Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-418/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçının, cavabdehin hesabına ödədiyi 60000 manat pulun və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış 24336.66 dəbbə pulunun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 150 manat məbləğində haqqın və mediasiyaya ödədiyi 400 manat haqqın əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçının, cavabdehin hesabına ödədiyi 60000 manat pulun və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış 24336.66 dəbbə pulunun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 150 manat məbləğində haqqın və mediasiyaya ödədiyi 400 manat haqqın əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən iddiaçı 20000 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən 40000 manat məbləğində pul vəsaitini, “Emitent” adlanan cavabdehə istiqrazların alınması üçün ödəməyi, “Emitent” adlanan cavabdeh isə istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasına və “Alıcı” adlanan iddiaçının adına Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə cavabdehin hesabına cəmi 60000 manat pul köçürmüşdür. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələrin 1.2-ci bəndində qeyd olunmuşdur ki, istiqrazlar üzrə gəlirlilik illik 14% faiz təşkil edir. Hər bir istiqrazın nominal dəyəri 500 manat təşkil edəcək. Lakin bu günə qədər iddiaçının adına hər hansı bir istiqraz emissiya edilməmişdir. Yəni cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqavilələrin 2.1.1-ci bəndinə əsasən, Emitent Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə istiqrazları “Qiymətli Kağızlar haqqında” Qanuna uyğun olaraq “Alıcı”nın adına rəsmiləşdirmək, istiqraz rəsmiləşdirilməsi gecikdiyi halda “Alıcı”ya məbləğin illik 14%-nin dəbbə pulunu ödəməyi öhdəsinə götürür. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə cavabdehin hesabına ödədiyi 60000 manat pulun və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış illik dəbbə pulu 24336.66 manat təşkil edir. İddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə cavabdehin hesabına ödədiyi 60000 manat pulu və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 24336.66 manat məbləğində dəbbə pulunun ona ödənilməsini tələb etmişdir. Cavabdeh məktubuna xx.xx.2022-ci il tarixli cavab məktubu göndərərək, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə alınmış 60.000,00 manat məbləğinin hesablanmış faizləri iddiaçının "xxxx" ASC-də olan hesabına və Bank Respublikada olan kart hesabına köçürülmüşdür. İddiaçının cavabdehdə olan 60.000 manat məbləğində istiqrazı və həmin məbləğin hesablanmış 1196.89 manat məbləğində faizi xx.xx.2020-ci il tarixdə kassa məxaric orderinə əsasən ona qaytarılmışdır. Cavabdehin cavab məktubunda qeyd etdikləri yalandır, heç bir məxaric orderinə imza etməmiş və 60.000 manat məbləğində istiqraz və onun faizini almamışdır. İddiaçı, X2 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdehin nümayəndəsi mediasiya prosesinə gəlmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə iddiaçıya xx.xx.2022-ci il tarixli Mediasiya prosesinə xitam verilməsi barədə protokol verilmişdir. İddiaçı mediasiya sessiyasında iştiraka görə Bakı 4 saylı Mediasiya Təşkilatının bank hesabına 400 manat haqq ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin məhkəməyə təqdim etdiyi kassa məxaric orderlərindəki imza ona məxsus deyildir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının cavabdehdə yerləşdiridiyi ümumilikdə 60000 manat dəyərində olan istiqraz məbləği xx.xx.2020-ci il tarixdə kassadan nağd şəkildə iddiaçının özü tərəfindən alınmışdır. Mərkəzi Bank tərəfindən təsdiq olunmuş qaydalar var, həmin qaydalara əsasən kassa məxaric orderinə möhür vurulması nəzərdə tutulmur, bu səbəbdən heç bir iş üzrə kassa məxaric orderinə möhür vurmurlar. Vətəndaş hər dəfə faizi almaq üçün banka gəlməsinə ehtiyac olmadığı üçün yalnız əsas məbləğin tam olaraq kassadan alınmasını təmin edirlər. Kassa məxaric orderləri Sübhanın özü tərəfindən icra olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqavilədən görünür ki, iddiaçı 20.000 manat məbləğində pul vəsaitini cavabdehə istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə bu müqavilənin 1.2. bəndində qeyd olunan istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasına və iddiaçının adına Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqavilədən görünür ki, iddiaçı 40.000 manat məbləğində pul vəsaitini cavabdehə istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə bu müqavilənin 1.2. bəndində qeyd olunan istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasına və iddiaçının adına Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli 014701 saylı və xx.xx.2019-cu il tarixli 015204 saylı Nağd pulun mədaxili üçün elanlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə istiqraz alqısatqısına görə xx.xx.2019-cu il tarixdə 20.000 manat və xx.xx.2019-cu il tarixdə 40.000 manat olmaqla, ümumilikdə 60.000 manat nağd pul ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 700 manat məbləğində istiqraz faizləri iddiaçının kart hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli 04/09 saylı və 05/09 saylı kassa məxaric orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya istiqrazların qaytarılması üzrə 60000 manat və istiqraz faizi üzrə 1196,89 manat qaytarılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 0255/22 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə 20.000 AZN və xx.xx.2019-cu il tarixdə 40.000 manat məbləğində pul vəsaiti 36 ay müddətinə, illik 14% olmaqla istiqrazların alınması üçün "xxxx" BOKT ASC-yə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndinə uyğun olaraq BOKT satmış olduğu istiqrazı Milli Depozit Mərkəzində və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında rəsmiləşdirməyi öhdəsinə götürmüş, əks halda alınmış istiqrazın 14% həcmində illik dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə alınmış cəmi 60.000 manat məbləğində pul vəsaiti üzrə hesablanmış faizlər iddiaçının "xxxx" ASC-də olan hesabına və "xxxx" ASC-də olan kart hesabına hər ay köçürülmüşdür. İddiaçının "xxxx" BOKT ASC-də olan 60.000 manat məbləğində istiqrazı və həmin məbləğə hesablanmış 1196,89 manat məbləğində istiqraz faizi xx.xx.2020-ci il tarixdə, kassa məxaric orderinə iddiaçı tərəfindən imza edilməklə tam şəkildə iddiaçıya geri qaytarılmışdır. Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli xx/xx-1645 saylı məktubundan görünür ki, MDM-in uçot sistemində iddiaçının adına hesab açılmamışdır və onun qiymətli kağızlara sahibliyi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ittiham aktından görünür ki, cavabdehin əməkdaşları olmuş şahidlərin verdiyi ifadələrdən müəyyən olunur ki, cavabdeh tərəfindən pul vəsaitləri kassadan birbaşa verilməmiş, müxtəlif banklarda hesablar və ya “Azərpoçt” adsız kartları vasitəsilə verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1070-ci maddəsinə əsasən istiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqavilələr bağlanmış və müqavilələrə əsasən iddiaçı 20.000 manat və 40.000 manat məbləğlərində pul vəsaitlərini cavabdehə istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə bu müqavilənin 1.2. bəndində qeyd olunan istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasına və iddiaçının adına Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə istiqraz alqı-satqısına görə xx.xx.2019-cu il tarixdə 20.000 manat və xx.xx.2019-cu il tarixdə 40.000 manat olmaqla, ümumilikdə 60.000 manat nağd pul ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 700 manat məbləğində istiqraz faizləri iddiaçının "xxxx" ASC-də olan hesabına və "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “İstiqrazların alqı-satqısına dair ilkin razılıq haqqında” müqavilələr bağlanılmış və qeyd olunan müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə alınan istiqrazlara görə 60.000 manat məbləğində ödəniş edilmiş, cavabdeh tərəfindən həmin məbləğə görə 700 manat məbləğində istiqraz faizləri iddiaçının "xxxx" ASC-də olan hesabına və "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. İddiaçı istiqrazala görə ödənilmiş 60.000 manat məbləğin qaytarılmadığını iddia edir, cavabdeh isə göstərilən istiqraz məbləğinin iddiaçıya verildiyini bildirir. Cavabdehin dəlilləri bundan ibarətdir ki, istiqrazların dəyərinin və ona hesablanmış faizlərin iddiaçıya verildiyi sübut qismində təqdim edilmiş xx.xx.2020-ci il tarixli 04/09 saylı və 05/09 saylı kassa məxaric orderləri ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 04/09 saylı və 05/09 saylı kassa məxaric orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya istiqrazların qaytarılması üzrə 60000 manat və istiqraz faizi üzrə 1196,89 manat qaytarılmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan kassa məxaric orderləri pulun iddiaçıya verilməsini təsdiq edən sübut qismində mötəbər hesab oluna bilməz. Belə ki, Qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu, həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərdən fərqləndirən əsas əlamətlərdən biridir. Cavabdeh tərəfindən təqdim edilmiş kassa məxaric orderlərində rəhbər və xəzinadarın imzaları olsa da, imzaların həqiqiliyinin təsdiqi üçün cavabdehin möhürləri mövcud olmamaqla həmin orderlərdə həmin nümayəndələrin konkret olaraq hansı şəxslərdən, vəzifə sahiblərindən ibarət olması, onların səlahiyyətləndirilməsi müəyyən edilməmişdir. Halbuki, orderləri imzalamış şəxslərin imzalarının üzərinə əlavə olaraq cavabdehin möhürünün vurulması həmin şəxslərin cavabdehin adından bu orderləri imzalamaq səlahiyyətinə malik olduğunu təsdiq edir. Bu da həmin şəxslərin imzalarının həqiqiliyinə, müvafiq səlahiyyətlərinin mövcudluğuna inam yaradardı. Misal üçün, iş materiallarında olan iddiaçı tərəfindən istiqrazlarının dəyərinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli 014701 saylı və xx.xx.2019-cu il tarixli 015204 saylı Nağd pulun mədaxili üçün elanlar cavabdehin pulun xəzinəyə daxil olmasını təsdiq edən müvafiq möhürü ilə təsdiq edildiyi halda, kassa məxaric orderləri təsdiq edilməmişdir. Bundan əlavə, kassa məxaric orderlərinin həqiqiliyini şübhə altına alan digər xüsusat isə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 0255/22 saylı məktubdur. Belə ki, həmin məktubdan göründüyü kimi istiqraza görə faizlər iddiaçının "xxxx" ASC-də olan hesabına və "xxxx" ASC-də olan kart hesabına ödənildiyi halda, istiqrazların dəyəri və faiz nağdlaşdırılmış qaydada iddiaçıya verilmişdir ki, bunun hansı səbəbdən həyata keçirilməsi cavabdehin nümayəndəsi tərəfindən əsaslandırılmamışdır. Eyni zamanda, bu halla bağlı xüsusatlardan biri də iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli ittiham aktı üzrə cavabdehin əməkdaşları olmuş şahidlərin verdiyi ifadələrdir. Belə ki, həmin ifadələrdən müəyyən olunur ki, cavabdeh tərəfindən pul vəsaitləri kassadan birbaşa deyil, müxtəlif banklarda hesablar və ya “Azərpoçt” adsız kartları vasitəsilə verilmişdir. İddiaçının istiqrazların dəyərinin ödənilməməsi ilə bağlı cavabdehə pretenziya irəli sürməsi, istiqraza görə faizlərin bank hesablarına köçürülməsi, orderlərin cavabdehin müvafiq möhürü ilə təsdiq edilməməsi və işdə olan ittiham aktındakı cavabdehin əməkdaşları olmuş şahidlərin ifadələri belə qənaətə gəlməyə əsas verir ki, müqavilələrə əsasən istiqrazların alınmasına ödənilmiş 60.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, “İstiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqavilələrin 2.1.1-ci bəndlərinə əsasən, Emitent Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə istiqrazları “Qiymətli Kağızlar haqqında” Qanuna uyğun olaraq “Alıcı”nın adına rəsmiləşdirmək, istiqraz rəsmiləşdirilməsi gecikdiyi halda “Alıcı”ya məbləğin illik 14%-nin dəbbə pulunu ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli xx/xx-1645 saylı məktubundan göründüyü kimi iddiaçının aldığı istiqrazlar onun adına rəsmiləşdirilməmişdir. Belə olan halda iddiaçının, tərəflər arasında bağlanmış müqavilələrin 2.1.1-ci bəndlərinə əsasən cavabdehdən dəbbə pulu tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3000 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 150 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 343,01 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 74,70 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 313,22 manat (400 manat (mediasiya xərcinin məbləği) – 86,78 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 313,22 manat) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçının, cavabdehin hesabına ödədiyi 60000 manat pul və 3000 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 150 manat məbləğində haqq və mediasiya xərcinə görə 313,22 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə İddiaçı, Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinin hesabına ödədiyi 60000 manat pul və 3000 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 150 manat məbləğində haqq və mediasiya xərcinə görə 313,22 manat Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-418/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-418/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qiymətli kağızlar üzrə öhdəliklər haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver