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Elcore malları razılaşdırılmış müddətdə CSBO-nun mülkiyyətinə verməyi, CSBO Müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 18 fevral 2025-ci il tarixli 01 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh ƏDV daxil 259,107.94 manat məbləğində borcunu xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixdən iddia ərizəsi verilən tarixə Cavabdeh MMC tərəfindən ümumilikdə ƏDV daxil 53,824.01 manat ödəniş edilmişdir. Arayış verilən tarixə borc məbləği ƏDV daxil 205,283.93 manat təşkil edir. Bundan başqa, Müqavilənin 7.2-ci bəndinə əsasən, məhsulun ödənişi gecikdirildiyi təqdirdə, Satıcı Alıcıdan gecikdirilən hər gün üçün vaxtında haqqı ödənilməyən məhsulun dəyərinin 0,1 %-i məbləğində cərimə tələb etmək hüququna malikdir. 07 avqust 2025-ci il tarixə borcun ödənilməsinin gecikməsi 98 gün təşkil edir. Belə olan halda, borcun vaxtında geri qaytarılmamasına görə 20,118.00 manat məbləğində dəbbə pulu hesablanmışdır.

49. 18.12.2024-cü il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə hesabat dövründə yaranan borc – 854604,32 manat, hesabat ərzində ödəniş məbləği 559467,16 manat, üzləşmə aparılan tarixə borc qalığı 295.137,15 manat müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edlmişdir.

50. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

52. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

53. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

54. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

55. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

56. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

57. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

58. Göründüyü kimi tərəflər arasında 24 sentyabr 2023-cü il tarixli, 30-2023 saylı tədarük müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən Təchizatçı Malı razılaşdırılmış müddətdə Alıcının mülkiyyətinə verməyi, Alıcı isə hazırkı müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəliyə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 205.283,93 manat ödənilməmiş borcu qalmışdır. Müqavilənin bağlanması, malların təhviltəslimi, borcun mövcüdluğu iş materiallarına və tərəflərin izahatlarına əsasən işin mübahisəsiz halıdır.

59. Cavabdehin hazırlıq iclaslarında iştirak etdiyi nümayəndəsinin mübahisələndirdiyi hallar ondan ibarət olmuşdur ki, bəzi malların artıq vaxtı keçmişdir, onları iddiaçı geri qaytarmalıdır və tərəflər arasında imzalanmış Əlavə Razılaşmaya əsasən 26350 manat endirim edilməlidir. Bunlar nəzərə alınmaqla cavabdehin iddiaçıya cəmi 157.770,85 manat borcu qalır. İddiaçının nümayəndəsi isə cavabdehin bu arqumentləri ilə razılaşmayaraq qeyd etmişdir ki, malların qüsurlu olması ilə bağlı iddiaçıya müraciət olunmayıb və endirim məsələsinə gəldikdə isə qeyd edirlər ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli Əlavə Razılaşmaya əsasən cavabdeh borc məbləğini xx.xx.2025-ci il tarixinə kimi ödədiyi halda 26350 manat edirim ediləcəyi razılaşdırılmışdır, cavabdeh ödənişi vaxtında etmədiyi üçün tam borcun ödənişini tələb edirlər.

60. Məhkəmə iddiaçı tərəf ilə razılaşaraq qeyd edir ki, Tərəflər arasında bağlanmış Müqavilənin “3.2-ci bəndinə əsasən Malların qəbulu zamanı Alıcı tərəfindən malların nomenklaturası, miqdarı, komplektliyi və xarici görünüşündə uyğunsuzluq aşkarlandıqda, Alıcı bunu Təchizatçıya həmin gün bildirməlidir. Bildiriş Təchizatçıya göndərilmə vaxtını göstərməyə imkan verən üsulla (məktub, teleqram, telefonoqrumma, faks, e-ınail və s.) göndərilir. Təchizatçı Tərəflərin razılaşdığı müddət ərzində malı tamamlamalı, dəyişdirməli və ya artıqları götürməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən faktura (təhvil-təslim aktı) hər iki Tərəfin nümayəndələri tərəfindən imzalandıqda, Alıcının malların miqdarı, çeşidi, komplekdiyi və xarici görünüşü ilə əlaqədar iddialarına baxılmır və təmin edilmir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malları aşağıdakı hallarda Təchizatçıya geri qaytara bilər: a) Tərəflər arasında malların qaytarılması haqqında müqavilə bağlandıqda; b) malların keyfiyyəti lazımi şəkildə olmadıqda (gizli çatışmazlıqlar), 14 gün müddətində çatışmazlıqlar zəmanət xidməti ilə aradan qaldırıla bilmədikdə.” Müqaviləyə 18 fevral 2025-ci il tarixli 01 saylı Əlavə Razılaşmaya əsasən tərəflər aşağıdakılar barədə razılığa gəldilər: Alıcı Təchizatçıya olan ƏDV daxil 259.107, 94 (iki yüz əlli doqquz min bir yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində borcunun xx.xx.2025-ci il tarixinə qədər ödənilməsini öhdəsinə götürür. Təchizatçı Alıcının borcunun ödənilməsi müqabilində Alıcıya göndərilmiş mal üçün 26.350 (iyirmi altı min üç yüz əlli) manat məbləğində endirim təqdim edir. Razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

61. Beləliklə, göründüyü kimi əgər satılmış mallarda cavabdehin təqdim etdiyi auditor hesabatında göstərildiyi kimi qüsurlar mövcüd idisə, alıcı Müqavilənin yuxarıda qeyd etdiyi müddətlər ərzində müvafiq addımlar atmalı idi, lakin iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilənə kimi qüsurlu mallar ilə bağlı hər hansı müraciət edilməmişdir. Digər tərəfdən borcun məbləğinə dair tərəflər arasında üzləşmə aktı da imzalanmışdır. Əgər mallarda qüsurlar var idisə, cavabdeh tərəf həmin məbləğdə borcun mövcüdluğunu təsdiq etməzdi. O ki qaldı 26.350 manat endirim məsələsinə, məhkəmə qeyd edir ki, imzalanmış Əlavə Razılaşmaya əsasən cavabdeh tərəfindən ƏDV daxil 259.107,94 manat məbləğində borc xx.xx.2025-ci il tarixinə qədər ödənildiyi halda tətbiq edilə bilərdi, lakin ödənişlər qeyd edilən tarixə qədər edilmədiyi üçün iddiaçı tərəf haqlı olaraq hər hansı qüzəşti tətbiq etməmişdir.

62. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim və üzləşmə aktları, qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 205.283,93 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

63. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 205.283,93 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 205.283,93 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

64. Bundan əlavə iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtinə əsasən 20118 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

65. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

66. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

67. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

68. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (205.283,93 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, tutulacaq dəbbə pulu 10.264 manat məbləğində müəyyən edilməlidir.

69. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2000 ABŞ dolları məbləğində hüquqi xidmətə görə xərc və 523 manat dövlət rüsumu ödənilmişdir.

70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

71. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

72. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

73. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 506 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 800 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən ƏDV daxil 205.283,93 manat borc məbləği, 10.264 manat dəbbə pulu, cəmi 215.547,93 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 800 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq 506 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar