Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-417/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin birtərəfli ləğvi və onun qaydası, iradə ifdəsi, lizinq obyektinin saz və işlək saxlanılmasına məsuliyyət, öhdəliyin pozulması nəticəsində dəyən zərər, qənaət edilmiş xərc, normal köhnəlmə – amortizasiya) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı, Birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “BMW 528i” markalı, 2012-ci il buraxılışı, ban nömrəsi XXXXX, mühərrik nömrəsi XXXXolan nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 2022-ci ilin mаy аyındа cavabdeh ilə dахili lizinq müqаviləsinin bаğlаnmаsı üçün dаnışıqlаr аpаrılmış, iddiaçının tаnışı özünə məхsus “BMW” mаrkаlı аvtоmаşını cavabdehə 24 min mаnаtа satmış, nəqliyyat vasitəsi əvvəlcə cavabdehin mülkiyyətinə, dаhа sоnrа xx.xx.2022-ci il tаriхli dахili lizinq müqаviləsinə əsаsən iddiaçının istifadəsinə verilmiş və cədvəl üzrə cavabdehə hissə-hissə ödənişlərin həyata keçirilməsi razılaşdırılmışdır. Lakin cavabdehin rəhbəri Еlnur Yusifоv аdlı şəхslə dаnışıqlаr аpаrılаrkən sоnuncu bildirmişdir ki, nəqliyyat vasitəsinin alış qiyməti 24 min mаnаt rəsmi оlаrаq göstərilsə də, faktiki оlаrаq 20 min mаnаt vеriləcək, cədvəl üzrə isə 24 min mаnаt ödəniləcəkdir. Еlnur adlı şəxs həmçinin bildirmişdir ki, 4 min mаnаt fərq cavabdehə qаlаcаq. xx.xx.2022-ci il tаriхli dахili lizinq müqаviləsi imzаlаndıqdаn sоnrа müqаvilədə 24 min mаnаt göstərilsə də, fаktiki оlаrаq 20 min mаnаt vеrilmiş və cavabdehin rəhbəri Еlnur Yusifоv аdlı şəхsdən sоruşulduqdа о, bu pulu, yəni 4 min mаnаtı “şаpkа, cаlаq” və sаir аdlаrlа аdlаndırmış və qаytаrılmаyаcаğını bildirmişdir. Göründüyü kimi, 4 min mаnаt pul vəsаiti fаktiki оlаrаq аrtıq şəkildə аlınmışdır ki, bu əməl də qаnunsuz hеsаb оlunur. Bu fаktı аvtоmаşının əvvəlki sаhibi təsdiq еdir və bununlа əlаqədаr səs yаzısı dа mövcuddur. 2.2. Dаhа sоnrа, iddiaçı tərəfindən cədvəl üzrə ödənişlər həyаtа kеçirilmiş, lаkin işlərin zəifləməsi ilə əlаqədаr аylıq ödəniş tаm həyаtа kеçirilə bilməmiş, nəticədə cavabdeh tərəfindən müqаvilə birtərəfli ləğv еdilmişdir. Bundаn sоnrа, cаvаbdеh tərəfindən müqаviləyə хitаm vеrilməsi bаrədə 18 iyul 2024-cü il tаriхli bildiriş göndərilmişdir. Müqаviləyə хitаm vеrilməsinin əsаsı kimi Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 748-1.1.12.4-cü mаddəsinə istinаd еdilmişdir. Hаlbuki vaxtlı-vахtındа qrаfik üzrə lizinq ödənişləri həyаtа kеçirilmiş, kənаrlаşmа isə cüzi miqdаrdа bаş vеrmişdir. Lаkin bunа bахmаyаrаq, cаvаbdеh özbаşınа оlаrаq bоrcu şişirtmiş, nəticədə müqаviləyə birtərəfli оlаrаq хitаm vеrmişdir. 2.3. Qаnun ardıcıl olaraq iki dəfədən artıq ödənmədiyini nəzərdə tutur, hаzırkı vəziyyətdə isə lizinq götürən tаm оlmаsа dа, hissəvi оlаrаq lizinq hаqqının ödənilməsini həyаtа kеçirmişdir. Bаşqа sözlə, tаm ödənilməmə hаllаrı оlmаmışdır. İş üzrə iddiaçı tərəfindən 20 000 manatdan artıq məbləğdə ödəniş həyata keçirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir xəbərdarlıq olunmadan, avtomobilin üzərinə həbs qoyulması barədə məhkəmədə mübahisə getdiyi zaman lizinq obyekti olan avtomobil təhvil-təslim aktı imzalanmadan alınmış və geri qaytarılmamışdır. Həmçinin iddiaçı ilə lizinq müqaviləsi 36 ay müddətinə bağlanmış, müqavilənin müddəti bitmədən avtomobil iddiaçıdan alınmışdır. Lakin iddiaçı öhdəlikdən imtina etmir, bu gün də öhdəliyi icra etməyə hazırdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 748-1.1.12.4-cü maddəsi göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəliyini vaxtlı-vaxtında icra etmədiyindən müqavilənin lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada ləğv etmək hüququ tərəflər arasında bağlanmış lizinq müqaviləsi ilə yanaşı, Mülki Məcəllənin də verdiyi imkanlardan biridir. Lizinq münasibətlərinin davam etdiyi dövrlərdə, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən 02 fevral 2024-cü il tarixli EL 1564/24 nömrəli son xəbərdarlıq məktubu göndərmişdir. Həmin məktubun göndərilməsində məqsəd ödənilməli olan lizinq borcunun tələb olunması olmuşdur. Həmçinin bu rəsmi müraciətlə iddiaçıya bildirilmişdir ki, lizinq müqaviləsinin Mülki Məcəllənin 748-1.1.12.4-cü maddəsinin tələbləri əsasında birtərəfli qaydada ləğv olunması həyata keçiriləcəkdir. 5.2. Daha sonra, iddiaçı daimi olaraq lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməkdən yayınmağa çalışmışdır. Hətta nəqliyyat vasitəsini gizlətməklə, onu mülkiyyətçiyə qaytarmağı belə istəməmişdir. Bundan başqa, nəqliyyat vasitəsi iddiaçının istifadəsində olarkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində cərimələr yazılmışdır. 2024-cü ilin mart ayı üzrə yaranmış borcunun ödənilməməsinə görə 3 iş günü ərzində borcun ödənilməsinin tələb olunması və əks təqdirdə, müqavilənin birtərəfli qaydada ləğv olunması barədə 03 iyul 2024-vü il tarixli EL 2146 nömrəli son xəbərdarlıq məktubu göndərilmişdir. Məktub rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və iddiaçı tərəfindən də alınmışdır. Bundan sonra, 10 iyul 2024-cü il tarixli ELX 2173/24 nömrəli növbəti son xəbərdarlıq məktubu hazırlanmış və göndərilmişdir. Məktub əvvəlki məktublar kimi rəsmi qaydada iddiaçıya çatdırılmış və onun tərəfindən də alınmışdır. Yuxarıda göstərilən rəsmi xəbərdarlıqlara və digər rəsmi müraciətlərə baxmayaraq, iddiaçı yenə də öhdəliyini yerinə yetirmədiyindən lizinq təşkilatı olaraq ona 18 iyul 2024cü il tarixli ELX 2207/24 nömrəli təklif məktubu göndərilmişdir. Məktubla ona bir daha bildirilmişdir ki, artıq 10 iyul 2024-cü il tarixli son xəbərdarlığa əhəmiyyət vermədiyindən lizinq müqaviləsinə xitam verilir və 1 iş günü ərzində lizinq obyektinin geri qaytarılması tələb olunur. 5.3. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən könüllü qaydada qaytarılmadığından AR DİN-in yol polisi əməkdaşlarının müvafiq tədbiri nəticəsində ondan geri götürülmüşdür. Nəqliyyat vasitəsi geri qaytarıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçı heç bir hüquqi əsas olmadan və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin tələblərinə zidd gedərək, avtomaşını başqa-başqa şəxslərin sahiblik və istifadəsinə vermiş, nəqliyyat vasitəsinin idarə olunması nəticəsində yol hərəkəti qaydalarını pozduğundan bir çox cərimələr yazılmış və eləcə də müqavilədə nəzərdə tutulmuş və üzərinə düşən öhdəlik olaraq, avtomaşının normal saxlanılmasını, günədilk tələb olunan xərclərini yerinə yetirməmişdir. Bütün bunlar onu bildirir ki, iddiaçı lizinq müqviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini tam şəkildə pozmuşdur. 5.4. Göstərilən bu xüsusatlara görə, həm lizinq müqaviləsinin, həm də Mülki Məcəllənin 748-1.1.12.4-cü maddəsinin tələbləri əsasında lizinq müqaviləsi lizinq verən tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. İddia ərizəsində göstərilən xüsusatlar isə həqiqəti əks etdirmir və ancaq iddiaçının özünün irəli sürmüş olduğu fikir və mülahizələrdən başqa bir şey deyildir.
6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 748-1.1.12.4-cü maddəsi göstərilmişdir.
b) İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair
7. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 962,81 manat lizinq ödənişinin, lizinq obyektinə vurulmuş 8550 manat maddi zərərin əvəzinin, bu zərərin müəyyənləşdirilməsi üçün qiymətləndirmə və nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi üçün ödənilmiş 233,05 manat xərcin, yol hərəkəti qaydalarının pozulması nəticəsində yazılmış 631,40 manat cərimənin və ödənilmiş 159 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.1. iddiaçı ilə cavabdeh arasında 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyini yerinə yetirərək, müqavilə üzrə lizinqə verilməli olan nəqliyyat vasitəsini cavabdehin sahiblik və istifadəsinə vermişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini, yəni hər ay ödəməli olduğu lizinq ödənişlərini vaxtlıvaxtında icra etməmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin lizinq verənin (iş üzrə iddiaçının) təşəbbüsü ilə birtərəfli qaydada ləğv edilməsi hüququ həm müqavilənin, həm də Mülki Məcəllənin verdiyi imkanlardan biridir. Lizinq münasibətlərinin davam etdiyi dövrlərdə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı (lizinq təşkilatı) 02 fevral 2024-cü il tarixli EL N 1564/24 nömrəli son xəbərdarlıq məktubu göndərmişdir. Həmin məktubun göndərilməsində məqsəd ödənilməli olan lizinq borcunun tələb olunması olmuşdur. Həmçinin həmin rəsmi müraciətlə iddiaçıya bildirilmişdir ki, lizinq müqaviləsinin Mülki Məcəllənin 748-1.1.12.4-cü maddəsinin tələbləri əsasında birtərəfli qaydada ləğv olunması həyata keçirliəcəkdir. 8.2. Cavabdeh nəqliyyat vasitəsini gizlətməklə, onu mülkiyyətçiyə qaytarmağı belə istəməmişdir. Bundan başqa, dəfələrlə nəqliyyat vasitəsi iddiaçının istifadəsində olarkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində cərimələr yazılmışdır. 2024-cü ilin mart ayı üzrə yaranmış borcunun ödənilməməsinə görə 3 iş günü ərzində borcun ödənilməsinin tələb olunması və əks təqdirdə, müqavilənin birtərəfli qaydada ləğv olunması barədə 03 iyul 2024-cü il tarixli EL N 2146 nömrəli növbəti son xəbərdarlıq məktubu göndərilmişdir. Məktub rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və cavabdeh tərəfindən də alınmışdır. Bundan sonra, cavabdeh yenə də buna əhəmiyyət vermədiyindən 10 iyul 2024-cü il tarixli ELX N 2173/24 nömrəli yeni son xəbərdarlıq məktubu hazırlanmış və göndərilmişdir. Məktub əvvəlki məktublar kimi rəsmi qaydada cavabdehə çatdırılmış və onun tərəfindən də alınmışdır. Yuxarıda göstərilən rəsmi xəbərdarlıqlara və digər rəsmi müraciətlərə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən ona 18 iyul 2024-cü il tarixli ELX 2207/24 nömrəli təklif məktubu göndərilmişdir. Məktubla bir daha bildirilmişdir ki, artıq 10 iyul 2024-cü il tarixli son xəbərdarlığa əhəmiyyət vermədiyindən lizinq müqaviləsinə xitam verilir və 1 iş günü ərzində lizinq obyektinin geri qaytarılması tələb olunur. 8.3. Nəqliyyat vasitəsi cavabdeh tərəfindən könüllü qaydada qaytarılmadığından AR DİN-in yol polisi əməkdaşlarının müvafiq tədbiri nəticəsində nəqiliyyat vasitəsi ondan geri götürülmüşdür (alınmışdır). Bu barədə müvafiq akt tərtib edilmiş və avtomaşın iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən faktiki olaraq götürülmüşdür. Nəqliyyat vasitəsi geri qaytarıldıqdan sonra müəyyən olunmuşdur ki, iddiaçı heç bir hüquqi əsas olmadan və tərəflər arasında bağlanmış lizinq muqaviləsinin tələblərinə zidd gedərək, avtomaşını başqa-başqa şəxslərin sahiblik və istifadəsinə vermiş, nəqliyyat vasitəsinin idarə olunması nəticəsində yol hərəkəti qaydalarını pozduğundan bir çox cərimələr yazılmış və eləcə də müqavilədə nəzərdə tutulmuş və üzərinə düşən öhdəlik olaraq, avtomaşının normal saxlanılması, gündəlik tələb olunan xərcləri yerinə yetirməmişdir. Bütün bunlar onu bildirir ki, iddiaçı lizinq müqviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini tam şəkildə pozmuşdur. Göstərilən bu xüsustalara görə, həm lizinq müqaviləsinin, həm də Mülki Məcəllənin 748-1.1.12.4-cü maddəsinin tələbləri əsasında lizinq müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. Çünki cavabdehin təkcə müqavilədən irəli gələrək ödənilməli olan, lakin ödənilməmiş lizinq ödənişləri üçün deyil, həmçinin nəqliyyat vasitəsinin onun (cavabdehin) sahiblik və istifadəsində olduğu müddət ərzində avtomaşının cari xərclərini yerinə yetirməməsi nəticəsində dəymiş ziyan və eləcə də yol hərəkəti qaydalarını pozduğuna görə sonradan iddiaçı tərəfindən ödənilmiş cərimələrə görə də öhdəliyi yaranmışdır. 8.4. Cavabdehin ödəməli olan lizinq ödənişləri və digər xərclərə görə onunla dəfələrlə şifahi qaydada danışılmasına baxmayaraq, heç bir nəticə vermədiyindən 03 sentyabr 2024-cü il tarixli pretenzitya məktubu hazırlanmış və ümumi ödənilməli olan 22 377,26 manat borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya məktubu həm elektron məhkəmə sistemi vasitəsi ilə, həm də vergi ödəyicisinin elektron kargüzarlıq sistemi vasitəsi ilə cavabdehə təqdim edilmişdir. Pretenziya məktubunda borcun 09 sentyabr 2024-cü il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Göstərilən müddət ərzində borclu yenə də iddiaçıya olan borcunu ödəməmişdir.
9. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 748-1.5 və 748-1.1.12.4-cü maddələri göstərilmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6986/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-6986/2024 nömrəli işin İddiaçı Cavabdeh MMC-yə qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsinin ləğvi” tələbinə dair e-2-2(113)-6368/2024 nömrəli işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızına verilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
12. Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı, nümayəndə və vəkilləri Vəkil1 və Vəkil3 məhkəmə iclaslarında iştirak edərək birinci iş üzrə iddianın məzmununa uyğun izahat verdilər, ikinci (birləşdirilmiş) iş üzrə iddiaya etiraz edərək göstərdilər ki, 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə bəzi aylarda ödənişin olmaması lizinq verənin şifahi qaydada ödənişlər üçün möhlət verməsi ilə bağlıdır. Lakin buna baxmayaraq, lizinq obyekti birtərəfli qaydada lizinq alandan alınmışdır. Eyni zamanda lizinq alan nəqliyyat vasitəsini üçüncü şəxslərin istifadəsinə məhz lizinq verənin razılığı ilə vermiş, lizinq verən tərəfindən etibarnamələr təqdim edilmişdir.
13. Məhkəmənin suallarına cavab olaraq birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh və nümayəndə və vəkilləri göstərdilər ki, lizinq alan 6300 – 6500 ABŞ dolları məbləğində əlbəəl ilkin ödəniş etmişdir. Lizinq verən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müvəqqəti təminat tədbiri qaydasında qadağan olunduğu halda, nəqliyyat vasitəsini üçüncü şəxsə satmışdır. Eyni zamanda 12 fevral 2025-ci il tarixli 9/10052-9/10162 nömrəli ekspert rəyində nəqliyyat vasitəsinin bazar dəyəri nəzəri olaraq müəyyən edilmişdir.
14. Birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək ikinci (birləşdirilmiş) iş üzrə iddianın məzmununa uyğun izahat verdi, birinci iş üzrə iddiaya etiraz edərək göstərdi ki, nəqliyyat vasitəsinin alınması üçün lizinq verən tərəfindən 24000 manat məbləğində ödəniş edilmişdir. Nəqliyyat vasitəsi lizinq alanının istifadəsində olarkən lizinq verənin razılığı olmadan üçüncü şəxslərin istifadəsinə verilmişdir. Eyni zamanda lizinq ödənişləri vaxtlıvaxtında ödənilməmişdir. Bu səbəbdən müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv edilmiş, nəqliyyat vasitəsi geri alınmışdır. Bu zaman avtomobildə gözlə görünən hər hansı qüsur mövcud olmamış, lakin "xxxx" MMC tərəfindən müəyyən detallarda qüsurlar aşkar olunmuşdur.
15. Məhkəmənin suallarına cavab olaraq birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, nəqliyyat vasitəsi müvəqqəti təminat tədbiri tətbiq olunmadan əvvəl özgəninkiləşdirilmişdir. Həmçinin nəqliyyat vasitəsi özgəninkiləşdirilən zaman tərəflər arasında lizinq münasibətlərinə xitam verilmişdir. Lizinq müqaviləsinə əsasən lizinq alanın öhdəliyi var ki, vaxtında, lazımi qaydada nəqliyyat vasitəsinin ehtiyat hissələrini yoxlatdırsın. Eyni zamanda nəqliyyat vasitəsini idarə edən şəxslərə yazılan cərimələr də lizinq verən tərəfindən ödənilmişdir.
III. Məhkəmə baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Birinci və ikinci (birləşdirilmiş) iş üzrə iddia tələblərinə dair
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Cavabdeh MMC ilə X4 arasında 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, X4 EL 042/22 nömrəli 04 may 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin əlavəsində göstərilmiş nəqliyyat vasitəsinin Cavabdeh MMC-yə satılmasını, Cavabdeh MMC isə əşyanın dəyərini təşkil edən 24000 manat məbləğində pul ödənilməsi və nəqliyyat vasitəsinin qəbul edilməsini öhdəsinə götürmüş, adıçəkilən alqı-satqı müqaviləsi ilə nəqliyyat vasitəsinin İddiaçı lizinqə verilməsi məqsədilə əldə edilməsi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında 24000 manat məbləğində pul Cavabdeh MMC tərəfindən X1 bank hesabına köçürülmüşdür. – Cavabdeh MMC ilə İddiaçı arasında 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh MMC müqaviləyə 01 nömrəli əlavə ilə göstərilən 2012-ci il buraxılışı, mühərrik nömrəsi A8210458, yürüşü 132 000 km olan “BMW 528i” minik markalı nəqliyyat vasitəsini mülkiyyət hüququ ilə əldə etməyi və İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti 05 may 2022-ci il tarixli EL-042/22 nömrəli qəbul protokolu əsasında İddiaçı tərəfindən təhvil alınmış, nəqliyat vasitəsinə baxış zamanı onun texniki göstəricilərinə dair heç bir irad və zahiri görünüşündə hər hansı bir qüsur müşahidə olunmadığını İddiaçı öz imzası ilə təsdiq etmişdir. 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 02 nömrəli əlavə ilə lizinq ödənişlərinin 36 ay müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 966,97 manat olaraq ödənilməsi, əsas məbləğin 24000 manat, mükafat məbləğinin 10811,10 manat olması razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixində “BMW 528i” minik markalı nəqliyyat vasitəsi birtərəfli qaydada Cavabdeh MMC tərəfindən geri alınmışdır. – Təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1040 manat, xx.xx.2022-ci il tarixdə 1130 manat, xx.xx.2022-ci il tarxidə 967 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 245 manat, xx.xx.2022ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1100 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1007 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 2200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 24889 manat ödəniş edilmişdir.
20. Birinci iş üzrə iddiaçı “BMW 528i” markalı, 2012-ci il buraxılışı, ban nömrəsi XXXXX, mühərrik nömrəsi XXXXolan nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin davam etdirilməsini xahiş edir.
21. İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə qalıq tam əsas məbləğ və xx.xx.2024-cü il tarixə hesablanmış mükafat və cərimə olmaqla ümumilikdə 12 962,81 manat lizinq müqaviləsi üzrə ödənişlərin, lizinq obyektinə vurulmuş 8550 manat maddi zərərin əvəzinin, bu zərərin müəyyənləşdirilməsi üçün qiymətləndirmə və nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi üçün ödənilmiş 233,05 manat xərcin, yol hərəkəti qaydalarının pozulması nəticəsində yazılmış 631,40 manat cərimənin ödənilməsini xahiş edir.
22. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir və bu səbəbdən də birinci iş üzrə iddiaya hüquqi qiymət verilməlidir.
23. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Həmin Məcəllənin 748-1.12.2 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
25. 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 15.1.3 və 15.1.4-cü bəndinə əsasən, bu müqavilə Lizinq verənin təşəbbüsü ilə aşağıdakı hallarda ləğv edilə bilər: Lizinq alan Lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə verdikdə; Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
26. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
27. Məhkəmə qeyd edir ki, lizinq alan İddiaçı tərəfindən lizinq müqaviləsi üzrə ödənişlərin edilmə müddəti daimi olaraq pozulmuş, lizinq ödənişləri istisnasız olaraq ödəniş qrafikində müəyyən edilmiş müddətlərdən 1 – 185 gün gec ödənmişdir.
28. Bununla yanaşı, İddiaçı xx.xx.2025-ci il tarixədək ödəniş cədvəlinə əsasən 23206,56 (966,94 * 24 ay) manat ödəniş edilməli olduğu halda, həmin tarixədək İddiaçı tərəfindən hətta Cavabdeh MMC tərəfindən cərimə məbləğinə silinmiş ödənişlər əsas və faiz borcu üzrə silinsə belə, cəmi 21189 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək heç bir öhdəlik icra edilməmişdir. Bu isə xx.xx.2025-ci il tarixədək gecikdirilən ödənişlərin 2017,56 manatdan çox təşkil etdiyini, lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyini, həmçinin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu təsdiq edir. Qeyd edilən hal isə lizinq müqaviləsinin lizinq verən tərəfindən birtərəfli ləğvi əsasıdır.
29. Digər tərəfdən, 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 3.10-cu bəndinə əsasən, Lizinq verənin yazılı razılığı ilə Lizinq alan lizinq obyektini sublizinqə verə bilər.
30. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli yol vərəqəsindən 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinin X3 idarəetməsinə verildiyi görünür. Eyni zamanda lizinq obyektinin lizinq alanın sahibliyi və istifadəsində olduğu müddətdə həmin lizinq obyekti üzrə X9, X5 yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin tətbiq edildiyi təsdiq olunur.
31. Məhkəmə iclaslarında iştirak edən İddiaçı da lizinq obyektinin üçüncü şəxslərin istifadəsinə verildiyini, lakin buna Cavabdeh MMC-nin razılıq verdiyini bildirmişdir.
32. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqində lizinq obyektinin sublizinqə verilməsi qaydası müəyyən edilmiş, sublizinq lizinq verənin yazılı razılığından asılı edilmiş, buna müvafiq olaraq da bu qaydanın pozulması həm mülki qanunvericilikdə, həm də lizinq müqaviləsində müqavilənin birtərəfli qaydada ləğvi üçün əsas olaraq təsbit edilmişdir. Belə olan halda, İddiaçı tərəfindən lizinq verənin bu və ya digər formada sublizinqə razı olması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən qeyd edilən hal (sublizinqə verilmə) da lizinq müqaviləsinin birtərəfli qaydada ləğvinə rəvac verir.
33. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
34. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
35. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli ELX 2207/24 nömrəli xəbərdarlıq məktubu ünvanlayaraq lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirmiş, həmin məktub xx.xx.2024cü il tarixdə cavabdeh tərəfindən təhvil alınmış, nəqliyyat vasitəsi isə xx.xx.2024-cü il tarixdə lizinq alandan geri alınmışdır.
36. Belə olan halda 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi lizinq verənin iradə ifadəsinin lizinq alana çatdığı, yəni lizinq obyektinin lizinq alandan alındığı xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.
37. Bu isə birinci iş üzrə iddiaçının 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin davam etdirilməsi və “BMW 528i” markalı, 2012-ci il buraxılışı, ban nömrəsi XXXXX, mühərrik nömrəsi XXXXolan nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinin təmin edilməsini qeyrimümkün edir. Belə ki, hazırkı işin halları ilə 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinin qanuni əsaslarla ləğv edildiyi öz təsdiqini tapır.
38. Göstərilənlərə əsasən, birinci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
39. İkinci (birləşdirilmiş) iş üzrə iddia tələbinə münasibətdə isə aşağıdakılar göstərilməlidir.
40. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
41. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
42. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
43. Məhkəmə tərəfindən lizinq verənin tələb etdiyi tarixə olan əsas və mükafat borcunun müəyyən edilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6368/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10052-9/10162 nömrəli rəyinə əsasən, xx.xx.2024-cü il tarixə əsas borc 1255,92 manat, mükafat məbləği isə 71,24 manat müəyyən edilmişdir.
44. Həmçinin xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən 1000 manat ödənildiyi işin mübahisəsiz halıdır.
45. Belə olan halda, tələb olunan xx.xx.2024-cü il tarixə əsas borc 255,82 (müəyyən olunan əsas borc 1255,92- ödənilən 1000 manat) manat, mükafat borcu isə 71,24 manat olaraq müəyyən edilməlidir.
46. Digər tərəfdən, Cavabdeh MMC tərəfindən bütün müqavilə müddəti üçün əsas məbləğ tələb edilsə də, nəzərə alnmalıdır ki, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şə1295,rh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
47. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Qeyd edilən yanaşma, mülki qanunvericilikdə də birbaşa göstərilmişdir. Belə ki, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu səbəbdən də lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq verən lizinq obyektini geri alır, bu zaman isə lizinq alanın edilmiş ödənişləri geri almaq hüququ və ya edilmiş ödənişlərə müvafiq olaraq lizinq obyekti üzərində birgə mülkiyyət hüququ istisna edilir. Ona görə də lizinq verənin bütün müqavilə müddəti üçün lizinq ödənişlərini - əsas məbləği tələb etməsi əsassız olmuşdur.
48. Bununla yanaşı, iddiaçı 1295,14 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
49. 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinin 14.2.1-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə Lizinq alan gecikdirilmiş əsas məbləğ üzrə hər gecikdirilmiş gün üçün gecikdirilən əsas borcun 1%-i məbləğində dəbbə pulu (cərimə) ödəməlidir.
50. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
51. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
52. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
53. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, müqavilənin ləğvindən sonra da ödəniş edilmiş, əsas borc məbləği isə cəmi 255,92 manat təşkil edir.
54. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 25 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
55. Bununla yanaşı, iddiaçı lizinq obyektinə vurulmuş 8 550 manat maddi zərərin əvəzinin, bu zərərin müəyyənləşdirilməsi üçün qiymətləndirmə və nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi üçün ödənilmiş 233,05 manat xərcin, yol hərəkəti qaydalarının pozulması nəticəsində yazılmış 631,40 manat cərimənin də tutulmasını tələb edir.
56. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
57. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
58. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
59. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
60. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (“borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”).
61. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.
62. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
63. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
64. 04 may 2022-ci il tarixli EL-042/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinin 9.2ci bəndinə əsasən, Lizinq alan Lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir.
65. Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi, lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar lizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə, lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir.
66. Bu baxımdan hazırda ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili nəqliyyat vasitəsi alınarkən onda ilkin olaraq hər hansı qüsur görünmədiyini, baxış zamanı ayrı-ayrı detallarında qüsurların aşkar edildiyini bildirmişdir. Nəqliyyat vasitəsi alınarkən isə lizinq müqaviləsi üzrə 36 aylıq lizinq müddətinin 26-27 ayı tamam olmuşdur. Halbuki maliyyə lizinqi bir qayda olaraq əmlakın tam və ya əsaslı amortizasiyası ilə başa çatır.
67. Təqdim edilən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından lizinq obyekti üzrə silindrlərin blokunun başlıq qapağının dəyişdirilməsi, sıxlaşdırılması, yağ karterinin dəyişdirilməsi, dartıcıların çıxarılması və quraşdırılması, dəyişdirilməsi, dayağın rezin-metal oynaqlarının dəyişdirilməsi və s. kimi işlərin görüldüyü görünür.
68. İş materiallarına əlavə edilən "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 413/24- EC/EL nömrəli rəyinə əsasən, lizinq obeykti üzrə çatışmazlıqlar nəzərə alınmaqla nəqliyyat vasitəsinin bazar dəyəri 17000 manat, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra isə 24000 manat təşkil edir.
69. Göstərilənlər onu deməyə əsas verir ki, lizinq obyektinin ilkin baxışda hər hansı qüsura malik olmaması, 36 aylıq lizinq müddətinin 26-27 ayı tamam olarkən lizinq obyektinin təhvil alınması, lizinq obyektinin lizinq alana ilk dəfə verilərkən yürüşünün 132 000 km olması nəzərə alındığında xx.xx.2024-cü il tarixli qüsur aktında əks olunan işlərin görülməsi dəymiş zərər kimi qəbul edilə bilməz. Beləliklə, hazırda lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir.
70. İddiaçı eyni zamanda lizinq obyektinin üçüncü şəxslər tərəfindən idarə edilməsi zamanı törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin də dəymiş zərər kimi cavabdehdən tutulmasını tələb edir.
71. İş materiallarında olan çıxarışlardan görünür ki, lizinq obyektini idarə edilən ayrıayrı şəxslər xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati xətalar törətmiş, həmin xətalara görə tətbiq edilmiş inzibati cərimələr və onlara hesablanmış dəbbə pulunun ümumi məbləği 586,4 manat təşkil edir. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixli protokola da istinad etmiş, lakin həmin protokol nəqliyyat vasitəsi cavabdehdən alındıqdan sonra tərtib edilmiş, iddiaçı isə həmin protokolun nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə baş vermiş inzibati xəta ilə bağlı tərtib edildiyinə dair hər hansı sübut təqdim etməmişdir.
72. Eyni zamanda təqdim edilən mədaxil qəbzlərindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələr və onlara hesablanmış dəbbə pulunun ümumi məbləğinin – 586,4 manatın iddiaçı tərəfindən ödənildiyi görünür.
73. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
74. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən təqdim edilən sənədlərdən inzibati xətaları ayrı-ayrı şəxslərin törətdiyi görünür. İddiaçı isə nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi həmin cərimə məbləğini ödədiyi təqdirdə dəymiş zərərin ödənilməsini tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati cərimələrin əzəzi olaraq 586,4 manat məbləğində pul da cavabdehdən tutulmalıdır.
75. Bununla yanaşı, iddiaçı tərəfindən lizinq obyekti üzrə xx.xx.2024-cü il tarixli qəbzlə "xxxx" MMC-yə texniki baxış və xidmət üçün 83,05 manat, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 413/24-EC/EL nömrəli rəyinə görə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 150 manat ödənildiyi görünür. Belə olan halda, həmin xərclər də cavabdehdən tutulmalıdır.
76. Beləliklə, ikinci (birləşdirilmiş) iş üzrə iddia tələbinin əsaslı müəyyən edilən hissəsi 255,92 manat əsas borc, 71,24 mükafat borcu, 25 manat cərimə məbləği, 586,4 manat inzibati cərimələrin əvəzinin, texniki baxış və rəy üçün 233,05 manat olmaqla ümumilikdə 1171,61 manat təşkil edir.
77. Lakin Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
78. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli müqavilə daxili maliyyə lizinqi müqaviləsidir. Mülki Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
79. 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli müqavilənin 17.1-ci bəndinə əsasən, bu müqavilənin müddəti bitdikdən sonra Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və Lizinq obyektinin satınalma dəyəri tam ödənildikdən sonra mülkiyyət hüququnun yenidən qeydiyyatı ilə bağlı bütün xərcləri Lizinq alanın ödəməsi şərti ilə lizinq obyektinə mülkiyyət hüququ Lizinq alana keçir.
80. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında ifadə edilmiş mövqeyə görə, hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) Əməliyyat (operativ) lizinqi; 2) Maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.
81. Göründüyü kimi, maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişlərinin tam icra edilməsi lizinq obyekti üzrə mülkiyyət hüququnun lizinq alana keçməsi ilə nəticələnir. Başqa sözlə, maliyyə lizinq münasibətləri zamanı lizinq verənin maddi mənafeləri məhz bütün lizinq ödənişlərinin cəmi həddində olur, lizinq verənin lizinq müqaviləsi vaxtında və lazımi qaydada icra edilsə idi, əldə edəcəklərindən daha çoxunu tələb etməsi əsassız varlanmaya səbəb olur. Çünki bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur.
82. Hazırkı iş üzrə lizinq alanın təqsiri üzündən lizinq münasibətlərinə birtərəfli qaydada xitam edildiyi işin müəyyən olunmuş halıdır. Bu zaman isə lizinq əmlakının qalıq dəyəri müəyyən edilməli olan əsas meyardır.
83. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6368/2024 nömrəli qərardadı ilə “BMW 528i” markalı, 2012-ci il buraxılışı, ban nömrəsi XXXXX, mühərrik nömrəsi XXXXolan XXXXdövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin (avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, iş materiallarında olan diaqnostika və təmir blankında, hesablama sənədində olan məlumatlar nəzərə alınmaqla) nə qədər (ehtiyat hissələri və işçilik haqqı ayrı-ayrılıqda göstərilməklə) təşkil etdiyinin, nəqliyyat vasitəsinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10052-9/10162 nömrəli rəyi ilə adıçəkilən nəqliyyat vasitəsinin nəzəri hesablama yolu ilə yalnız rəy verilən tarixə olan orta bazar dəyəri 23800 manat müəyyən edilmişdir.
84. Məhkəmə qeyd edir ki, həmin ekspert rəyinin nəqliyyat vasitəsinə baxış keçirilmədən nəzəri hesablama yolu ilə aparıldığı nəzərə alınaraq "xxxx" QSC tərəfindən lizinq alandan nəqliyyat vasitəsi geri alındıqdan qısa müddət sonra nəqliyyat vasitəsinə baxış keçirməklə tərtib edilən xx.xx.2024-cü il tarixli 413/24-EC/EL nömrəli rəy mötəbər hesab olunmalıdır.
85. Məhkəmə Mülki Məcəllənin 750-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, lizinq verənin 04 may 2022-ci il tarixli EL 042/22 nömrəli müqavilə üzrə maddi mənafelərinin ümumi məbləği 34811,1 (lizinq verənin mükafatının məbləği də daxil olmaqla lizinq ödənişlərinin cəmi) manat təşkil edir. Müqavilənin ləğvi tarixinə cavabdehin lizinq ödənişlərindən iddiaçıya olan borcu 327,16 (255,92 manat əsas borc+71,24 mükafat borcu), müqavilənin ləğv edilməsi ilə iddiaçının məhrum olduğu lizinq ödənişlərinin cəmi 9045,85 (aylıq ödəniş 966,97 manat * 9 ay+ 11 günün lizinq ödənişi 343,12 manat (aylıq ödəniş 966,97:31 gün*11 gün)) manat, lizinq obyektinin müqavilənin ləğvi tarixinə qalıq dəyəri isə 17000 manat təşkil edir. Belə olan halda, iddiaçının qənaət edilmiş xərci 7954,15 (17000 manat– 9045,85 manat) manat müəyyən edilməli, həmin məbləğ hazırda tələb olunan lizinq ödənişlərindən çıxılmalıdır.
86. Digər tərəfdən, qənaət edilmiş xərclər hesablanarkən nəqliyyat vasitəsinin cari bazar dəyərinin əsas götürülməsi mümkün deyildir. Belə ki, lizinq verən tərəfindən lizinq ödənişləri müəyyən olunarkən onun müqavilə müddətinə bazar dəyəri əsas götürülür, həmin məbləğə lizinq mükafatı daxil edilir. Belə olan halda, müqavilə müddətinə lizinq ödənişləri ilə müqavilənin xitamından uzun müddət sonrakı tarixə nəqliyyat vasitəsinin dəyərinin əvəzləşdirilməsi “qənaət edilmiş xərc” anlayışına ziddir. Bu səbəbdən lizinq obyektinin dəyəri hər bir halda müqavilənin xitam tarixinə qiymətləndirilməlidir.
87. Göstərilənlər nəzərə alındığında isə ikinci (birləşdirilmiş) iş üzrə iddia tələbinin əsaslı hissəsi (ümumilikdə 1171,61 manat) qənaət edilmiş xərclə (7954,15 manat) tam əhatə olunur.
88. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
89. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/10052-9/10162 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
90. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
91. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
92. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
93. Göstərilənlərə əsasən və hər iki iddianın təmin edilmədiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ekspertiza xərci olaraq İddiaçı 50 manat, Cavabdeh MMCdən 50 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, məhkəmə xərcləri qalan hissədə tərəflərə aid edilməlidir.
V. Nəticə:
94. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməsin. İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci olaraq İddiaçı 50 manat, Cavabdehndən 50 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova