Məhkəmə qərarları › İş №e-2-2(113)-417/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-417/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-417/2022 28.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı X1 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən ödənilməmiş 16419 manat məbləğin mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin cavabdehdən tutularaq ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" QSC arasında AX-FS 20/009A saylı 15.02.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı sifarişçinin Qazaxıstan Respublikasında həyata keçirdiyi Almatı layihəsində maliyyə və mühasibatlıq uçotu ilə əlaqədar işlərin icrasını və nəzarətini həyata keçirməyi, sifarişçi isə 1 ay üçün iddiaçıya 3294 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə görə icraçı bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü icra edir. 2.3-cü bəndinə görə ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktları imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbət ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. İddiaçı sözügedən müqavilə üzrə bütün vəzifələrini yerinə yetirmişdir. Cavabdeh müqavilə üzrə görülən işlərin müqabilində iddiaçıya hər ay xidmət haqqı ödəməli olduğu halda 2020-ci ilin fevral ayından avqust ayınadək cəmi bir dəfə 07 iyul 2020-ci il tarixdə 3294 manat xidmət haqqı ödəmişdir (əlavə olunur). Hal-hazırda cavabdehin iddiaçıya ödəyəcəyi məbləğ 16419 manat təşkil edir. Cavabdehlə bağlanmış xidmət müqaviləsinin 8.2-ci bəndinə görə tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə dinc qaydada həll olunmalıdır. İddiaçı dəfələrlə xidmət haqqının ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin bu günədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Müqavilənin 8.3-cü bəndinə görə mübahisələr danışıqlar yolu ilə həll olunmursa bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı AX-FS 20/009A müqaviləsinə istinad etmişdir. Sözügedən müqavilənin surətindən görünür ki, müqavilənin səhifələri yalnız icraçı tərəfindən paraflanıb. Həmin müqavilənin əsli şirkətdə tapıla bilmədiyi üçün müqavilənin ümumiyyətlə mövcudluğu şübhə doğurur. Hesab olunur ki, müqavilənin əsli məhkəməyə təqdim edilməlidir. Eyni zamanda vurğulamaq istəyirik ki, həmin dövrdə müəssisənin rəhbəri X4 idi. Müqavilə isə Anar Məmmədov tərəfindən imzalanmışdır.Hazırlıq iclası zamanı iddiaçı etiraf etmişdir ki, müqavilənin əsli onda mövcud deyil. Bu bir daha onu göstərir ki, sənədlərin saxtalaşdırılması ehtimalı yüksəkdir. Ümumiyyətlə sənəddəki imzanın həqiqiliyini müəyyən etmək əsli təqdim edilmədiyi təqdirdə mümkün deyil. Eyni zamanda ilk hazırlıq iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddiaçı Qazaxstan Respublikasında cavabdehə qarşı iki iddia qaldırmış və həmin iddialara baxış davam edir. Subutedici sənədlər elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Həmin iddiaların eyni predmetli olub-olmamasına dair müvafiq sorğu verilməsi tərəfimizdən zəruri hesab edilir. İddiaçının təqdim etdiyi aktların əsli təqdim edilməsi tərəfimizdən zəruri hesab edilir. İş materialların hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. “Elektron qaimə-fakturanm formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə- faktura təqdim edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəki məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 fevral 2020-ci il tarixli X3 ilə "xxxx" QSC arasında AX-FS 20/009A saylı xidmət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən X3 "xxxx" QSC-nin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maliyyə və mühasibatlıq uçotu ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür. 15 fevral 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixinə kimi X1 xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlindən görünür ki, fevral ayı ərzində xidmət göstərdiyi 13 gün üçün X1 xidmət haqqı 1713 manat, mart ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manat, aprel ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manat, may ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manat, iyun ayı ərzində xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manat, iyul ayı ərzində xidmət göstərdiyi 27 gün üçün xidmət haqqı 3294 manat, avqust ayı ərzində xidmət göstərdiyi 10 gün üçün isə xidmət haqqı 1267 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 29 fevral 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 15.02.2020-29.02.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 13 gün üçün xidmət haqqı 1976,40 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 31 mart 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.03.2020-31.03.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 30 aprel 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.04.2020-30.04.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 31 may 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.05.2020-31.05.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 27 gün üçün xidmət haqqı 3294 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 30 iyun 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.06.2020-30.06.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 26 gün üçün xidmət haqqı 3294 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 31 iyul 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.07.2020-31.07.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 27 gün üçün xidmət haqqı 3294 manatdır. X3 ilə "xxxx" QSC arasında bağlanmış 12 avqust 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, 01.08.2020-12.08.2020-ci dövrü ərzində X1 xidmət göstərdiyi 10 gün üçün xidmət haqqı 1266,92 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 465.2 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş xidməti müqavilə, iş vaxtının aylıq uçot cədvəlləri və görülmüş işin təhvil-təslim aktlarının sürətlərindən, həmçinin alınan izahatlardan müəyyən edilmişdir ki, 15.02.2020-ci il tarixdə "xxxx" ASC ilə X3 arasında bağlanmış xidməti müqaviləsinə əsasən iddiaçı 15.02.2020-ci il tarixdən 12.08.2020-ci il tarixədək cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maliyyə və mühasibatlıq uçotu ilə əlaqədar işlərin icrasını və nəzarətini həyata keçirmişdir. Həmin müqaviləyə əsasən aylıq xidmət haqqı müəyyən edilsə də, həmin dövr üçün yalnız bir dəfə 07 iyul 2020-ci il tarixdə 3294 manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi X3 cəmiyyətdə mühasib kimi təxminən 6 ay fəaliyyət göstərsə də, xidmət haqqını tam həcmdə almadığından iddiaçının xidmət haqqı və mediasiya xərci ilə ilə bağlı tələbi əsaslıdır. Lakin iddiaçı 16419 manat məbləğində pulun ödənilməsini tələb etsə də və məhkəmə görülmüş işin təhvil-təslim aktlarında göstərilən mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə ödəniləcək vəsaitlə razılaşırsa, fevral ayı ilə bağlı qeyd edir ki, təxminən yarım ay fəaliyyət göstərən və 3294 manat məbləğində aylıq xidmət haqqı olan mühasibə 1975,40 manat məbləğində vəsaitin ödənilməsi inandırıcı deyil. Buna görə fevral ayı üçün ödəniləcək xidmət haqqı iddiaçının istinad etdiyi “görülmüş işin təhvil-təslim aktında” göstərilən məbləg deyil, “iş vaxtının aylıq uçot cədvəlində” müəyyən edilmiş 1713 manat əsas götürülməli və iddiaçıya ödəniləcək xidmət haqqı, bir ay üçün ödənilmiş vəsait çıxmaq şərti ilə 16155,92 (1713+3294+3294+3294+3294+3294+1266,92) manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi 16155,92 manat əsas borc və 200 mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" QSC-dən 16155,92 manat əsas borc və 200 manat mediasiya xərci tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 16155,92 manat əsas borc və 200 manat mediasiya xərci tutularaq iddiaçı X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar