Məhkəmə qərarları › İş №e-2-2(113)-4178/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4178/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4178/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh MTK-nə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidən müqavilə əsasında alınmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəküçəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində, 2 otaqlı mənzilin təhvil verilməsi öhdəliyini qoyulmaqla, dəymiş maddiziyan, əldən çıxmış fayda, bank faiz uçot dərəcəsi üzrə fərq, yəni 25 000 manat pulun və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 may 2018-ci tarixdə çoxmərtəbəli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/01 saylı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsininşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 76,0 m²-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə öz növbəsində mənzili mülkiyyətə götürməyi və həmin mənzilin haqqını bu Müqaviləninşərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə gürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, tikilən mənzilin ümumi sahəsinin 1 m²-nin qiyməti 1470,0 manat müəyyən edilmişdir. Müqavilənin 3.1-cimaddəsinə əsasən müqavilə imzalanan gün İddiaçı 33 516,0 manat ilkin ödənişi ödəyir, qalan vəsait xx.xx.2020-ci il tarixədəkİddiaçı qrafik üzrə ödənilir. Müqavilənin tərəfi İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında öhdəliyini tamicra etmiş, borcunu tam şəkildə ödəmişdir. Buna dair İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindxx.xx.2020-ci il tarixli 46 saylı maliyyə arayışı verilmişdir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (ŞV:AA*******, xx.xx.2021, ASAN 5; FİN: 4U4RDd/t:xx.xx.1990) oğlu ilə xx.xx.2025-ci il tarixdə hüquqi xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin imzalanmasından 7 il, öhdəliyin alıcı tərəfindən icra olunmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müqavilə əsasında aldığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində inetdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 76,0 m²-dən ibarət mənzili bu günə qədər əldə edə bilmir.Dəfələrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi və qeyri-rəsmi müraciət olunmasına baxmayaraq Satıcı öhdəliyini icra etməkdən boyun qaçırmaqda davam edir. Müqavilə üzrə öhdəlik icra olunadığından Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı 25 000 manat maddi ziyanın dəymişdir. Belə ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra olunsa idi, iddiaçı mənzili əsaslı təmir edərək kirayəyə verməklə gəlir əldə edə bilərdir.Cavabdehin bu günə qədər hərəkətsiliyi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəydiyindən məhkəmə tərəfindən cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilməlidir.. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı halda məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik deyildir (Elektron Vergi İdarəsi və EMİS-dən əldə olunan məlumatdan görünür ki, İddiaçı VÖEN-i yoxdur). Odur ki, hazırkı mübahisənin sahibkarlıq subyekti kimi cavabdehin özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olması istisna olunur. Belə ki, iş materiallarına əlavə olumuş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 may 2018-ci tarixdə çoxmərtəbəli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/01 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bu baxımdan məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 26-ci bəndinin tələblərini nəzərə almaqla hesab edir ki, cavabdeh İddiaçı fərdi sahibkar statusu olmadığından, eləcə də tərəflər arasında mübahisə korporativ xarakter daşımadığından hazırkı işə məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə , iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 165 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar