Məhkəmə qərarları › İş №e-2-2(113)-4170/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4170/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4170/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BS 20/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən34478.42 (otuz dörd min dörd yüz yetmiş səkkz manat qırx iki qəpik) manat əsas borc, hər gecikdirilmiş gün üçün vurulmuş 0.1% ziyan (cərimə) üçün 8274səkkiz min iki yüz yetmiş dörd) ümumilikdə 42752.42 manat, 10% pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 (üç min dörd yüz qırx yeddi manat,səksən dörd qəp.) manat və dövlət büdcəsinə köçürülmüş 228.60 (iki yüz iyirmi səkkiz manat almış qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 45428.56 (qırx beş min dörd yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat məbləğində pulun cavabdeh "xxxx" MMC -dən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BS 20/24 saylı xx.xx.2024-cü il tarialqı-satqı müqaviləsinə əsasən, 1 ilmüddətinə müqavələnin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (razılaşdırma protokoluvə təhvil təslim aktı) göstərilən malı (tikinti materiallarını) alıcı "xxxx" MMC-yə təhvil verməyi, alıcı isə müqaviləyə edilmiş əlavələrdə göstərilənmallları təhvil aldıqdan sonra30 (otuz) bank günü ərzində həmin malların dəyərinin satıcı "xxxx" MMC-nin heabına ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ümumi dəyəri(ƏDV daxil) 21865,4 (iyirmi bir min səkkiz yüz altmış beş manat qırx qəpik) manatolan 54.5 taxta, xx.xx.2024-cü il tarixdə isə ümumi dəyəri(ƏDV daxil) 16153,02 (on altı min bir yüz əlli üç manat sıfır iki qəpik)manat olan 341 ədəd 10 taxtaolmaqla ümumilikdə 38018, 42 (otuz səkkiz min on səkkiz manat qırx iki qəpik) manat məbləğində mal cavabdehə təhvil verilmiş, bunula bağlı tərəflər arasında müvafiq protokol və təhvil-təslim imzalanmışdır. BS 20/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı mallar ona təhvil verildikdən sonra 30 (otuz) bank günü ərzində malların dəyərini satıcının hesablaşma hesabına ödəməlidir. Müqavilə əsasında mallar təqdim edilən gündən,bu günədək cəmi 3540 manat (ədv daxil) ödniş olunmuşdur. Eyni zamanda həmin müqavilənin 5.3-cü bəndinə görə alıcı satıcıya ona təqdim edilmiş malın dəyərini vaxtında ödəmədiyi haldahər gecikdirilmiş gün üçün malın dəyərinin 0,1% məbləğində cərimə ödəyir. Eyni zamanda qənaətimizə görə iddaçı cəmiyyətə məxsuspul vəsaitini əsassız saxlamağa (əldənçıxmış faydaya) görə də cavabdeh cəmiyyət tərəfindən iddiaça cəmiyyətə vurulmuş ziyanın 10 % məbləğində əlavə pul ödənilməlidir. Cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi və iddiaçı cəmiyyətə olan borcunu qaytamaması həmçinin, ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq borcunu ödəməkdən yayınması səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Hesab edirik ki, mülkiqanunvericiliyin tələblərinə uyğun olaraq 34478.42 (otuz dörd min dörd yüz yetmiş səkkiz manat qırx iki qəpik)manat əsas borc, hər gecikdirilmiş gün üçün vurulmuş 0.1% ziyan (cərimə) üçün 8274(səkkiz min iki yüz yetmiş dörd) manat ümumilikdə42752.42 manat, 10% pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 (üç min dörd yüz qırx yeddi manat səksən dörd qəpik) manatvə dövlət büdcəsinə köçürülmüş 228.60 manat dövlət rüsumu olmaqla ümumilikdə 45428.56 (qırx beş min dörd yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat məbləğində pul cavabdeh cəmiyyətdən alınaraq iddiaçı cəmiyyətəödənilməli, bununla da aramızdakı müqavilə ləğv edilməlidir.

3. Cavabdeh iddia tələbinə qismən etiraz edərəl ərizəsində bildirmişdir ki, iddiaçının heç bir sübut təqdim etmədən əldən çıxmış fayda tələbini əsassız hesab edir, Çünki əldən çıxmış faydanın tələb edilməsi üçün konkret olaraq hansı formada faydanın itirilməsi, buna səbəbin cavabdehin əməllərinin olub-olmaması aydınlaşdırılmalıdır. Bununla bağlı isə heç bir sübut təqdim edilməmişdir. Son olaraq, hesablanan cərimə məbləğində də yanlışlıq olduğunu qeyd edir, məbləğin əsassız olaraq şişirdilərək tələb edildiyini qeyd etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 29 may 2024-cü il tarixli, BS- 20/24 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Satıcı adı və sayı hazırkı Müqavilənin ayrılmaz hissəsini təşkil edən, Tərəflərin razılığa gəldikləri Qaimə fakturalarda göstərilən Malı Alıcının mülkiyyətinə ötürməyi, Alıcı isə Malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən Satıcı müqavilənin şərtlərinə əsasən malların vaxtlıvaxtında yerinə yetirilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. - 3.1-ci bəndinə əsasən Əlavələrdə göstərilən malların dəyəri Mallar Alıcıya təhvil verildikdən sonra 30 (otuz) bank günü ərzində Alıcı tərəfindən Satıcının hesablaşma hesabına köçürülməsi yolu ilə ödənilir - 5.3-cü bəndinə əsasən Alıcı Satıcıya, ona təqdim edilmiş Malın dəyərini vaxtında ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün gccikdirilmiş malın dəyərinin 0,1 % məbləğində cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, 30 may 2024-cü il tarixli X1 malların adı,markası,qiyməti razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 may 2024-cü il tarixli, 04 iyun 2024-cü il tarixli X1 malların adı,markası,qiyməti razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 21865.40 manat məbləğində mal verilmişdir.

13. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 16153.02 manat məbləğində mal verilmişdir.

14. İddiaçı tərədindən cavabdehə MT2405 seriyalı 11374654 nömrəli xx.xx.2024-cü il tarixli 21865.40 manat, MT2406 seriyalı 10339781 nömrəli xx.xx.2024-cü il tarixli 16153.02 manat məbləğində elektron qaimələr göndərilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 3000 manat köçürülmüşdür.

16. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli köçürmənin aparılması barədə bildirişə əsasən,cavabdeh tərəfindən iddiaçının hesabına 540 manat ƏDV ödənişi edilmişdir. V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək cavabdehin özü tərəfindən təsdiqlənmiş elektron qaimələrlə, qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

23. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 34478.42 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 34478.42 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 8274 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

26. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 1725 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

27. Daha sonra iddiaçı pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 manat pulun tutulmasını xahiş etmişdir.

28. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

29. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair hüç bir sübut məhkəməyə təqdim etməmişdir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 228.60 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34478.42 (otuz dörd min dörd yüz yetmiş səkkiz manat qırx iki qəpik) manat əsas borc,illik 5% hesablanmış 1725 (min yeddi yüz iyirmi beş) manat və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar